Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № e-2(050)-3355/2024 21.10.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Abdullayev Coşqun Şamil oğlu, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «borc» tələbinə dair sadələşdirilmiş icraat qaydasında mülki iş üzrə iddiaçının nümayəndəsinin ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 3810 manat əsas borc, 546,40 manat faiz borc, 64,08 manat cərimə, cəmi 4420,48 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 64.61 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə 21 oktyabr 2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq cavabdehlə aralarında olan mübahisənin məhkəmə qaydasında həllinə zərurətin aradan qalxdığını nəzərə alaraq həmin iş üzrə iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1 və 260.6-cı maddələrinə görə iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır və həmin qərardaddan şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinin tələbinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılmalıdır. Odur ki, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borc tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılmalı, həmçinin iddiaçı "xxxx" ASC tərəfindən X1 ilə ödənilmiş (xx.xx.2024cü il tarixli, qəbz nömrəsi: **********, büdcə təsnifat kodu: 142211, büdcə səviyyə kodu: 1, xəzinə hesabı: AZ90CTRE********************, transaksiya nömrəsi: **********03) 64.21 manat məbləğində dövlət rüsumu "xxxx" ASC-yə qaytarılmalıdır. Göstərilənlərə əsasən və MPM-in 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «borc» tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya qaytarılsın. İddiaçı "xxxx" ASC tərəfindən X1 ilə ödənilmiş (xx.xx.2024-cü il tarixli, qəbz nömrəsi: **********, büdcə təsnifat kodu: 142211, büdcə səviyyə kodu: 1, xəzinə hesabı: AZ90CTRE********************, transaksiya nömrəsi: **********03) 64.21 manat məbləğində dövlət rüsumu "xxxx" ASC-yə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində elektron kabinet üzərindən Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №e-2(050)-3355/2024
Masallı Rayon Məhkəməsi Qərardad — İş №e-2(050)-3355/2024
21.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver