Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-375/2023 08.02.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Atakişiyev Mehrəli Mahir oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbi barədə mülki işə, Masallı rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh2 ilə bağlanmış xx.xx.2020-ci il tarixli, 002A********** saylı kredit müqaviləsinin və ona əlavə edilmiş sazişlərin ləğv edilməsini, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 002A********** saylı kredit razılaşması üzrə 8058.64 manat kredit borcu, 840.19 manat faiz borcu, 502.61 manat cərimə borcu olmaqla, cəmi 9401.44 manat borc və dövlət rüsumuna ödənilmiş 114.02 manat pul tələb edir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, əsas borclu Cavabdeh2 bankla bağladığı xx.xx.2020-ci il tarixli, 002A********** saylı krеdit müqaviləsinə əsasən aylıq faiz dərəcəsi 1.9167% olmaqla, 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 manat kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2020-ci il tarixli, 002A**********S saylı və xx.xx.2020-ci il tarixli 002A**********SB sazişlə müqaviləyə və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh2 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2022-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh2 götürdüyü krеdit bоrcundan 1941.36 manat ödəmiş, onun 8058.64 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.4-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh kredit borcu və faizləri kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 137 gün hesablanmış faiz borcu 840.19 manat təşkil edir. Cavabdeh borcunu qaytarmadığından hər gecikdirilən gün üçün kredit qalığının 0.1 faiz məbləğində cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixə 137 gün üçün hesablanmış cərimə 502.61 manat təşkil edir. Kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasında iddianı qismən qəbul edərək, əsas borcu qəbul etdiyini, cərimə və faz borcunun azaldılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında iddianı qismən qəbul edərək, əsas borcu qəbul etdiyini, cərimə və faz borcunun azaldılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: xx.xx.2020-ci il tarixli, 002A********** saylı krеdit müqaviləsindən görünür ki, Cavabdeh2 aylıq 1.9167% olmaqla, 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 manat kredit verilmişdir. xx.xx.2020-ci il tarixli, 002A**********S saylı sazişdən görünür ki, xx.xx.2020-ci il tarixli, 002A********** saylı krеdit müqaviləsi üzrə ödəniş planına dəyişiklik edilmiş, son ödəniş müddəti 10 mart 2023-cü il müəyyən edilmişdir. xx.xx.2020-ci il tarixli 002A**********SB saylı sazişdən görünür ki, xx.xx.2020-ci il tarixli, 002A********** saylı krеdit müqaviləsi üzrə ödəniş planına dəyişiklik edilmiş, son ödəniş müddəti 12 iyun 2023-cü il müəyyən edilmişdir. xx.xx.2020-ci il tarixli 002G**********01 saylı zaminlik müqaviləsindən görünür ki, kredit müqaviləsi üzrə əsas borclunun öhdəliklərinin icrasını təmin еtmək məqsədilə zamin Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanmışdır. Kreditin məbləği 10000 manat, müddəti 35 aydır. Zaminlik müqaviləsində faiz dərəcəsi 1.9167 faiz qeyd edilmişdir. xx.xx.2020-ci il tarixli, 002G**********01S saylı sazişdən görünür ki, xx.xx.2020-ci il tarixli 002G**********01 saylı zaminlik müqaviləsinə dəyişiklik edilmiş, xx.xx.2020-ci il tarixli, 002A********** saylı krеdit müqaviləsi üzrə kreditin müddəti 34 ay müəyyən edilmişdir. Əsas borclu Cavabdeh2, zamin Cavabdeh1 ünvanlanmış xəbərdarlıq məktublarından görünür ki, borcun ödənilməsi barədə onlara bildiriş göndərilmiş, əks halda məhkəməyə müraciət ediləcəyi barədə məlumat verilmişdir. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, 002A********** saylı xx.xx.2020ci il tarixli kredit razılaşması üzrə Cavabdeh2 xx.xx.2022-ci il tarixə 8058.64 manat kredit borcu, 840.19 manat faiz borcu, 502.61 manat cərimə borcu olmaqla, cəmi 9401.44 manat borcu yaranmışdır. xx.xx.2020-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti həmin tarixdə Cavabdeh2 10000 manat kredit vermişdir. Bank qəbzindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti məhkəmədə iddia qaldırılması üçün 114.02 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən əsaslıdır. İşin faktiki hallarına və tədqiq olunmuş mötəbər və təkzibolunmaz sübutlara əsasən tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 002A********** saylı kredit müqaviləsi ilə Cavabdeh2n 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 manat krеdit vəsaitinin verilməsi, tərəflərin imzaladıqları xx.xx.2020-ci il tarixli, 002A**********S saylı və xx.xx.2020-ci il tarixli 002A**********SB saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilməsi və həmin kreditin təminatı olaraq zaminlik müqaviləsinin bağlanması, eləcə də əsas borclu Cavabdeh2 öhdəliyini layiqincə yerinə yetirməyərək borcunun yaranması öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 472.1.-472.3.-cü maddələrinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göstərilən maddi normaların tələblərindən göründüyü kimi, Cavabdeh2 kredit müqaviləsi üzrə borcun ödənilməsi müddəti başa çatdıqdan və öhdəliyin yaranmasından sonra ona edilən xəbərdarlıqlara baxmayaraq, müqavilə öhdəliklərini layiqincə yerinə yetirməmiş, bunun da nəticəsində müqavilə şərtlərini pozmuşdur. Ona görə də yaranmış borc ödənilməlidir. Həmçinin zamin olan digər Cavabdeh1 əsas borclu ilə birgə məsuliyyət daşıdığı üçün, borc cavabdehlərdən müşətək qaydada tutulmalıdır. Məhkəmə işin hallarını nəzərə alaraq, mülki məhkəmə icraatı qaydasında müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı cərimə pulunu Mülki Məcəllənin 467-ci maddəsinə əsasən azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Cərimə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə istinad olunanlara əsasən hesab edir ki, işin hallarına görə 502.61 manat cərimə pulu əsas borcla müqayisədə tənasübsüz surətdə yüksək məbləğdir, həmin məbləğin ödənilməsi ədalətsizliyə səbəb ola bilər. Odur ki, məhkəmə dəbbə pulunun cavabdehdən 150 manat həcmində tutulmasını daha ədalətli hesab edir. Beləliklə məhkəmə ödənilməli olan pul məbləğini müzakirə edərək qeyd edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 8058.64 manat kredit borcu, 840.19 manat faiz borcu, 150 manat cərimə borcu olmaqla, cəmi 9048.83 manat borc və dövlət rüsumuna ödənilmiş 114.02 manat tutularaq İddiaçı QSC-nin hesabına ödənilməlidir. Məhkəmə kredit müqaviləsinin vaxtından əvvəl ləğv olunması tələbinə münasibətdə qeyd edir ki, borc müqaviləsi iki tərəfli müqavilədir. Borclu müqavilə öhdəliklərini layiqincə yerinə yetirməmiş, əsas və faiz borc qismən icra edilmişdir. Belə olan halda iddiaçının kreditor olaraq öhdəliyin qalan hissəsinin icrasına marağı itmiş və müqavilə öhdəliyinin davam etməsindən imtina etməsində haqlı hesab olunmalıdır. Ona görə də müqavilə öhdəliklərinə vaxtından əvvəl xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclaslında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 002A********** saylı kredit müqaviləsi, xx.xx.2020-ci il tarixli, 002A**********S və xx.xx.2020-ci il tarixli 002A**********SB saylı sazişlər ləğv edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 8058.64 manat əsas, 840.19 manat faiz, 150 manat cərimə, cəmi 9048.83 manat borc və dövlət rüsumuna ödənilmiş 114.02 manat tutularaq İddiaçı QSC-nin hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №e-2(050)-375/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-375/2023
08.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver