Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-3180/2023 04.10.2023 MASALLI RAYON MƏHKƏMƏSİ X1 (sədrlik edən), məhkəmə iclas katibi X2, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «borc» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1980 (bir min doqquz yüz səksən) manat sığorta ödənişi məbləği, 40.20 (qırx, iyirmi) manat dövlət rüsumu olmaqla, cəmi 2020.20 (iki min iyirmi, iyirmi) manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə X6 arasında 10 iyun 2021-ci il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmışdır. “Tayota Prius” markalı, ** FY *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh 05 iyun 2022-ci il tarixdə “Tayota Prius” markalı, ** FY *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri ərazisində yol-nəqliyyat hadisəsi törətmiş və “Daewoo Gentra” markalı, ** OV *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC 1980 (bir min doqquz yüz səksən) manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Binəqədi rayon DYPŞ-nin qərarı ilə Cavabdeh qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Həmçinin qeyd olunan qərarda Cavabdeh hadisə yerindən yayındığı qeyd olunmuşdur. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Ceyhum Məmmədov məhkəməyə ərizə ilə müraciət edərək, iştirakları olmadan mülki işə baxılaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izhatında bildirdi ki, qeyd edilən yol-nəqliyyat hadisəsi Masazır yolunda baş vermişdir. Digər maşının sahibi ilə arasında şifahi olaraq razılaşmışlar. Lakin sonradan digər maşının sahibi çox pul istədiyindən razılaşmamışdır. Maşının sığortası olmuşdur və sığortanı şirkət ödəməli idi. Odur ki, iş üzrə qanunamüvafiq qaydada qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan "xxxx" ASC-nin 10 iyun 2021-ci il tarixli PAA********** nömrəli İcbari Sığorta müqaviləsindən görünür ki, X5 məxsus “Tayota Prius” markalı, ** FY *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi sığortalanmışdır. Sığortaçının vasitəçisi Cavabdehdur. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli 22-030333/06/AA- 2038/22 saylı Sığorta aktından görünür ki, “Tayota Prius” markalı, ** FY *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi sığortalamışdır. xx.xx.2022-ci il tarixdə Bakı şəhəri ərazisində sığorta hadisəsi baş vermişdir. Bu zaman “Daewoo Gentra” markalı, ** OV *** dövlət qeydiyyat nişanlı avtomobil sığortalı avtomobillə toqquşmuşdur. Zərərlə bağlı maddi ziyanın ümumi məbləği 1980 manat müəyyən edilmişdir. "xxxx" ASC tərəfindən 1980 manat məbləğində pul vəsaiti X3 hesabına ödənilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarxili hesablama aktından görünür ki, “Daewoo Gentra” markalı, ** OV *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərin ümumi məbləği 1980 (bir min doqquz yüz səksən) manat müəyyən edilmişdir. İş materiallarında olan Binəqədi rayon DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli İnzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün barəsində protokol tərtib edilmişdir. İş materiallarında olan Binəqədi rayon DYPŞ tərəfindən qəbul olunmuş xx.xx.2022-ci il tarixli TP ******* nömrəli İnzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6 və 327.1-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iddiaçının nümayəndəsinin ərizəsini nəzərə alıb, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə görə isə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 936.1-ci maddəsinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə görə Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. İcbari sığortalar haqqında Azərbaycan Respublikasının Qanununun: 63.1. Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Mülki işin məhkəmə baxışı zamanı müəyyən edildi ki, X5 məxsus “Tayota Prius” markalı, ** FY *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC ilə bağlanmış icbari sığorta müqaviləsi əsasında sığortalanmış, həmin avtomobil 05 iyun 2022-ci il tarixdə sürücü Cavabdeh tərəfindən idarə olunarkən Bakı şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş vermiş və nəticədə “Daewoo Gentra” markalı, ** OV *** dövlət qeydiyyat nişanlı avtomobilə 1980 manat məbləğində zərər dəymişdir. Dəymiş zərərin aradan qaldırılması üçün "xxxx" ASC 1980 (bir min doqquz yüz səksən) manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Həmçinin qeyd olunan yol-nəqliyyat hadisəsi ilə bağlı Cavabdeh AR İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələri ilə təqsirli bilinmişdir. Belə ki, Cavabdeh yol-nəqliyyat hadisəsi baş verən vaxt hadisə yerindən yayındığı qeyd olunmuşdur. İddiaçı təşkilat sığorta müqaviləsinə uyğun olaraq zərərçəkmişə dəymiş maddi ziyana görə sığorta məbləği həddində 1980 manat sığorta ödənişi etmiş və hazırda həmin məbləği subroqasiya qaydasında cavabdehdən tələb edir. İddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin olunduğundan iddiaçı təşkilat tərəfindən ödənilmiş 40.20 manat məbləğində dövlət rüsumu Cavabdeh aid edilməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 1980 (min doqquz yüz səksən) manat sığorta ödənişi məbləği və 40,20 manat dövlət rüsumu olmaqla, cəmi 2020 (iki min iyirmi) manat məbləğində pul vəsaiti tutularaq "xxxx" ASC-nin hesabına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №e-2(050)-3180/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-3180/2023
04.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver