Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № e-2(050)-3712/2024 07.11.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızı, iddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı kredit müqabiləsi üzrə borc tələbinə dair iddia ərizəsinin mümkünlüyünü yoxlayaraq müəyyən etdim: İddiaçı "xxxx" QSC Cavabdeh qarşı kredit müqabiləsi üzrə borc tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı "xxxx" QSC tərəfindən tələb Cavabdeh qarşı irəli sürülsə də, iş materiallarına əlavə edilmiş sənədlərdə borclu şəxs kimi X1 göstərilmişdir. Bununla da o, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinin tələblərinə riayət etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Belə olan halda iddia ərizəsi və əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinin tələblərinə əsasən geri qaytarılmalıdır. Həmin maddədə qeyd edilmişdir ki, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra iddiaçı "xxxx" QSC ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Yuxarıdakılara əsasən və MPM-in 152, 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı kredit müqabiləsi üzrə borc tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər, habelə iddianın məhkəməyə verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 30 manat (xx.xx.2024-cü il tarixli, Qəbz №**********) iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şikayət qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Masallı rayon məhkəməsinə verilə bilər. Hakim: Ellara Abbasova
Məhkəmə qərarları › İş №e-2(050)-3712/2024
Masallı Rayon Məhkəməsi Qərardad — İş №e-2(050)-3712/2024
07.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver