Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-3247/2023 08.12.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi ilə, İddiaçı, nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı 3000 manat pul tələbinə dair mülki işə, Masallı rayon məhkəməsinin inizbati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı Masallı rayon Qızılağac kəndində yerləşən JN-453 saylı şəhadətnaməyə əsasən 0.08 ha torpaq sahəsində tikilmiş 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinə çəkilmiş təmir xərcinin əvəzi kimi 3.000 manat pul tələbinə dair iddia qaldırmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Masallı rayon Qızılağac kəndində mərhum həyat yoldaşı X5 adına qeydə alınmış 0.10 ha torpaq sahəsində 1 mərtəbəli 2 otaqlı fərdi yaşayış evi vardır. Həmin evin yerləşdiyi torpaq sahəsinə həyat yoldaşı X2 adına torpağın mülkiyyətə verilməsinə dair JN-452A KOD 80500038 seriyalı şəhadətnamə verilmişdir. Cavabdeh ona qarşı iddia ərizəsi ilə Masallı rayon Məhkəməsinə müraciət edərək, JN-453 A saylı şəhadətnaməyə əsasən ona məxsus torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılması, onun isə həmin evə köçürülməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. Masallı rayon Məhkəməsinin 2(050)-2638/2021 saylı xx.xx.2021ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh Masallı rayon, Qızılağac kəndində mülkiyətində olan 0.08 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evinə köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1529/2022 saylı 19 iyul 2022-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellaysiya şikayəti təmin edilərək, Masallı rayon Məhkəməsinin qətnaməsi təmin edilməyən hissədə ləğv edilmiş, iddia həmin hissədə təmin edilərək İddiaçı torpağın mülkiyyətə verilməsinə dair JN-453A saylı şəhadətnaməyə əsasən Cavabdeh mülkiyətində olan torpaq sahəsindən və evdən çıxarılması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icra edilməsi üçün Masallı rayon İcra Şöbəsinə göndərilmişdir. O, Masallı rayon Qızılağac kəndində pasport qeydiyyatındadır və mərhum həyat yoldaşı ilə ailə quran gündən hazırda məhkəmə qətnaməsi ilə çıxarılması qət edilmiş JN 453A seriyalı şəhadətnaməyə əsasən Fərruxun adına qeydə alınmış torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evində yaşamışdır. Heç vaxt həmin yaşayış evinin yerləşdiyi torpaq sahəsinin cavabdehlərdən Fərruxun adına olduğunu bilməmişdir. Buna görədə yaşadığı fərdi yaşayış evində öz mənzil şəraitimi yaxşılaşdırmaq üçün bəzi təmir və tikinti işləri aparmışdır. Belə ki, tərəfindən daş hasar hörülmüş, mənzilə bitişik sanitar qovşaq və eyvan tikilmişdir. Ümumilikdə 3000 manat vəsait sərf etmişdir. Cavabdeh həmin fərdi yaşayış evində heç vaxt yaşamamış və ordan istifadə etməmişlər. Hesab edir ki, tərəfindən həmin mənzilə çəkilən xərc mənzilin şəraitini yaxşılaşdırmaqla onun bazar dəyərini faktiki olaraq artırdığından və onun fərdi yaşayış evindən çıxarılması məhkəmə qətnaməsi ilə müəyyən edildiyindən, həmin təmir xərci cavabdehdən tutularaq ona ödənilməlidir. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, o, Fərruxun atası ilə 2001-ci ildə ailə qurmuşdur. Cavabdeh onun ərinin birinci evliliyindən olan oğludur. 2014-cü ilə qədər həmin evdə yaşamışlar. Sonradan Bakı şəhərinə köçmüşlər. Mərhum əri və özü işləmişdir. Əri vəfat edənə qədər Fərrux qonşuluqda inşa edilmiş evdə yaşamışdır. Fərruxun hal-hazırda yaşadığı evdə isə o və mərhum əri yaşamışdır. Ona görə də əri hər dəfə kəndə gələndə təmir-tikinti işləri aparmışdır. Bu işlərə görə onlar Kapital bank və Beynəlxalq bankdan kreditə pul da götürmşülər. Həmin tikililər hamam, ayaqyolu, daş hasar, eyvandan ibarətdir. Hal-hazırda o, məhkəmənin qətnaməsinə əsasən evdən çıxarılmışdır. Ona görə qeyd etdiyi tikililərə görə çəkilmiş 3000 manat pulu tələb edir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirdi ki, xərc tələb olunan evi atası tikmişdir. Evin yerləşdiyi torpaq sahəsi onun mülkiyyətində olduğuna görə, atası vəfat etdikdən sonra məhkəmə qərarı əsasında evə köçmüşdür. Qeyd olunan tikililərə xərci mərhum atası çəkmiş, usta işlərini isə özü etmişdir. Atası həmişə ona demişdir ki, tikinti işlərini onun üçün edir. İddiaçı evə xərc çəkməmişdir, ona görə də iddianı əsassız hesab edir. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: X4 ifadəsində bildirdi ki, Cavabdeh onun qardaşıdır. Mübahisəli evdə əvvəllər atası Məhərrəməli ilə İddiaçı bir yerdə yaşamış, evi isə mərhum atası Məhərrəməli tikmişdir. Qeyd edilən tikinti işlərinə atası nəzarət etmişdir. X1 ifadəsində bildirdi ki, Cavabdeh onun qardaşıdır. Balaxamım Həsənova onun ikinci həyat yoldaşıdır. Həbibin köçürüldüyü ev və tikililər atası və İddiaçı tərəfindən tikilmişdir. Mübahisəli evdə atası ilə İddiaçı bir yerdə yaşamış, evi isə mərhum atası Məhərrəməli tikmişdir. Hamam, ayaqyolu, daş hasar, eyvanın İddiaçı vəsaiti hesabına tikilməsi ona məlum deyil. Tikinti işlərinə atası nəzarət etmişdir. Şirvan Apelyasiya Məhkəməsinin 19 iyul 2022-ci il tarixli, 2(106)-1529/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı torpağın mülkiyyətə verilməsinə dair JN-453A saylı şəhadətnaməyə əsasən Cavabdeh mülkiyətində olan torpaq sahəsindən və üzərində olan evdən əşyaları ilə birlikdə çıxarılması qət edilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə çəkişmə prinsipinə riayət edərək ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.1.-cü maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.6-cı maddəsinə əsasən istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Göstərilən maddi normalara əsasən məhkəmə qeyd edir ki, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə qeyd edir ki, İddiaçı iddiasının əsasları kimi, onun öz vəsaiti, yaxud ər-arvad olaraq mərhum əri ilə birgə qazancları hesabına hamam, ayaqyolu, daş hasar və eyvana xərc çəkilməsini sübut etməlidir. Onun tərəfindən qeyd edilən əsaslar, eləcə də şahidlərinin ifadələri iddianın əsaslı olması üçün yetərli olmamışdır. Belə ki, cavabdeh qeyd edir ki, atası özü evə xərc çəkmişdir. Bununla da, mərhum Məhərrəməli Həsənov tərəfindən, yaxud onunla İddiaçı birgə qazancları hesabına xərcin çəkilməsi tədqiq edilmiş sübutlarla müəyyn edilməmişdir. Belə olan halda, məhkəmə hesab etmişdir ki, iddiaçının sübutları kifayət deyil, təkzibolunmaz sübut təqdim olunmamışdır. Ona görə də iddia əsassız hesab olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticıyə gəlir ki, iddia təmin olunmamlıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia rədd edilsin. İddiaçı Cavabdeh qarşı 3000 manat pul tələbi barədə iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada təqdim edildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №e-2(050)-3247/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-3247/2023
08.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver