Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-3151/2025 01.10.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Mən, Masallı Rayon Məhkəməsinin hakimi Hüseynov Elşən Təbriz oğlu İddiaçı MM QBKT-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı - İddiaçı MM QBKT. Cavabdeh - Cavabdeh. Tərəflər arasında bağlanmış müqavilə - 14 iyun 2024-cü il tarixli **********430 nömrəli kredit müqaviləsi. Müqavilənin predmeti - kredit müqaviləsi. Tələb olunan məbləğ – 2007,50 manat əsas borc, 500 manat faiz borcu, 80,86 manat cərimə borcu, ümumilikdə 2588,36 manat borc və 45,89 manat dövlət rüsumu. Sübutlar: Kredit müqaviləsi, ödəniş cədvəli, maliyyə arayışı, dövlət rüsumunun ödənilməsi barədə qəbz. Tətbiq olunmalı maddi və prosessual hüquq normaları. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci, 600.1-ci, 601.1-ci və 443.1-ci, 462.1-ci, 465.2-ci və 467-ci maddələri. Hesab edirəm ki, iddia qismən əsaslıdır. Məhkəmədə müəyyən olundu ki, Cavabdeh 14 iyun 2024-cü il tarixli **********430 nömrəli kredit müqaviləsi əsasında İddiaçı MM QBKT-dən ailə-kəndli təsərüffatının yaradılması və genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 28% dərəcəsi olmaqla 24 ay müddətinə 2400 manat məbləğdə kredit almış, lakin, o, müqavilə üzrə ödənişləri tam həyata keçirməmişdir. Göründüyü kimi, cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəlikləri vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. 21 iyul 2025-ci il tarixli maliyyə arayışına əsasən 2007,50 manat əsas borc, 500 manat faiz borcu, 80,86 manat cərimə borcu, ümumilikdə 2588,36 manat borcunun olduğu qeyd edilmişdir. İşin hallarını nəzərə alaraq hesab edirəm ki, iddiaçının 14 iyun 2024-cü il tarixli müqavilə üzrə tələb etdiyi cərimə (dəbbə pulu) əsas borca münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılmalıdır. Məhkəmə təqdim edilən sənədlərin qərar çıxarılması üçün kifayət etdiyini, cavabdehin qanunla müəyyən olunan müddət ərzində iddiaya qarşı əsaslandırılmış etirazı və ona əlavə olunmuş sənədləri məhkəməyə daxil olmadığını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilərək borc məbləği və digər xərclər cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbi digər hissədə təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq QƏT ETDİM: İddia qismən təmin edilsin. Cavabdeh 2007,50 manat əsas borc, 500 manat faiz borcu, 30 manat cərimə borcu, cəmi 2537,50 (iki min beş yüz otuz yeddi manat əlli qəpik) manat məbləğində pul və 45,89 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MM QBKT-nə ödənilsin. İddia tələbi digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Hüseynov
Məhkəmə qərarları › İş №e-2(050)-3151/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-3151/2025
01.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver