Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-3076/2024 23.10.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cаvаbdеh Cavabdeh оğlundаn ona bоrclu оlduğu 2900 mаnаt, dövlət rüsumu kimi ödədiyi 49 mаnаt və vəkilin hüquqi хidmətinə görə ödədəiyi 300 mаnаt pulun аlınаrаq ona vеrilməsi bаrədə qətnаmə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ötən ilin dekabr аynın 26-da cаvаbdеh ona mürаciət еdərək pulа еhtiyаcı оlmаsını bildirib оnа bоrc vеrməyini хаhiş еtmiş, pulu 5- 6 aya qаytаrаcаğını dеmişdir. Оnu tаnıdığındаn inаnаrаq həmin gün 2900 mаnаt bоrc pul vеrmişdir. O, öz xətti ilə qəbz yazaraq ona vermiş və həmin qəbzdə də pulu 5-6 aya qаytаracağını qеyd еdilsə də, о, bоrcundаn ümumiyyətlə ödəniş еtməmişdir. Həmin pulu ödəməsi bаrədə dəfələrlə оlаn mürаciətləri nəticəsiz qаldığındаn bu bаrədə məhkəməyə mürаciət еtməli оlmuşdur. Bunа görə isə 49 mаnаt dövlət rüsumu, vəkilin hüquqi хidmətinə görə 300 mаnаt ödəməli оlmuşdur. Cаvаbdеhə 2900 mаnаt bоrc vеrmişdir ki, həmin məbləğə dаir оnunlа аrаsında şifahi müqаvilə оlmuş, o, bu barədə yazılı qəbz vermişdir. Qаnunvеriciliyin tələbinə əsаsən o, cаvаbdеhə bоrc vеrməklə о, isə həmin bоrc pulu ona qаytаrmаğı öhdəsinə götürməklə onların аrаsında bоrc müqаviləsi bаğlаnmışdır. Lаkin o, özünün öhdəliyini yеrinə yеtirsə də cаvаbdеh öz öhdəliyini yеrinə yеtirməmişdir. Cаvаbdеhə vеrdiyi pul vəsаitindən məhrum оlmаğı nəticəsində ona ziyаn dəymişdir. Cаvаbdеh ondan bоrc аldığı pulu hаzırkı vахtа kimi qаytаrmаmışdır ki, nəticədə həmin pulundаn məhrum оlmuşdur. Qаnunun tələbinə əsаsən bu ona vurulmuş zərər hеsаb еdilir və həmin zərərin əvəzi tаm şəkildə ona ödənilməlidir. Həmçinin cаvаbdеhin öhdəliyini könüllü yеrinə yеtirmədiyindən məhkəməyə mürаciət еtmək məcburiyyətində qаlmış və bundаn ötrü hüquqi хidmətə görə 300 mаnаt, dövlət rüsumunа görə 49 mаnаt pul ödəmişdir. Qаnunvеriciliyin tələbinə əsаsən dövlət rüsumu kimi və hüquqi хidmətə görə ödədiyi pul vəsаiti də cаvаbdеhdən onun хеyrinə tutulmаlıdır. Qаnunvеriciliyin tələbinə əsаsən cаvаbdеh Masallı rаyоnu ərаzisində qеydiyyаtdа оlduğundаn hаzırkı iddiа ərizəsinə Masallı Rаyоn Məhkəməsində bахılmаlıdır. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh X2 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş gəlmək istəyib istəməməsi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçının vəkili və nümayəndəsini dinələyərək, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Cavabdeh tərəfindən imzalanmış 26 dekabr 2023-cü il tarixli qəbzdən görünür ki, Masallı rayonu, Kosakül kəndində yaşayan Cavabdeh Masallı rayonu, Ərkivan qəsəbəsində yaşayan İddiaçı 2900 manat borc almış və aldığı borcu 5-6 ay müddətində qaytaracağını öz öhdəliyinə götürmüşdür. Hüquqi yardım göstərilməsi haqqında 02 sentyabr 2024-cü il tairlxi, EM-417VK- 6219/24 saylı müqailədən görünür ki, hüquqi yardım göstərilən şəxs İddiaçı ilə hüquqi yardım göstərən şəxs Nümayəndə arasında müqailə bağlanmış və müqavilənin 2.1-ci bəndində əsasən hüquiq yardıma görə haqq qarşılıqlı razılıqla 300 manat müəyyən edilmişdir. İddia ərizəsindən görünür ki, iddia ərizəsinin verilməsinə görə İddiaçı 49 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında işdə olan CD disklərə baxış keçirilmiş, baxış nəticəsində Cavabdeh İddiaçı olan borcunun yaranması müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iddiaçı 26 dekabr 2023-cü il tarixdə cavabdehə 2900 manat borc pul vermiş və cavabdeh borcunu 5-6 ay müddətində qaytaracağını öz öhdəliyinə götürmüşdür. Lakin üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmşdir. Bunu iş materiallarına olan cavabdeh tərəfindən imzalanmış 26 dekabr 2023-cü il tarixli qəbz və CD diskdə olan səs yazıları sübut edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 49 manat məbləğində dövlət rüsumu və hüquqi yardıma görə 300 manat ödəmişdir. Odur ki, iddia təmin edildiyindən qeyd olunan məbləğ də cavabdehə aid edilməlidir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 2900 manat məbləğində pul vəsaiti, ödənilmiş 49 manat məbləğində dövlət rüsumu və hüquqi yardıma görə ödənilmiş 300 manat olmaqla, cəmi 3249 manat alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və MPM-in 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 2900 manat məbləğində pul vəsaiti, ödənilmiş 49 manat məbləğində dövlət rüsumu və hüquqi yardıma görə ödənilmiş 300 manat olmaqla, cəmi 3249 manat alınaraq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. X3
Məhkəmə qərarları › İş №e-2(050)-3076/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-3076/2024
23.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver