Məhkəmə qərarları › İş №e-2(050)-2857/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-2857/2023

28.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-2857/2023 28.08.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Quliyev Ceyhun Əmir oğlu, İddiaçı L.p.o İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı «borc» tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı L.p.o İddiaçı ASC-nin L.Ə.S.F iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19 iyun 2017-ci il tarixli, NK-10-128307/008617 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə cəmi 1898.30 ABŞ dolları məbləğində borcun - bundan 1524.75 ABŞ dolları əsas, 334.28 ABŞ dolları faiz borcunun və kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum Qərarına əsasən əsas borca illik 5%-lə hesablanmış 39.27 ABŞ dollar faiz borcunun və iş üzrə ödənilmiş 52.27 manat dövlət rüsumunun Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Masallı” filialı ilə cavabdeh Mövsümov İsaq Mirzə oğlu arasında bağlanmış 19 iyun 2017-ci il tarixli, NK-10-128307/008617 nömrəli kredit müqaviləsinə əsasən İ.Mövsümova 60 ay müddətinə, illik 9 faiz dərəcəsi ilə 3844 ABŞ dolları məbləğində kredit verilmişdir. DİN-in BPQMİ- nin MAPS şöbəsinin xx.xx.2022-ci il tarixli arayışına əsasən X1 Mirzə oğlu vəfat etmişdir. X1 Mirzə oğluna kredit verilərkən bank ilə Cavabdeh arasında 19 iyun 2017-ci il tarixli, NK10-128307/008617/1 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən zamin durmuş şəxs borc alanın kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyini və ya lazımınca yerinə yetirmədiyi nəticəsində əmələ gələn faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və bununla əlaqədar digər zərərin əvəzinin ödənilməsinə görə bank qarşısında borcalanla eyni həcmdə məsuliyyət daşıyır. Kredit müqaviləsinin 1.1 və 3.3.4-cü bəndlərinə əsasən X1 Mirzə oğlukredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə və qaydada kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə bank qarşısında öhdəlik götürsə də, o, bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Bu səbəbdən də X1 Mirzə oğluun 19 iyun 2017-ci il tarixli, NK-10-128307/008617 nömrəli kredit müqaviləsi üzrə 26 dekabr 2022-ci il tarixə banka ödənilməmiş cəmi 1898.30 ABŞ dolları borcu vardır. Bundan 1524.75 ABŞ dolları əsas, 334.28 ABŞ dolları faiz borcu və kredit müqaviləsinin müddəti bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum Qərarına əsasən əsas borca illik 5%-lə hesablanmış 39.27 ABŞ dollar faiz borcu təşkil edir. Bank tərəfindən kredit borcunun qaytarılması tələbi ilə cavabdehlərə bir neçə dəfə şifahi və 11 oktyabr 2022-ci il tarixli, **********311 nömrəli, 05 dekabr 2022-ci il tarixli, **********146 nömrəli və 19 dekabr 2022-ci il tarixli, **********282 nömrəli xəbərdarlıq məktubları ilə isə yazılı qaydada müraciət edilməsinə baxmayaraq, cavabdehlər kredit borcunun banka qaytarılmasını təmin etməmişdir. Göründüyü kimi bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrəsadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehlərə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Ərizəyə əlavə olunmuş sənədlərlə müəyyən edilmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Masallı” filialı ilə cavabdeh Mövsümov İsaq Mirzə oğlu arasında bağlanmış 19 iyun 2017-ci il tarixli, NK-10-128307/008617 nömrəli kredit müqaviləsinə əsasən məişət avadanlığının alınması məqsədi ilə 60 ay müddətinə, illik 9 faiz dərəcəsi ilə 3844 ABŞ dolları məbləğində kredit verilmişdir. X1 Mirzə oğluna kredit verilərkən bank ilə Cavabdeh arasında 19 iyun 2017-ci il tarixli, NK10-128307/008617/1 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən zamin durmuş şəxs borc alanın kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyini və ya lazımınca yerinə yetirmədiyi nəticəsində əmələ gələn faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və bununla əlaqədar digər zərərin əvəzinin ödənilməsinə görə bank qarşısında borcalanla eyni həcmdə məsuliyyət daşıyır. Kredit müqaviləsinin 1.1 və 3.3.4-cü bəndlərinə əsasən X1 Mirzə oğlukredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə və qaydada kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə bank qarşısında öhdəlik götürsə də, o, bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. L.p.o İddiaçı ASC-nin L.Ə.S.F Cavabdeh 1524.75 ABŞ dolları əsas, 334.28 ABŞ dolları faiz borcunun və kredit müqaviləsinin müddəti bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum Qərarına əsasən əsas borca illik 5%-lə hesablanmış 39.27 ABŞ dollar faiz borcunun yarandığını bildirir və həmin məbləği də tələb edir. İddiaçı məhkəmədə iddia qaldırılması üçün 52.27 manat məbləğində dövlət rüsumu ödəmiş və həmin məbləği də cavabdehdən tələb edir. Cavabdeh tərəfindən iddiaçının tələbinə dair münasibət bildirilməmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı ASC-nin Masallı filialı ilə Mövsümov İsaq Mirzə oğlu arasında bağlanmış 19 iyun 2017-ci il tarixli NK-10-128307/008617 nömrəli kredit müqaviləsindən görünür ki, məişət avadanlığının alınması məqsədi ilə 60 ay müddətinə, illik 9 faiz dərəcəsi ilə 3844 ABŞ dolları məbləğində kredit verilmişdir, borcalan isə verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə faizləri ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ASC-nin Masallı filialı ilə Cavabdeh arasında bağlanmış 19 iyun 2017-ci il tarixli NK10-128307/008617/1 saylı zaminlik müqaviləsindən görünür ki, zamin 19 iyun 2017-ci il tarixli, NK-10-128307/008617 saylı kredit müqaviləsi üzrə borclu Mövsümov İsaq Mirzə oğlunun Bank qarşısında olan öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. 10 yanvar 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Mövsümov İsaq Mirzə oğlunun kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə borcu - 1524.75 ABŞ dolları əsas, 334.28 ABŞ dolları faiz, kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum Qərarına əsasən illik 5%-lə hesablanmış 39.27 ABŞ dolları məbləğində faiz borcu, cəmi 1989.30 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0 və 477.0.4-ci maddələrinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə borcun zamin Cavabdeh tələb edilməsinə münasibətdə qeyd edir ki, onun öhdəliyi zaminliklə təmin olunmuş əsas öhdəliyin yarandığı andan əmələ gəlmişdir. Kredit müqaviləsindən görünür ki, əsas öhdəliyin icrası vaxtı xx.xx.2022-ci il tarixədə başa çatmış, lakin kreditor icra edilməmiş öhdəlik üzrə zamin Cavabdeh qarşı xx.xx.2023-cü il tarixədək iddia irəli sürməmişdir. Belə olan halda Mülki Məcəllənin 477.0.4.-cü maddəsinə görə kreditor zaminə qarşı bir il ərzində iddia irəli sürmədiyi üçün (kəsici müddət) zaminlik müqaviləsinə xitam verildiyindən zaminə münasibətdə iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı L.p.o İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “borc tələbi” barədə iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar