Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-3121/2024 27.12.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə. İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2024-cü il tarixə kimi istehlak etdiyi 854,00 manat debitor borcun, ödənilmiş 30,00 manat dövlət rüsumunun cəmi 884,00 manat məbləğində pul vəsaitinin tutularaq Lənkəran RQİİ-nin Kapital Bank ASC Lənkəran filialı Kod:200383 VÖEN **********, MH AZ37NABZ ********************, SWİFT: AİİBAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN:AZ90AİİB******************** saylı hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsasları: İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı Lənkəran X3 İdarəsinin Masallı rayonu üzrə Xidmət Sahəsində abonent kodu **********02960 olmaqla, xx.xx.2020ci il tarixli, 40824 saylı müqavilə əsasında fasiləsiz təbii qazdan istifadə edir. Cavabdeh Masallı rayonu, Hişkədərə kəndində yaşayan Cavabdeh mənzilində təbii qazdan istifadəyə görə xx.xx.2024-cü il tarixə 854,00 manat məbləğində borcu yaranmışdır. Borcun yaranmasına səbəb qaz sayğacı vasitəsilə istifadə etdiyi təbii qazın dəyərinin ödənilməməsi olmuşdur. İddiaçı Lənkəran RQİİ tərəfindən 854,00 manat məbləğində borcun ödənilməsi barədə cavabdehə dəfələrlə xəbərdarlıq olunmasına və bildiriş verilməsinə baxmayaraq o, borcunu ödəməmiş, tərəflər arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərini pozmuşdur. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək iddiaçı "Azəriqaz" İB-nin Cavabdeh qarşı borc tələbi ilə bağlı mülki iş üzrə iddia müddəti keçdiyindən, iddia müddətinin tətbiq edilməsi və iddianın təmin edilməməsi (rədd edilməsi) və yaranmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin məzmunundan görünür ki, icraatda iddiaçı "Azəriqaz" İB-nin cavabdehə qarşı borc tələbi ilə bağlı mülki iş vardır. İddiaçının tələbi 2019-2020-ci illərdə yaranmış borcla bağlıdır. İddiaçının tələb etdiyi borcun tarixdən 4-5 ilə yaxın bir müddət keçmişdir, belə ki, abonentin saldosuna nəzər salınsa görərik ki, tələb olunan borc 2019-2020-ci illərdə yaranmış debitor və tərtib olunmuş akta əsasən yaranmış borcdur. O, isə 2019-cu ilin sonundan təbii qazdan isitifadə etmir, bunu abonentin saldosundan da görmək olar. Müqavilələrdən əmələ gələn iddialar üzrə iddia müddəti ilə bağlı 3 il müddətini ötürmüşdür. Belə olduğu halda iddiaçı iddia müddətinin axınını pozmuşdur. 3 illik iddia müddəti keçdikdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyindən pul tələbi ilə bağlı iddia müddəti keçmişdir. Bu səbəbdən də hazırkı iş üzrə iddia müddəti tətbiq edilməlidir. Həmçinin iddia müddəti tətbiq olunub iddia tələbi rədd edildikdən sonra, yaranmış borc sistemdən silinməyəcəkdir və o, istər iddiaçı təşkilata, istərsədə ASAN xidmətə müraciət etdiyi zaman həmin borc sistemdə görüləcəkdir. Odur ki, iddia müddəti tətbiq olunub iddia rədd edildiyi zaman məhkəmə qətnaməsində yaranmış borcun silinməsidə qeyd olunmalıdır ki, bir vətəndaş olaraq sonradan o, əziyyət çəkmiş olmasın. Yəni bir məhkəmə mübahisəsi zamanı bütün məsələlər həll olunmalıdır ki, başqa bir məhkəmə mübahisəsinə gətirib çıxarmasın və həm məhkəmənin yükünün artmasına həmdə vətəndaşın hüquqlarının pozulmasına, yəni yenidən məhkəməyə müraciət etməsinə gətirib çıxarmasın. Masallı Rayon Məhkəməsinin e-2(050)-3121/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı İB-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında verilmiş iddia ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, cavabdehin istifadə etdiyi qaza görə borcu yaranmışdır. Borcun bir hissəsi debitor, bir hissəsi isə aktla yaranmışdır. Yaranmış borcla bağlı cavabdeh ödənişlər etmir. İddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, iddiaçı təşkilat onun debitor borcu ilə aktla yaranan borcu birləşdirib, ondan tələb edirlər. Onun qaz xəttini kəsmişlər və 5 ildir ki, təbii qazdan istifadə etmir. Tərtib edilmiş aktla razı deyil, onu ödəməyəcək. Qeyri-qanuni olaraq qazdan istifadə etməmişdir. Debitor borca görə yaranmış borcunu ödəyəcək. İş materiallarında olan: xx.xx.2020-ci il tarixli, 40814 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı” müqaviləsindən görünür ki, İddiaçı Lənkəran X3 İdarəsinin Masallı rayonu Hişkədərə kənd sakini Cavabdeh arasında xx.xx.2020-ci il tarixli, 40814 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı” müqaviləsi bağlanmışdır. abonentin saldosundan görünür ki, Masallı rayonu Hişkədərə kənd sakini Cavabdeh oğunun istehlak etdiyi təbii qazın dəyərinə görə debitor borcu 854.00 manat məbləğindədir. Masallı Rayon İcra və Probasiya Şöbəsinin 04 may 2020-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, 03 may 2020-ci il tarixdə Masallı Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X2 Filialının MN № ******* nömrəli, 22 fevral 2021-ci il tarixli icra sənədinə əsasən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. Tətbiq olunan maddi və prosessual hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarının” 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiy qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra 1 ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etrazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarından aydın olur ki, Cavabdeh uzun müddət ərzində istehlak etdiyi təbii qazın sərfiyyatına görə ödəməli olduğu borcunu ödəməmiş, bununla da onun iddiaçı təşkilata borcu yaranmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Məhkəmə cavabdehin ərizəsində iddia müddətinin tətbiqi ilə bağlı dəlillərini iş materilları üzrə araşdırıb sübut olunmadığından əsassız hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçının tələbi təmin olunduğundan həmçinin ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq İddiaçı hesabına ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməklə Cavabdeh xx.xx.2024-cü il tarixə kimi istehlak etdiyi təbii qazın dəyərinə görə yaranmış 854.00 manat debitor borc və 30.00 manat dövlət rüsumu, cəmi 884.00 manat məbləğində pul vəsaiti tutularaq Lənkəran RQİİ-nin Kapital Bank ASC Lənkəran filialı Kod:200383 VÖEN **********, MH AZ03NABZ********************, SWİFT: AİİBAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN:AZ90AİİB******************** saylı hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixə kimi istehlak etdiyi təbii qazın dəyərinə görə 854.00 manat debitor borc və ödənilmiş 30.00 manat dövlət rüsumu, cəmi 884.00 manat məbləğində pul tutularaq Lənkəran RQİİ-nin Kapital Bank ASC Lənkəran filialı Kod:200383 VÖEN **********, MH AZ03NABZ********************, SWİFT: AİİBAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN:AZ90AİİB******************** saylı hesabına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №e-2(050)-3121/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-3121/2024
27.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver