Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-332/2025 07.01.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Mən, Masallı Rayon Məhkəməsinin hakimi Hüseynov Elşən Təbrizoviç İddiaçı bank olmayan kredit təşkilatı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı - İddiaçı bank olmayan kredit təşkilatı” MMC. Cavabdeh - Cavabdeh. Tərəflər arasında bağlanmış müqavilə: İddiaçı bank olmayan kredit təşkilatı” MMC ilə Cavabdeh arasında bağlanmış 22 aprel 2024-cü il tarixli **********003 nömrəli kredit müqaviləsi. Müqavilələrin predmeti - kredit müqaviləsi. Tələb olunan məbləğ: 22 aprel 2024-cü il tarixli müqavilə üzrə 380 manat əsas borc, 19 manat faiz borcu, 54,45 manat komissiya, 229,90 manat cərimə. Ümumilikdə tələb olunan məbləğ: 683,35 manat borc və 30 manat dövlət rüsumu. Sübutlar: Kredit müqaviləsi, ödəniş cədvəlləri, maliyyə arayışı, dövlət rüsumunun ödənilməsi barədə qəbz, pretenziya qaydasına əməl olunmasına dəlalət edən bildiriş. Tətbiq olunmalı maddi və prosessual hüquq normaları. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci, 600.1-ci, 601.1-ci və 443.1-ci, 462.1-ci, 465.2-ci və 467-ci maddələri. Məhkəmə hesab edir ki, iddia qismən əsaslıdır. Məhkəmədə müəyyən olundu ki, Cavabdeh 22 aprel 2024-cü il tarixli kredit müqaviləsi əsasında İddiaçı bank olmayan kredit təşkilatı” MMC-dən müvafiq məbləğdə kredit almış, lakin, o, müqavilə üzrə ödənişləri tam həyata keçirməmişdir. Göründüyü kimi, cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəlikləri vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, iddiaçının tələb etdiyi cərimə (dəbbə pulu) əsas borca münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılmalıdır. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini, cavabdehin qanunla müəyyən olunan müddət ərzində iddiaya qarşı əsaslandırılmış etirazı və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmadığını nəzərə alaraq hesab edirəm ki, kiçik iddia qismən təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbi digər hissədə təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284- 5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq QƏT ETDİM: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 22 aprel 2024-cü il tarixli müqavilə üzrə 380 manat əsas borc,19 manat faiz borcu, 54,45 manat komissiya, 20 manat cərimə borcu olmaqla ümumilikdə 473,45 (dörd yüz yetmiş üç manat qırx beş qəpik) manat vəsait və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi İddiaçı bank olmayan kredit təşkilatı MMC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Hüseynov
Məhkəmə qərarları › İş №e-2(050)-332/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-332/2025
07.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver