Məhkəmə qərarları › İş №e-2(050)-3070/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-3070/2023

27.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-3070/2023 27.09.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlu, iddiaçı QSC “Bank Standard” KB (ləğv prosesindədir) Cavabdeh qarşı borc tələbinə dair mülki işə, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı QSC “Bank Standard” KB (ləğv prosesindədir) Cavabdeh qarşı borc tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, QSC “Bank Standard” KB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, LM062000619 saylı restrukturizasiya müqaviləsi üzrə cavabdehdən 929.99 manat məbləğində əsas borc, 26.87 manat məbləğində faiz borcu, 0.70 manat məbləğində cərimə borcu, cəmi 957.56 manat məbləğində pulun, xx.xx.2020-ci il tarixli, LM062000618 saylı restrukturizasiya müqaviləsi üzrə cavabdehdən 2877.74 manat məbləğində əsas borc, 85.21 manat məbləğində faiz borcu, 4.17 manat məbləğində cərimə borcu, cəmi 2967.12 manat məbləğində pulun və 59.25 manat dövlət rüsumunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində iddiaçının tələbi onunla əsaslandırılmışdır ki, Ləğv prosesində olan QSC “Bank Standard” KB ilə Cavabdeh arasında “Azərbaycan Respublikası fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli fərmanına əsasən xx.xx.2020-ci il tarixli, LM062000619 saylı restrukturizasiya müqaviləsi bağlanmışdır. xx.xx.2020-ci il tarixli, LM062000619 saylı restrukturizasiya müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 929.99 manat restrukturizasiya olunmuş və cavabdeh bu müqavilə ilə müəyyən olunan şərtlərlə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür. Faizlər restruktrizasiya olunan tarixdən borc məbləği banka tam məbləğdə faktiki qaytarılan günədək restrukturizasiya müddəti ərzində illik 1% olmaqla hesablanır. Restrukturizasiya müqaviləsi 60 ay müddətinə bağlanmış, borcun ödənilməli olduğu son tarix xx.xx.2025-ci il müəyyən olunmuşdur. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin xx.xx.2023-cü il tarixinə banka 929.99 manat məbləğində əsas borc, 26.87 manat məbləğində faiz borcu, 0.70 manat məbləğində cərimə borcu, cəmi 957.56 manat məbləğində borcu qalmışdır. Həmçinin Cavabdeh ilə bank arasında xx.xx.2020-ci il tarixli, LM062000618 saylı restrukturizasiya müqaviləsi bağlanmışdır. xx.xx.2020-ci il tarixli, LM062000618 saylı restrukturizasiya müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 2877.74 manat restrukturizasiya olunmuş və cavabdeh bu müqavilə ilə müəyyən olunan şərtlərlə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür. Faizlər restruktrizasiya olunan tarixdən borc məbləği banka tam məbləğdə faktiki qaytarılan günədək restrukturizasiya müddəti dövlət rüsumunun ödənilməsi haqqında məlumat ərzində illik 1% olmaqla hesablanır. Restrukturizasiya müqaviləsi 60 ay müddətinə bağlanmış, borcun ödənilməli olduğu son tarix xx.xx.2025-ci il müəyyən olunmuşdur. Lakin Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin xx.xx.2023-cü il tarixinə Banka 2877.74 manat məbləğində əsas borc, 85.21 manat məbləğində faiz borcu, 4.17 manat məbləğində cərimə borcu, cəmi 2967.12 manat məbləğində borcu qalmışdır. Cavabdeh Azərbaycan Respublikası MPM-in 284-5.2.-ci maddəsinə əsasən iddiaya qarşı əsaslandırılmış etirazlarını göndərmək barədə məlumat verilməsinə baxmayaraq, iddaya qarşı etirazlarını məhkəməyə göndərməmişdir. xx.xx.2020-ci il tarixli, LM062000618 saylı restrukturizasiya müqaviləsindən görünür ki, cavabdehlə bağlanmış xx.xx.2013-cü il 1xx/xx/46618/13 kredit müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən illik 1 faiz dərəci olmaqla 60 ay müddətinə 2877.74 manat məbləğində restrukturizasiya olunur və borclu bu müqavilə ilə müəyyən olunan şərtlərlə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixli, LM062000619 saylı restrukturizasiya müqaviləsindən görünür ki, cavabdehlə bağlanmış xx.xx.2013-cü il 1xx/xx/51999/13 kredit müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən illik 1 faiz dərəci olmaqla 60 ay müddətinə 929.99 manat məbləğində restrukturizasiya olunur və borclu bu müqavilə ilə müəyyən olunan şərtlərlə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür xx.xx.2023-ci il tarixli maliyyə arayışından aydın olur ki, cavabdehin QSC “Bank Standard” KB (ləğv prosesindədir) 2877 manat əsas borc, 85 manat faiz borcu, 4.17 manat cərimə borcu olmaqla, cəmi 2967 manat borcu qalmışdır. xx.xx.2023-ci il tarixli maliyyə arayışından aydın olur ki, cavabdehin QSC “Bank Standard” KB (ləğv prosesindədir) 929 manat əsas borc, 26.87 manat faiz borcu, 0,70 manat cərimə borcu olmaqla, cəmi 957 manat borcu qalmışdır. Bildirişin surətindən görünür ki, QSC “Bank Standard” KB (ləğv prosesindədir) Cavabdeh borcun ödənilməsi barədə bildirş göndərmiş və borcun ödənilmədiyi tədqirdə məhkəməyə müraciət olunacağı barədə məlumat verilmişdir. Ödəniş qəbzindən görünür ki, QSC “Bank Standard” KB (ləğv prosesindədir) məhkəmədə iddia qaldırmaq üçün 59.25 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər boclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 600.1. və 601.1.-ci maddələrinə əsasən Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göstərilən maddi normalara əsasən məhkəmə qeyd edir ki, iş materillarında olan və tədqiq edilmiş mötəbər, təkzibolunmaz sübutlarla təsdiq olunur ki, Ləğv prosesində olan QSC “Bank Standard” KB ilə Cavabdeh arasında “Azərbaycan Respublikası fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli fərmanına əsasən xx.xx.2020-ci il tarixli, LM062000619 saylı restrukturizasiya müqaviləsi bağlanmışdır. xx.xx.2020-ci il tarixli, LM062000619 saylı restrukturizasiya müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 929.99 manat restrukturizasiya olunmuş və cavabdeh bu müqavilə ilə müəyyən olunan şərtlərlə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür. Faizlər restruktrizasiya olunan tarixdən borc məbləği banka tam məbləğdə faktiki qaytarılan günədək restrukturizasiya müddəti ərzində illik 1% olmaqla hesablanır. Restrukturizasiya müqaviləsi 60 ay müddətinə bağlanmış, borcun ödənilməli olduğu son tarix xx.xx.2025-ci il müəyyən olunmuşdur. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin xx.xx.2023-cü il tarixinə banka 929.99 manat məbləğində əsas borc, 26.87 manat məbləğində faiz borcu, 0.70 manat məbləğində cərimə borcu, cəmi 957.56 manat məbləğində borcu qalmışdır. Həmçinin Cavabdeh ilə bank arasında xx.xx.2020-ci il tarixli, LM062000618 saylı restrukturizasiya müqaviləsi bağlanmışdır. xx.xx.2020-ci il tarixli, LM062000618 saylı restrukturizasiya müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 2877.74 manat restrukturizasiya olunmuş və cavabdeh bu müqavilə ilə müəyyən olunan şərtlərlə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür. Faizlər restruktrizasiya olunan tarixdən borc məbləği banka tam məbləğdə faktiki qaytarılan günədək restrukturizasiya müddəti dövlət rüsumunun ödənilməsi haqqında məlumat ərzində illik 1% olmaqla hesablanır. Restrukturizasiya müqaviləsi 60 ay müddətinə bağlanmış, borcun ödənilməli olduğu son tarix xx.xx.2025-ci il müəyyən olunmuşdur. Lakin Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin xx.xx.2023-cü il tarixinə Banka 2877.74 manat məbləğində əsas borc, 85.21 manat məbləğində faiz borcu, 4.17 manat məbləğində cərimə borcu, cəmi 2967.12 manat məbləğində borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etrazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə ( hakim) öz qətnaməsini yalnız məhkəmə iclaslında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçının tələbi təmin olunduğuna görə onun tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq, bankın hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6.1.-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233, 284.1-285-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli , LM062000619 saylı müqaviləyə əsasən 929.99 manat əsas borc, 26.87 manat faiz borcu, 0.70 manat cərimə borcu, xx.xx.2020-ci il tarixli, LM062000618 saylı restrukturizasiya müqaviləyə əsasən 2877.74 manat əsas borc, 85.21 manat faiz borcu, 4.17 manat cərimə borcu, 59.25 manat dövlət rüsumu, cəmi 3026.37 manat pul tutularaq iddiaçı QSC “Bank Standard” KB (ləğv prosesindədir) xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Hakim: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar