Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № e-2(050)-3582/2023 26.10.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlu İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «borc» tələbinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında mülki iş üzrə İddiaçı ASC-nin hüquq şöbəsinin müdiri İsmayıl İsmayılbəylinin verdiyi ərizəyə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «borc» tələbinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nümayəndəsi Nümayəndə 06 oktyabr 2023-cü il tarixdə məhkəmənin elektron informasiya sisteminə ərizə ünvanlayaraq iddia ərizəsinin baxılmamış saxlanılmasını, sənədlərin geri qaytarılmasını geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdehlər işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. MPM-in 260.1 və 260.6-cı maddələrinə görə iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır və həmin qərardaddan şikayət verilə bilər. Həmçinin Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinin tələbinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılmalıdır. Odur ki, İddiaçı ASC tərəfindən ödənilmiş (Bank: İddiaçı ASC Hesab AZN: AZ25BRES******************** Bankın VÖEN-i: ********** M/H: AZ80NABZ******************** S.W.İ.F.T BİK: BRESAZ22 Bankın kodu: 505668 VÖEN: **********) 33.73 manat məbləğində dövlət rüsumu İddiaçı ASC-yə qaytarılmalıdır. Göstərilənlərə əsasən və MPM-in 114, 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «borc» tələbinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı ASC tərəfindən ödənilmiş (Bank: İddiaçı ASC Hesab AZN: AZ25BRES******************** Bankın VÖEN-i: ********** M/H: AZ80NABZ******************** S.W.İ.F.T BİK: BRESAZ22 Bankın kodu: 505668 VÖEN: **********) 33.73 manat məbləğində dövlət rüsumu İddiaçı ASC-yə qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №e-2(050)-3582/2023
Masallı Rayon Məhkəməsi Qərardad — İş №e-2(050)-3582/2023
26.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver