Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-2951/2024 10.10.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, iddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh onun xeyrinə 17000 (on yeddi min) manat pulun, hüquqi yardıma görə vəkilə ödədiyi 405 manat, hazırki iddia ilə əlaqədar ödədiyi 143 manat dövlət rüsumunun, cəmi 17548 (on yeddi min beş yüz qırx səkkiz) manatın onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhərində evlərin alqı-saqtısı ilə məşğuldur, yəni realtor işləyir. X1 vasitəsi ilə cavabdehlə tanış olmuş, söhbət əsasında cavabdeh Bakı şəhəri, Çobanzadə küçəsində kiçik biznesi, yəni mağazası olmasını, həmin mağazada maşın ehtiyyat hissələri və motor yağının satışı ilə məşğul olmasını ona deyərək biznesini böyüdüb daha çox gəlir əldə etməsi üçün ona qısa zamanda qaytarmaq şərti ilə borca pul lazım olmasını bildirmişdir. O, cavabdehin səmimiyyətinə inanaraq ona yalnız notarial qaydada borca pul verəcəyinə razılıq vermişdir. Bundan sonra o, Bakı şəhəri, 20 saylı Notariat Offisində cavabdehə bir il ərzində qaytaracağı şərti ilə 17000 manat pulu borca vermiş, borc münasibətləri hər iki tərəfin razılığı və imzası ilə təsdiq olunaraq kredit müqaviləsi bağlanmışdır. O, dəfələrlə cavabdehin iş yerində olmuş, sonuncu borcu ödəmək üçün maddi imkanın olmamasını bəhanə edərək pulu qaytarmaqdan yayınmışdır. Bu aylar ərzində o, cavabdehin tamahkarlığının qurbanı olaraq onun qanuna zidd hərəkəti nəticəsində əsəb, stres keçirtmişdir. Ona sonradan məlum olmuşdur ki, cavabdeh belə yalan danışmaqla pul alıb öz məqsədləri üçün xərcləmiş, borc məqsədi ilə onun etibarından sui-istifadə edərək onu aldadaraq pulunu mənimsəmişdir. Cavabdeh maddi imkansızlığını bəhanə edərək onun kimi adamları aldadıb pulunu mənimsəməkdə davam edir. Cavabdeh hal-hazırki dövrə qədər borcun ödəməsindən qərəzli olaraq yayınır. Hesab edir ki, cavabdehin hərəkəti qanuna ziddir, onun vəsaitini əsassız olaraq əldə etmiş və bunun nəticəsində varlanmışdır. İddiaçının nümayəndəsi-vəkili Vəkil məhkəmə iclası zamanı iddianı müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsə də, o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi-vəkilini dinləyib, iş materiallarını araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarında olan Bakı şəhəri, 20 saylı Notariat ofisinin xüsusi notsriusu tərəfindən təsdiqlənmiş 27 sentyabr 2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 17000 (on yeddi min) manat məbləğində pulu borc vermiş, cavabdeh isə aldığı borc məbləğini 27 sentyabr 2024-cü il tarixədək iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər borcun faizsiz verilməsini şərtləşdirmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 740.2-ci maddəsində qeyd edilir ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə iclası zamanı işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, tərəflər arasında şərtləri notarial qaydada təsdiqlənmiş kredit müqaviləsi üzrə öhdəlik münasibətləri yaranmış, iddiaçı müəyyənəşdirilmiş pul məbləğini cavabdehə borc vermiş, cavabdeh isə aldığı borc məbləğini müəyyənləşdirilmiş müddətdə geri qaytarmaq öhdəliyini üzərinə götürmüşdür. Lakin, cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımı qaydada icra etməmiş, nəticədə iddiaçının cavabdehdən öhdəliyinin icrasını tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh borca görə 17000 (on yeddi min) manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 143 manat dövlət rüsumu və hüquqi yardıma görə vəkilə 405 manat ödənilmişdir. Odur ki, iddia təmin edildiyindən qeyd olunan məbləğlər cavabdehə aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddia təmin edilsin. Cavabdeh borca görə 17000 manat, ödənilmiş dövlət rüsumuna görə 143 manat və hüquqi yardıma görə vəkilə ödədiyi 405 manat, cəmi 17548 (on yeddi min beş yüz qırx səkkiz) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Firdovsi Əliyev
Məhkəmə qərarları › İş №e-2(050)-2951/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-2951/2024
10.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver