Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-3013/2024 22.10.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, Cavabdeh iştirakı ilə. İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddia ərizəsində qeyd edilən işin halları: İddiaçı Cavabdeh ilə 1999-cu ildə faktiki ailə qurmuş, 2003-cü ildə isə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından 09 yanvar 2000-ci il təvəllüdlü X9, 12 iyul 2001-ci il təvəllüdlü X7 və 21 fevral 2011-ci il təvəllüdlü X10 adlı üç uşaq dünyaya gəlmişdir. Aralarındakı nikah Masallı Rayon Məhkəməsinin 2(050)-1993/2019 saylı, 15 noyabr 2019cu il tarixli qətnaməsi ilə pozulmuş, birgə nikahdan anadan olmuş 21 fevral 2011-ci il təvəllüdlü X6 onun yanında qalması, X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh onun xeyrinə hər ay 110 (yüz on) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Hazırda həmin qətnamə ilə tutulan alimentin məbləği uşağın minimum tələbatının ödənilməsinə yetmir. Qeyd edilən aliment məbləği 5 il bundan əvvəl uşaqlar üçün yaşayış minimumu nəzərə alınmaqla tutulmuşdur. Uşaq böyümüş, inkişaf etməsi üçün məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2024-cü ildə hər uşaq üçün 235 manat müəyyən edilmişdir. Hesab edir ki, həmin məbləğ də uşağın düzgün inkişafı üçün yetərli deyildir. Hazırda uşağın bütün qayğısını, ehtiyaclarını demək olar ki, o çəkir. Uşağın həm təlim-tərbiyəsi, həm də maddi tələbatlarını ödəmək tək və işsiz qadın olaraq onun üçün çox çətindir. Maddi vəziyyəti ağırdır. Buna görə də alimentin artırılması ilə bağlı məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. İddiaçının tələbi: Cavabdeh yetkinlik yaşına çatmayan uşağı 21 fevral 2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün onun xeyrinə Masallı Rayon Məhkəməsinin 2(050)- 1993/2019 saylı, 15 noyabr 2019-cu il tarixli qətnaməsi ilə uşaq üçün tutulan alimentin məbləğinin 110 (yüz on) manatdan artırılaraq 235 (iki yüz otuz beş) manat müəyyən olunması və mediasiya xidməti haqqı kimi ödədiyi 50 manat məbləğində pulun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh yetkinlik yaşına çatmayan uşağı 21 fevral 2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün onun xeyrinə Masallı Rayon Məhkəməsinin 2(050)- 2902/2019 saylı, 28 noyabr 2019-cu il tarixli qətnaməsi ilə uşaq üçün tutulan alimentin məbləğinin 110 (yüz on) manatdan artırılaraq 235 (iki yüz otuz beş) manat müəyyən olunması və mediasiya xidməti haqqı kimi ödədiyi 50 manat məbləğində pulun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin iddiaya münasibəti: Cavabdeh tərəfindən heç bir yazılı etiraz və ya sənəd daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, lakin ərizə göndərərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh ona qarşı irəli sürülmüş tələbini qismən qəbul etdiyini bildirmişdir. Həmçinin irəli sürülən tələb üzrə alimentin məbləğinin yüksək olduğunu, hazırda səhhəti ilə bağlı işsiz olduğunu və həkim müayinələrinə görə əlavə xərclərinin artdığını bildirmiş, qətnamə qəbul edilərkən bu halların nəzərə alınmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: AZ-İ 419243 №-Lİ Nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh və X2 nikahı Masallı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Doğum haqqında şəhadətnamədən görünür ki, atası Cavabdeh və anası İddiaçı olan X10 xx.xx.2011-ci ildə Abşeron rayonunda doğulmuşdur. Masallı Rayon Məhkəməsinin 2(050)-1993/2019 saylı, 15 noyabr 2019-cu il tarixli qətnaməsindən görünür ki, Cavabdeh və İddiaçı arasında Masallı rayon Qızılağac kənd Ərazi Nümayəndəliyində bağlanmış xx.xx.2003-cü il tarixli 28 saylı nikah akt qeydi pozulmuş, xx.xx.2011-ci ildə anadan olmuş X10 anası X2 yanında saxlanılmışdır. Masallı Rayon Məhkəməsinin 2(050)-2902/2019 saylı, 28 noyabr 2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı X2 iddiası qismən təmin edilmiş, 21 fevral 2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 110 (yüz on) manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq iddiaçı X4 ödənilməsi, alimentin tutulmasının 29 oktyabr 2019-cu il tarixdən hesablanması, cavabdeh Quliyev X8 30 (otuz) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə keçirilməsi, iddiaçı X3 iddiasının rədd edilməsi, 12 iyun 2001-ci il təvəllüdlü X3 “Qərbi Kaspi Universitetinin Kolleci”ndə təhsil alması üçün həmin məktəbdə ödənilməli olan təhsil haqqının və digər xərclər olmaqla ayda 150 manat məbləğində pulun Cavabdeh alınaraq iddiaçı X5 verilməsinə dair tələbinin təmin edilməməsi qət edilmişdir. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli, MŞB/18/2024-00836 saylı arayışdan görünür ki, tərəflər arasında razılıq əldə edilməmişdir. Mediasiya xərcinə görə ödənilmiş 50 manat və poçt xidmətlərinin göstərilməsinə görə 10 manat İddiaçı tərəfindən ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyanın: 17-ci maddəsinin 2-ci bəndinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Konvensiya: Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın: 8.1-ci maddəsinə əsasən hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir; 8.2-ci maddəsinə əsasən milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətlərin qarşısını almaq üçün, sağlamlığı yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, və yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutmaq mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uygun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün əsas tutularaq müəyyən edilir. 101.2-ci maddəsinə əsasən məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. 112.1-ci maddəsinin tələblərinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanunun: 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu: 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 27 yanvar 2015-ci il Qərarı. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-cı il tarixli Qərarı. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi” haqqında 28 mart 2016-cı il tarixli Qərarı. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.2-ci maddənin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə hesab edir ki, iddia qismən təmin edilməlidir. İşin faktiki hallarına əsasən tərəflər 1999-cu ildə faktiki ailə qurmuş, 2003-cü ildə isə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından 09 yanvar 2000-ci il təvəllüdlü X9, 12 iyul 2001-ci il təvəllüdlü X7 və 21 fevral 2011-ci il təvəllüdlü X10 adlı üç uşaq dünyaya gəlmişdir. Masallı Rayon Məhkəməsinin 2(050)-2902/2019 saylı, 28 noyabr 2019-cu il tarixli qətnaməsi X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh onun xeyrinə hər ay 110 (yüz on) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Yuxarıda göstərilən maddi normalara əsasən məhkəmə qeyd edir ki, xx.xx.2011-ci il təvəllüdlü X6 atasının Cavabdeh, anasının İddiaçı olması işdə olan materiallarla müəyyən olunur. Uşaqları saxlamaq, qayğısına qalmaq, onun maddi ehtiyaclarını ödəmək valideyn kimi iddiaçı ilə bərabər cavabdehin də borcudur. Uşağın saxlanılması üçün Masallı Rayon Məhkəməsinin 2(050)-2902/2019 saylı, 28 noyabr 2019-cu il tarixli qətnaməsi ilə hər ay 110 manat sabit pul məbləğində aliment müəyyən olunsa da, ötən illərə münasibətdə həyat şəratinin dəyişməsi hamıya bəlli olan haldır. Uşağın yaşı ilə bərabər, onların sosial və maddi təlabatları artmışdır. Ona görə də alimentin miqdarı artırılmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə əsasən məhkəmə cavabdehin də maddi və ailə vəziyyətini, diqqətə layiq olan digər halları nəzərə alaraq, yetkinlik yaşına çatmamış uşaq üçün aylıq aliment məbləğinin hər ay uşaq üçün 200 manat sabit pul məbləğində müəyyən edilməsini məqsədəuyğun hesab edir. Beləliklə məhkəmə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2011-ci il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Masallı Rayon Məhkəməsinin 2(050)-2902/2019 saylı, 28 noyabr 2019-cu il tarixli qətnaməsi əsasında tutulan alimentin miqdarı dəyişdirilərək, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-3013/2024 nömrəli qətnaməsi qаnuni qüvvəsini аldığı gündən hesablanmaqla hər ay 200 manat sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, aliment tutulmasının əvvəli Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında məhkəmələrə izah edilmişdir ki , məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələbləri münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, mediasiya xərcinə görə ödənilmiş 50 manat və poçt xidmətlərinin göstərilməsinə görə 10 manat Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prossual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Masallı Rayon Məhkəməsinin 2(050)-2902/2019 saylı, 28 noyabr 2019-cu il tarixli qətnaməsi ilə xx.xx.2011-ci il təvəllüdlü X1 üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq, hər ay 200 manat sabit pul məbləğində müəyyən olunmaqla Cavabdeh alınaraq, İddiaçı ödənilsin. Alimentin yeni məbləğdə tutulmasının başlanğıcı qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Mediasiya xərcinə görə ödənilmiş 50 manat və poçt xidmətlərinin göstərilməsinə görə 10 manat Cavabdeh alınaraq, İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Ellara Abbasova
Məhkəmə qərarları › İş №e-2(050)-3013/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-3013/2024
22.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver