Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-3172/2024 20.11.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Hakimin köməkçisi Musayeva Zəhraxanım Şahin qızının katibliyi ilə, İddiaçı Bayramov İddiaçı Aslan oğlunun iştirakı ilə. İddiaçı Bayramov İddiaçı Aslan oğlunun Cavabdeh qarşı pul tələbinə dair mülki işə, Masallı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia ərizəsində qeyd edilən işin halları: Bayramov İddiaçı Aslan oğlu “Abrek Atelier” adlı sosial şəbəkə səhifəsi vasitəsilə ətir satışı ilə məşğuldur. Bununla bağlı olaraq, yaxından tanıdığı Cavabdeh Elnur oğluna 800 manat dəyərində ətir satmışdır. Lakin cavabdeh həmin ətirlərin qarşılığında ona ödəməli olduğu 800 manat məbləğini ödəməkdən yayınmaqdadır. Sözügedən ətirlər online mağazanın kuryeri Şahid Fəxrəddin oğlu tərəfindən həmin şəxsə çatdırılmışdır. Eyni zamanda tərəfindən 700 manat məbləğində vəsait cavabdehə məxsus 412720****5387 nömrəli kart hesabına borc olaraq göndərilmişdir. Bununla bağlı olaraq, cavabdehin həyat yoldaşının sözügedən məbləğin cavabdeh tərəfindən alındığını təsdiq edən səs yazıları və “whatsapp” yazışmaları mövcuddur. Belə ki, cavabdehlə aralarında şifahi razılaşma olmuş, cəmi 1500 manat məbləği ona geri qaytaracağına dair tərəfindən şifahi şəkildə öhdəlik qəbul edilmiş, lakin buna əməl olunmamış və beləliklə ona 1500 manat dəyərində maddi ziyan vurulmuşdur. Bununla bağlı olaraq, tərəfindən dəfələrlə cavabdehə şifahi şəkildə xəbərdarlıqlar edilsə də, sözügedən məbləğlər cavabdeh tərəfindən geri qaytarılmamışdır. Eyni zamanda, məsələ ilə bağlı tərəfindən ilkin olaraq Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə (Polis Şöbəsi) müraciət edilmiş, Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli cavab məktubu ilə məsələ ilə bağlı mülki qaydada məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Bu səbəbdən də, pozulmuş hüquqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının tələbi: İddiaçı Bayramov İddiaçı Aslan oğlu Cavabdeh qızından 1500 manat və dövlət rüsumuna ödənilmiş 35 manat pul tələb etmişdir. Tərəflərin mövqeyi: İddiaçı Bayramov İddiaçı Aslan oğlu məhkəmə iclasında iddia ərizəsində göstərilən əsaslara uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbini bildirməmişdir. Odur ki, məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Həmin maddəyə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Şahid ifadəsi: Məhkəmə iclasında Şahid izahat verərək bildirmişdir ki, İddiaçı işlə bağlı tanımışdır. Kuryer kimi İddiaçı verdiyi sifarişləri müştərilərə çatdırır. Sifariş çatdırdığı şəxslərdən biri də Cavabdehdur. Eltuna 2024-cü ildə təxminən 3-4 paket 100 ml-lik ətir çatdırmışdır. Ətirləri “Dəmirçi Plaza”da cavabdehə təhvil vermişdir. İş materiallarına əlavə edilmiş sənədlər: xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, Bayramov İddiaçı Aslan oğlu özünə məxsus kart hesabından Cavabdeh məxsus 412720****5387 nömrəli kart hesabına 700 manat borc göndərilmişdir. Yaddaş kartında təqdim edilmiş səs yazılala da tərəflər arasında borc münasibətlərinin olması müəyyən olunur. Ödəniş qəbzindən görünür ki, Bayramov İddiaçı Aslan oğlu məhkəmədə iddia qaldırmaq üçün 35 manat dövlət rüsumu ödəmişdir. “700 manat məbləğində pul tələbinə dair” tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Göstərilən maddi hüquq normalarına və işin faktiki hallarına əsasən, məhkəmə yaranmış hüquq münasibəti üzrə tərəflərin iradə ifadəsinin həqiqi mənasını şərh edərək qeyd edir ki, İddiaçı Bayramov və Cavabdeh arasında qanuna zidd olmayan şifahi formada borc müqaviləsi olmuşdur. İddiaçı üzərinə düşən öhdəliyi icra etmiş, lakin razılaşmaya uyğun olaraq cavabdeh ötən müddət ərzində borcunu qaytarmamış, bununla da üzərinə düşən öhdəlikləri yerinə yetiməməklə müqavilə şərtlərini pozmuşdur. İş materiallarında olan ödəniş qəbzi ilə Cavabdeh hesabına iddiaçı tərəfindən 700 manat məbləğində pulun köçürülməsi sübuta yetir. Həmçinin təqdim edilmiş səs yazılardan müəyyən olunur ki, tərəflər arasında boorc münasibətləri olmuşdur. “800 manat məbləğində pul tələbinə dair” tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 465.2-ci maddəsinə əsasən əgər boclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 600.1 və 601.1-ci maddələrinə əsasən Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Belə ki, mülki qanunvericiliyə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, Mülki Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında nisyə alğı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur. Tərəflər arasında qanunla müəyyən edilmiş qaydada nisyə alqı-satqı müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı nisyə alqı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmişdir, cavabdeh aldığı malı dəyərini ödəlməli olduğu halda vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Belə ki, iddiaçı Almaz Bayramov ətir alqı-satqısı fəaliyyəti ilə məşğul olur. Cavabdehlə davamlı olaraq alqı-satqı münasibətləri olmuşdur. Sonuncu dəfə cavabdehə 800 manat dəyərində ətir satışı etmiş, lakin cavabdeh alqı-satqı müqaviləsi üzrə ətirlərin dəyərini ödəməmişdir. Qeyd edilən hal məhkəmə iclasında şahid ifadəsi ilə də təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etrazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və Cavabdeh 1500 manat pul alınaraq, iddiaçı Bayramov İddiaçı Aslan oğluna ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçının tələbi qismən təmin olunduğuna görə onun tərəfindən ödənilmiş 35 (otuz beş) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 930, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1500 manat və dövlət rüsumuna ödənilmiş 35 manat pul alınaraq, iddiaçı Bayramov İddiaçı Aslan oğluna ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Ellara Abbasova
Məhkəmə qərarları › İş №e-2(050)-3172/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-3172/2024
20.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver