Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № e-2(050)-3226/2025 11.09.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi X2, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdim: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Cavabdeh ilə birgə nikahlarından olan xx.xx.2009-cu il təvəllüdlü X4, xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X3 adlı üç uşağın yetkinlik yaşına çatanadək saxlanmasından ötəri hər ay hər uşaq üçün 246 manat olmaqla, cəmi 738 manat sabit pul məbləğində aliment pulunun və mediasiya təşkilatına ödədiyi 60 manat xərcin alınıb ona verilməsi barədə qətnamə çıxarılasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1991-ci ildə Masallı şəhərində anadan olmuşdur. Hazırda da, X9 küçəsi,ev 15 ünvanında qeydiyyatdadır. Masallı şəhəri, X9 küçəsi, ev 15 ünvanında qeydiyyatda olan və yaşayan xx.xx.1980-ci il təvəllüdlü Cavabdeh ilə xx.xx.2008-ci il tarixdə el adəti üzrə ailə həyatı quraraq, onun valideynlərinin evinə gəlin köçmüşdür. Nikhaları isə xx.xx.2009-cü ildə Masallı Rayon Qeydiyyat şöbəsində 278 nömrə ilə rəsmi qeyd etdirmişlər. Birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü X4, xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X3 adlı üç uşaqları olmuşdur. Həyat yoldaşı Cavabdehlə bir müddət ailədə mehriban yaşasalar da, sonradan xasiyyətləri düz gəlmədiyindən ayrılmaq qərarına gəlmişdir. Belə ki, nikahın pozulması, uşaqların ananın himayəsində verilməsi, aliment, qızıl-zinət əşyaları və cehizlərin evdən çıxarılması tələbi barədə Masallı 1 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. xx.xx.2025-ci il tarixdə onlara tam mediasiya prosesi keçirildi. Birgə nikahlarından olan xx.xx.2009-cu il təvəllüdlü X4, xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh 2025-ci il iyul ayından başlayaraq, 2026-cı ilin fevral ayınadək hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 300 manat, 2026-cı ilin mart ayından isə hər uşağa görə 160 manat olmaqla, cəmi 480 manat məbləğində alimenti anaları İddiaçı ödənilməsinə razılaşaraq, barışıq sazişi imzalamışlar. Cavabdeh həmin barışıq sazişini bağlamağına baxmayaraq, yüksək aliment vermək iqtidarındadır, onunla ona görə razılaşır ki, onu nikahın pozulması barədə məhkəmə süründürməçiliyinə salmasın. O, isə buna baxmayaraq, barışıq sazişinə məhəl qoymayaraq, yüksək aliment vermək iqtidarında olsa da, alimenti vermir. Məcburiyyət qarşısında qalıb, alimentin artırılması barədə məhkəməyə müraciət etməli olmuşdur. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır və 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. İddia ərizəsinin məzmunundan görünür ki, İddiaçı aliment miqdarının artırılmasını xahiş etsədə, əslində o, Cavabdeh ilə bağladığı barışıq sazişini mübahisələndirir. Belə olan halda o, ilk olaraq barışıq sazişinin etibarlı olub-olmamasını mübahisələndirməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbi barədə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilsin, ərizə və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər. X8
Məhkəmə qərarları › İş №e-2(050)-3226/2025
Masallı Rayon Məhkəməsi Qərardad — İş №e-2(050)-3226/2025
11.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver