Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № e-2(050)-3678/2024 31.10.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Abdullayev Coşqun Şamil oğlu, İddiaçı1 cavabdeh İddiaçı2 MMC-yə maddi ziyanın ödənilməsi tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı2 MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 1959 manat 30 qəpik pulun və mediasiya xərci üçün ödənilmiş 60 manat məbləğin tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin: 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.1-ci maddəsinə əsasən hakim iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Belə ki, iddia ərizəsinin birinci vərəqinin yuxarı hissəsində cədvəldə alt-alta iki dəfə “iddiaçı” sözləri yazılmış, “cavabdeh” sözü qeyd ediləməmişdir. İddia ərizəsinin məzmunundan iddiaçının İddiaçı2 MMC, cavabdehin isə İddiaçı1 olduğu məlum olsa da, iddia ərizəsinin formasına düzgün riayət edilməyərək, Mülki Prosessual Məccəlləyə əsasən tələbə cavab verməli olan şəxsin “cavabdeh” adlandırılması qaydası və iddia ərizəsində də bu cür göstərilməsi tələbi pozulmuşdur. Məhkəmə eyni zamanda qeyd edir ki, İddiaçı2 MMC-nin vurulmuş maddi ziyan tələbi ilə bağlı məhkəmədə bir neçə oxşar işlər olmuş, həmin işlərə məhkəmə iclasında baxılarkən demək olar ki, əksər vaxtlarda ziyanın vurulmaması ilə bağlı cavabdehlər etiraz etmişlər və bununla bağlı müvafiq ekspertizalar təyin edilmişdir. Bu baxımdan vurulmuş ziyanla bağlı iddianın qiyməti 5000 manatdan az olsa da belə, bu xarakterli işlərdə tərəflər arasında mübahisənin olması və bununla bağlı iclasda araşdırma aparılması zərurəti yarandığından qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edildiyi vaxt sadələşdirilmiş icraat qaydasında deyil, iddia icraatı qaydasında müraciət edilməsi məqsədəuyğundur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 152, 263,264 və 279-cu maddələrinə əsasən, QƏRARA ALDİM: İddiaçı2 MMC-nin maddi ziyanın ödənilməsi tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsinin qaytarılmasına səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən) Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №e-2(050)-3678/2024
Masallı Rayon Məhkəməsi Qərardad — İş №e-2(050)-3678/2024
31.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver