Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-3422/2024 07.11.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Abdullayev Coşqun Şamil oğlu, İddiaçı MM QBKT-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MM QBKT iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3436.22 manat əsas, 0.00 manat faiz, 0.00 manat cərimə, cəmi 3436.22 manat borcun və ödənilmiş 54.37 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MM QBKT-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsində tələb onunla əsaslandırılmışdır ki, İddiaçı MMM QBKT ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli **********0922 saylı kredit müqaviləsinə əsasən borcluya, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 23.78% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 2500 (iki min beş yüz dollar) USD; eyni tarixli, **********2771 saylı kredit müqaviləsinə əsasən borcluya,həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 23.78% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 2500 (iki min beş yüz manat) AZN məbləğində kredit verilmişdir. Həmin kredit müqavilələrinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 133 AZN və 133 USD olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin, kredit müqaviləsinə üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh2 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən, Zamin, Kredit Alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Həmçinin xx.xx.2015-cİ il tarixli **********0922 saylı kredit müqaviləsi, xx.xx.2016-cı il tarixli **********7615 hesab nömrəlisazişlə, illik 28 % dərəcəsi olmaqla 34 ay müddətinə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, borc 3592.42 AZN müəyyən edilmişdir. Eyni tarixli **********7***-******* saylı zaminlik müqaviləsi ilə Cavabdeh2 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Həmçinin, xx.xx.2016-cı il tarixli **********7615 və xx.xx.2015-ci il tarixli **********2771 saylı kredit müqavilələri, xx.xx.2016-cı il tarixli **********9280 hesab nömrəli sazişlə, illik 18 % dərəcəsi olmaqla 60 ay müddətinə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, borc 5925.42 AZN müəyyən edilmişdir. Eyni tarixli **********9280 -1206499 saylı zaminlik müqaviləsi ilə Cavabdeh2 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Həmçinin xx.xx.2016-cı il tarixli **********9280 saylı kredit müqaviləsi, xx.xx.2016-cı il tarixli **********8725 hesab nömrəli sazişlə, illik 20.13 % dərəcəsi olmaqla 24 ay müddətinə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, borc 5905.42 AZN müəyyən edilmişdir. Eyni tarixli **********8725 -1206499 saylı zaminlik müqaviləsi ilə Cavabdeh2 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, cavabdeh, Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, xx.xx.2024-cü il tarixinə olan Maliyyə arayışına əsasən Cavabdeh1 oğlunın əsas borc üzrə 3436.22 AZN, faiz borcuna görə 0.00 AZN, cərimə borcuna görə 0.00 AZN, cəmi 3436.22 çü) min dörd yüz otuz altı manat, iyirmi iki qəpik) AZN təşkil edir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzr əsadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdehlər tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2015-ci il tarixli **********0922 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı MM QBKT Cavabdeh1 həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 23.78% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 2500 (iki min beş yüz dollar) USD kredit vemişdir. Kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 133 USD olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin, kredit müqaviləsinə üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh2 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. xx.xx.2015-ci il tarixli **********2771 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı MM QBKT Cavabdeh1 həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 23.78% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 2500 (iki min beş yüz manat) AZN kredit vemişdir. Kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 133 AZN olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin, kredit müqaviləsinə üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh2 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. xx.xx.2016-cı il tarixli **********7615 hesab nömrəli sazişdən görünür ki, xx.xx.2015-cİ il tarixli **********0922 saylı kredit müqaviləsi illik 28 % dərəcəsi olmaqla 34 ay müddətinə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, borc 3592.42 AZN müəyyən edilmişdir. Eyni tarixli **********7***-******* saylı zaminlik müqaviləsi ilə Cavabdeh2 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. xx.xx.2016-cı il tarixli **********9280 hesab nömrəli sazişdən görünür ki, xx.xx.2016-cı il tarixli **********7615 və xx.xx.2015-ci il tarixli **********2771 saylı kredit müqavilələri illik 18 % dərəcəsi olmaqla 60 ay müddətinə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, borc 5925.42 AZN müəyyən edilmişdir. Eyni tarixli **********9280 - 1206499 saylı zaminlik müqaviləsi ilə Cavabdeh2 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. xx.xx.2016-cı il tarixli **********8725 hesab nömrəli sazişdən görünür ki, xx.xx.2016-cı il tarixli **********9280 saylı kredit müqaviləsi illik 20.13 % dərəcəsi olmaqla 24 ay müddətinə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, borc 5905.42 AZN müəyyən edilmişdir. Eyni tarixli **********8725 -1206499 saylı zaminlik müqaviləsi ilə Cavabdeh2 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (MM-739.2.) 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göründüyü kimi, Cavabdeh1 xx.xx.2016-cı il tarixli **********7615 və xx.xx.2015-ci il tarixli **********2771 saylı kredit müqavilələri, xx.xx.2016-cı il tarixli **********9280 hesab nömrəli sazişlə, illik 18 % dərəcəsi olmaqla 60 ay müddətinə restrukturizasiya olunmuş, üzərinə qoyulmuş öhdəliyi qeyd edilən müddət ərzində üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilələrdə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilələrin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən Cavabdeh1 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Məhkəmə digər Cavabdeh2 münasibətdə qeyd edir ki, öhdəliyi zaminliklə təmin olunmuş əsas öhdəliyin yarandığı andan əmələ gəlmişdir. xx.xx.2016-cı il tarixli **********9280 hesab nömrəli sazişlə, illik 18 % dərəcəsi olmaqla 60 ay müddətinə kredit müqavilələri restrukturizasiya olunmuş, həmçinin həmin tarixdə zaminlik müqaviləsi bağlanmış, əsas öhdəliyin icrasının son vaxtı kimi xx.xx.2021-ci il tarixd müəyyən edilmiş, lakin kreditor olaraq iddiaçı öhdəliyin icrası müddəti başa çatdıqdan sonra iddia müddətini ötürməklə zamin Cavabdeh2 qarşı tələb irəli sürmüşdür. Belə olan halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4.-cü maddəsinə görə zaminliyə qanunun imperativ tələbi əsasında xitam verilməlidir. Həmin maddədə qeyd olunur ki, zaminlik müqaviləsində müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Burada bir illik müddətin müəyyən olunmasında qanunun məqsədi, vicdanlılıq pinsipinə əsasən zaminin kreditor və borclu şəxsə nisbətən birtərəfli və əvəzsiz olaraq heç bir qarşılıqlı məqsəd güdmədən məsuliyyət altına girərək gələcəkdə yarana biləcək öhdəliyi təmin etməsi baxımından onu qorumaqdır. Odur ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 477.0.4.-cü maddəsinə görə məhkəmə hesab edir ki, zaminlik müqaviləsinə xitam verildiyi üçün Cavabdeh2 münasibətdə iddia tələbi də əsassızdır. Məhkəmə iddiaçı tərəfindən tələb edilən əsas və faiz borcunun məbləğlərini ayrıayrılıqda nəzərdən keçirib, o cümlədən iddiaçı tərəfindən ərizəyə əlavə edilən və cavabdehin borcunu əks etdirən maliyyə arayışlarını əsas götürüb, hesab edir ki, iddia qismən əsaslıdır. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 3436.22 manat borcun və ödənilmiş 54.37 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MM QBKT-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №e-2(050)-3422/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-3422/2024
07.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver