Məhkəmə qərarları › İş №e-2(050)-3370/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-3370/2023

20.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-3370/2023 20.10.2023 MASALLI RAYON MƏHKƏMƏSİ X1 (sədrlik edən), məhkəmə iclasının katibi X2, iddiaçının nümayəndəsi Nümayəndə2 katibliyi ilə, İddiaçı L.P.O İddiaçı ASC-nin L.Ə.S.F-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması və tutmanın girov predmentinə yönəldilməsi tələbinə dair iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı L.P.O İddiaçı ASC-nin L.Ə.S.F Cavabdeh qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2023-cü il tarixə kredit üzrə borcu cəmi 1351.69 manatbundan 849.28 manat əsas borc, 396.97 manat faiz, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%- lə hesablanmış 105 manat faiz borcu və iş üzrə ödənilmiş 33.52 manat dövlət rüsumunun tutulması, tutmanın bankda saxlanca qəbul edilmiş 1 ədəd cəmi cəkisi 13.60 qr təşkil edən boyunbağı və kulon, 1 ədəd cəmi çəkisi 9.50 qr təşkil edən komplekt, 1 ədəd cəmi cəkisi 4.20 qr təşkil edən üzük, 1 ədəd cəmi çəkisi 3.00 qr təşkil edən üzüyə yönəldilməsi və açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi, satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutularaq L.P.O İddiaçı ASC-nin L.Ə.S.F-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında verdiyi izahatında bankın tələbini onunla əsaslandırmışdır ki, iddiaçı L.P.O İddiaçı ASC-nin L.Ə.S.F-nin Masallı filialı ilə Cavabdeh arasında bağlanmış 12 noyabr 2019-cu tarixli ***-*******LK121119-01 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə illik 26 faiz dərəcəsi ilə 1230 manat məbləğində kredit verilmişdir. Borcun təminatı olaraq Cavabdeh xx.xx.2019-cu il tarixli Girov müqaviləsi (qızıl-zinət əşyalarına dair) bağlayaraq mülkiyyətində olan 1 ədəd cəmi cəkisi 13.60 qr təşkil edən boyunbağı və kulon, 1 ədəd cəmi çəkisi 9.50 qr təşkil edən komplekt, 1 ədəd cəmi cəkisi 4.20 qr təşkil edən üzük, 1 ədəd cəmi çəkisi 3.00 qr təşkil edən üzük banka girov qoymuşdur. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən vəzifələri lazımınca yerinə yetirməmiş və borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə xx.xx.2022-ci il tarixli **********841 saylı bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixə kredit üzrə borcu cəmi 1351.69 manat-bundan 849.28 manat əsas borc, 396.97 manat faiz, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış 105 manat faiz borcu təşkil edir. Beləliklə, cavabdehə dəfələrlə xəbərdarlıq edilsə də, kredit ödənişlərini etməmişdir. Cavabdeh sonuncu dəfə xx.xx.2020ci il tarixində 140 manat məbləğində ödəniş etmişdir. Bu səbəbdən iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan İddiaçı ASC-nin “Masallı” filialı ilə Cavabdeh arasında bağlanmış 12 noyabr 2019-cu tarixli ***-*******LK121119-01 saylı kredit müqaviləsindən görünür ki, bank illik 26 faiz dərəcəsi olmaqla, 12 ay müddətinə Cavabdeh 1230 manat məbləğində kredit verməyi, borcalan isə verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə faizləri ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı ASC-nin “Masallı” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, ***-*******LK121119-01/QZ2/1 nömrəli girov müqaviləsindən görünür ki, 1 ədəd cəmi cəkisi 13.60 qr təşkil edən boyunbağı və kulon, 1 ədəd cəmi çəkisi 9.50 qr təşkil edən komplekt, 1 ədəd cəmi cəkisi 4.20 qr təşkil edən üzük, 1 ədəd cəmi çəkisi 3.00 qr təşkil edən üzükdən ibarət qızıl-zinyət əşyaları bank qarşısında girov qoyulmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 12 noyabr 2019-cu tarixli ***-*******LK121119-01 nömrəli kredit müqaviləsi üzrə L.P.O İddiaçı ASC-nin L.Ə.S.F-yə 17 aprel 2023-cü il tarixinə 849.28 manat əsas borc, 396.97 manat faiz, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış 105 manat faiz borcu olmaqla, cəmi 1351.69 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh 12 noyabr 2019-cu tarixli ***-*******LK121119-01 nömrəli kredit müqaviləsi üzrə L.P.O İddiaçı ASC-nin L.Ə.S.F-dən kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini L.P.O İddiaçı ASC-nin L.Ə.S.F-yə qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirməmişdir. Odur ki, iddiaçı təşkilat borcun qaytarılmasını tələb etməkdə haqlı olmuşdur. Odur ki, iddianın 12 noyabr 2019-cu tarixli ***-*******LK121119-01 nömrəli kredit müqaviləsi üzrə 849.28 manat əsas borc, 396.97 manat faiz, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış 105 manat faiz borcun ödənilməsi hissəsi əsaslıdır. Məhkəmə həmçinin iddianın 33.52 manat dövlət rüsumunun tutulması hissəsini də əsaslı hesab edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, tələb borcun girov predmetinə yönəldilməsi hissədə də əsaslıdır. Azərbaycan Respublikası MM-nin 279-cu maddəsində qeyd edilmişdir ki, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Məhkəmə eyni zamanda tələbin girov predmetinə yönəldilməsi qaydasını müəyyən edərək belə nəticəyə gəlir ki, satış açıq hərracda həyata keçirilməlidir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 51.1-ci maddəsinə əsasən, borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir. Qiymətləndiricinin xidmətlərindən istifadə olunması ilə bağlı xərclər bərabər həcmdə tərəflərin üzərinə qoyulur. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, məhkəmə hökmünün və ya qərarının təmin edilməsi məqsədi ilə əmlakın qiymətləndirilməsinə zərurət olduqda əmlakın məcburi qaydada qiymətləndirilməsi aparılır. Göründüyü kimi, məhkəmə qərarının icrasının təmin edilməsi məqsədi ilə əmlakın qiymətləndirilməsinə zərurət olduqda əmlakın qiymətləndirici tərəfindən məcburi qaydada qiymətləndirilməsi aparılır və qiymətləndirici icra məmurunun sifarişi əsasında dəvət olunur. Beləliklə məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə girov predmeti olan qızıl-zinət əşyalarının ilkin satış qiyməti məhkəmə qətnaməsi ilə deyil, məhkəmənin qətnaməsi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilərkən, hərraca çıxarılan əşyaların ilkin satış qiymətinin, icra məmurunun sifarişi əsasında dəvət olunmuş müstəqil qiymətləndirici tərəfindən müəyyən edilməlidir. Məhkəmə həmçinin iddianın “girov predmetinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalıq məbləğin cavabdehdən ümumi qaydada tutulması” tələbinə münasibətdə də iddianı əsaslı hesab edir. Odur ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası zamanı girov əmlakın satışından əldə olunacaq məbləğ borcun ödənilməsi üçün kifayət etməyəcəyi təqdirdə qalıq borc məbləğlərinin tutulması icra tədbirləri qismində icra məmuru tərəfindən ümumi qaydada davam etdirilməklə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 849.28 manat əsas borc, 396.97 manat faiz, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış 105 manat faiz borcu olmaqla, cəmi 1351.69 manat məbləğində pul vəsaiti və 33.52 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı L.P.O İddiaçı ASC-nin L.Ə.S.F-nin xeyrinə ödənilsin. Tutma girov predmetləri kimi Cavabdeh məxsus 1 ədəd cəmi cəkisi 13.60 qr təşkil edən boyunbağı və kulon, 1 ədəd cəmi çəkisi 9.50 qr təşkil edən komplekt, 1 ədəd cəmi cəkisi 4.20 qr təşkil edən üzük, 1 ədəd cəmi çəkisi 3.00 qr təşkil edən üzükdən ibarət qızılzinyət əşyalarına yönəldilsin, qızıl-zinyət əşyaları açıq hərracda satılsın, satışından əldə edilən vəsait hesabına ümumi borc məbləği L.P.O İddiaçı ASC-nin L.Ə.S.F-yə ödənilsin. Girov predmetlərinin satışından əldə edilmiş vəsait borcun ödənilməsi üçün kifayət etmədikdə qalıq borc məbləği Cavabdeh ümumi qaydada tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar