Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № e-2(050)-3208/2025 09.10.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair sadələşdirilmiş icraat qaydasında mülki iş üzrə iddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi Nümayəndə ərizəsinə baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 720,85 manat əsas borc, 121,54 manat faiz borcu, 23,78 manat cərimə borcu olmaqla, cəmi 866,26 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30,40 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi Nümayəndə 16 sentyabr 2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq tərəflər arasındakı mübahisənin məhkəmə qaydasında həllinə zərurətin aradan qalxdığını nəzərə alaraq həmin iş üzrə iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin baxılmamış saxlanılmasını və ödənilmiş dövlət rüsumunun qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəni və mülki iş materiallarını araşıdırıb hesab edirəm ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 114.1.5, 259, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair kiçik iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı "xxxx" KB ASC tərəfindən ödənilmiş 30 (otuz manat) 40 qəpik məbləğində dövlət rüsumu (“Hökümət ödəniş portalı” sistemi, qəbz nömrəsi **********, Tarix: xx.xx.2025, saat 15:34:04) dövlət büdcəsindən qaytarılasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Firdovsi Əliyev
Məhkəmə qərarları › İş №e-2(050)-3208/2025
Masallı Rayon Məhkəməsi Qərardad — İş №e-2(050)-3208/2025
09.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver