Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-3395/2025 23.10.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Mən, Masallı Rayon Məhkəməsinin hakimi Hüseynov Elşən Təbriz oğlu iddiaçı "X1” ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı - "X1” ASC. Cavabdeh - Cavabdeh. Tərəflər arasında bağlanmış müqavilə - 18 yanvar 2022-ci il tarixli ərizə və 29 dekabr 2021-ci il tarixli ümumi oferta müqaviləsi. Müqavilənin predmeti - ümumi oferta müqaviləsi. Tələb olunan məbləğ –1400 manat əsas borc, 152,88 manat faiz borcu, cəmi 1552,88 manat borc və 35,93 manat dövlət rüsumu. Sübutlar: Kredit müqaviləsi, ödəniş cədvəli, maliyyə arayışı, dövlət rüsumunun ödənilməsi barədə qəbz, pretenziya qaydasına əməl olunması barədə bildiriş. Tətbiq olunmalı maddi və prosessual hüquq normaları. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci, 439.4-cü, 462.1-ci, 739.1-ci, 739.2-ci, 741-ci, 462.1-ci, 1091.1-ci, 1091.2-ci və 1092-ci maddələri. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarı ilə formalaşdırdığı hüquqi mövqeyə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Hesab edirəm ki, iddia tam əsaslıdır. Məhkəmədə müəyyən olundu ki, Cavabdeh 18 yanvar 2022-ci il tarixli ərizə ilə müraciət edərək 29 dekabr 2021-ci il tarixli Bank xidmətlərinə dair ümumi oferta ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq etmiş və bununla da, həmin şərtlərlə müqavilə bağlanmış hesab edilmişdir. 25 avqust 2022-ci il tarixində 25 iyul 2025ci il tarixədək illik 27,6% olmaqla istehlak məqsədləri üçün 1400 manat kredit xətti açılmış, məbləğ cavabdehin ödəniş kartına köçürülmüşdür. Lakin cavabdeh müqavilə şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kredit ödənişlərini tam həyata keçirməmişdir. Göründüyü kimi, cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəlikləri vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 1400 manat əsas borc, 152,88 manat faiz borcu, cəmi 1552,88 manat borcu yaranmışdır. Maliyyə arayışında cavabdehin 24 sentyabr 2025-ci il tarixinə 1400 manat əsas borc, 152,88 manat faiz borcu, cəmi 1552,88 manat borcu qeyd edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehdən1400 manat əsas borc, 152,88 manat faiz borcu, cəmi 1552,88 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284- 5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh 1400 manat əsas borc, 152,88 manat faiz borcu, cəmi 1552,88 (min beş yüz əlli iki manat səksən səkkiz qəpik) manat məbləğində pul və ödənilmiş 35,93 manat dövlət rüsumu tutularaq “X1” ASC-nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Hüseynov
Məhkəmə qərarları › İş №e-2(050)-3395/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-3395/2025
23.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver