Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-3005/2024 08.10.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi, Cavabdeh Qəhrəman qızının iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra ASC) Cavabdeh Qəhrəman qızına qarşı müqavilə üzrə yaranmış borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Baxşıyev Üzeyir Aşur oğlunun vərəsəsi Cavabdeh Qəhrəman qızından "xxxx" ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli BPM**********88 saylı Kredit Müqaviləsinə əsasən cəmi 6522.79 manat manat əsas borc, ödənilmiş 85.23 manat dövlət rüsumunun və 0.4 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə Baxşıyev Üzeyir Aşur oğlu arasında bağlanılmış xx.xx.2023-cü il tarixli BPM**********88 saylı kredit müqaviləsinə əsasən ona illik 18.9 %-lə, 48 ay müddətinə 7800 manat nağd pul sonunuya verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Lakin, xx.xx.2023-cü il tarixdə borclu Baxşıyev Üzeyir Aşur oğlu vəfat etmiş və bundan sonra ödənişlər ödəniş qrafiki üzrə aparılmamışdır. Bunun nəticəsində "xxxx" ASC ilə cavabdeh Baxşıyev Üzeyir Aşur oğlu arasında bağlanmış xx.xx.2023-cü il tarixli BPM**********88 saylı Kredit Müqaviləsinə əsasən cəmi 6522.79 manat əsas borcu yaranmışdır. Masallı rayon Qeydiyyat Şöbəsinin xx.xx.2023-cü il tarixli AZ-İİ № 332399 saylı ölüm haqqında şəhadətnaməsindən görünür ki, Baxşıyev Üzeyir Aşur oğlu xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Masallı regional “ASAN Xidmət” mərkəzində Notariat ofisininxx.xx.2023-cü il tarixli 2V-725 saylı saylı Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsindən görünür ki, Baxşıyev Üzeyir Aşur oğlundan qalmış mirasa Cavabdeh Qəhrəman qızına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədə kənar qaydada həll edilməsi məqsədilə borclu Baxşıyev Üzeyir Aşur oğlununun vərəsəsi Cavabdeh Qəhrəman qızına xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Qeyd olunan əməliyyatlardan sonra yaranmış borclarla bağlı mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. İddiaçının nümayəndəsi Nümayəndə1 ərizə il məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh Qəhrəman qızı iddianı qəbul edərək bildirmişdir ki, mərhum əri Baxşıyev Üzeyir Aşur oğlu bankdan kredit götürmüş, kreditin bir hissəsini ödəmiş, lakin xx.xx.2023-cü ildə vəfat etdiyindən qalanını ödəyə bilməmişdir. Sonda Cavabdeh məhkəmənin hər hansı bir qərar verilməsinə etirazının olmadığını bildirmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: İş materiallarında olan: "xxxx" ASC ilə cavabdeh Baxşıyev Üzeyir Aşur oğlu arasında bağlanmış xx.xx.2023cü il tarixli BPM**********88 saylı saylı Kredit müqaviləsindən görünür ki, Baxşıyev Üzeyir Aşur oğluna illik 18.9 %-lə, 48 ay müddətinə 7800 manat nağd kredit verilmişdir. Maliyyə arayışından görünür ki, Baxşıyev Üzeyir Aşur oğlunun xx.xx.2023-cü il tarixli BPM**********88 saylı kredit müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə "xxxx" ASC-yə 6522.79 manat əsas borcu var. Ölüm haqqında şəhadətnamədən görünür ki, Baxşıyev Üzeyir Aşur oğlu xx.xx.2023cü il tarixdə ölmüşdür. xx.xx.2023-cü il tarixdə Masallı regional “ASAN xidmət” mərkəzində notariat ofisində reyestrdə 2V-725 nömrə ilə qeyd edilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Cavabdeh Qəhrəman qızı xx.xx.2023-cü il tarixdə ölmüş Baxşıyev Üzeyir Aşur oğlunun vərəsəsi hesab edilmişdir. xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, "xxxx" ASC Baxşıyev Üzeyir Aşur oğlunun vərəsəsi Cavabdeh Qəhrəman qızına vərəsəsi olduğu Baxşıyev Üzeyir Aşur oğlunun Baxşıyev Üzeyir Aşur oğlunun banka olan borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət olunacağını bildirmişdir. Ödəniş qəbzindən görünür ki, "xxxx" ASC məhkəmədə iddia qaldırmaq üçün 85.23 manat dövlət rüsunu, 0.4 manat xidmət haqqı ödəmişdir. Məhkəmədə işin faktiki halları ilə müəyyən edilmişdir ki, "xxxx" ASC ilə cavabdeh Baxşıyev Üzeyir Aşur oğlu arasında bağlanmış xx.xx.2023-cü il tarixli BPM**********88 saylı saylı Kredit müqaviləsinə əsasən Baxşıyev Üzeyir Aşur oğluna illik 18.9 %-lə, 48 ay müddətinə 7800 manat nağd kredit verilmiş, borclu xx.xx.2023-cü il tarixdə ölmüşdür. Borcludan miras qalmış əmlaka dair xx.xx.2023-cü il tarixdə Masallı regional “ASAN xidmət” mərkəzində notariat ofisində reyestrdə 2V-725 nömrə ilə qeyd edilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə onun vərəsəsi Cavabdeh Qəhrəman qızına verilmişdir. Cavabdeh Qəhrəman qızı mərhum ərinin qeyd edilən həcmdə borcunun olduğunu qəbul edərək iddia tələbini qəbul etmişdir. Məhkəmə əvvəlcə borclunun vərəsəsinə qarşı iddia tələbinin irəli sürülməsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1306.2. Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. 1307. Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Göründüyü kimi, cavabdeh vərəsəlik şəhadətnaməsi almaqla miras əmlakı qəbul etdiyindən onun iddiaya cavab verməli olan şəxs kimi vəzifəsi yaranmışdır. Mülki Məcəlləyə müvafiq olaraq borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). X1 Aşur oğlu kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də onun hərəkətləri öhdəliyin pozulması kimi qiymətləndirilməli, bu səbəbdən o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Lakin cavabdeh vəfat etdiyindən, ondan qalan mirası onun vərəsəsi qəbul etdiyindən, həmin borc mirası qəbul etmiş vərəsə tərəfindən ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, X1 Aşur oğlu öldüyü vaxtadək iddiaçı "xxxx" ASC-dən aldığı kredit üzrə əsas borcu və müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuş, o öldükdən sonra isə həmin vəzifə (miras passivi kimi) onun vərəsəsi Cavabdeh Qəhərman qızına keçmişdir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə nəzərə alır ki, həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə işin faktiki hallarını qeyd olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, Baxşıyev Üzeyir Aşur oğlunun vərəsəsi Cavabdeh Qəhrəman qızından "xxxx" ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli BPM**********88 saylı Kredit Müqaviləsinə əsasən cəmi 6522.79 manat manat əsas borc, ödənilmiş 85.23 manat dövlət rüsumu və 0.4 manat xidmət haqqı tutularaq "xxxx" ASC-yə ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Baxşıyev Üzeyir Aşur oğlunun vərəsəsi Cavabdeh Qəhrəman qızından xx.xx.2023-cü il tarixli BPM**********88 saylı kredit müqaviləsinə əsasən cəmi 6522.79 manat manat əsas borc, ödənilmiş 85.23 manat dövlət rüsumu və 0.4 manat xidmət haqqı tutularaq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №e-2(050)-3005/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-3005/2024
08.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver