Məhkəmə qərarları › İş №e-2(050)-380/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-380/2023

16.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-380/2023 16.02.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi ilə, İddiaçı «Finca Azerbaijan” MM QBKT-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğluna qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" MM QBKT-nin nümayəndəsi Nümayəndə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X3 və X2 müştərək qaydada borcun məbləği 8923,88 AZN asas, faiz borcu üzrə 180,66 AZN, cəmi 9104,54 (doqquz min yüz dörd manat əlli dörd qəpik) AZN, həmçinin ödənilmis 111,05 manat məbləğində dövlət nüsumunun "xxxx" MMM QBKT-nin xeyrinə tutulmasina dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MM QBKT ilə cavabdeh X3 arasında bağlanmış xx.xx.2019-cu it tarixli, **********2131 saylı Azərbaycan Respublikasi Prezidenti canab İlham Əliyevin 28 fevral 2019-cu it tarixli "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanın 6-cı maddəsində uyğun olaraq GÜZƏŞTLİ Kredit (Restrukturizasiya) Müqaviləsinin 1.1-ci bəndinə əsasən, Kredit alanin vaxti keçmiş əsas kredit borcunun bu Müqavilə imzalanan tarixə 8923,88 AZN (səkkiz min doqquz yüz iyirmi üç manat səksən səkkiz qəpik) AZN qalıq məbləği illik 1% faiz dərəcəsi olmaqla və 1 (bir) il güzəşt müddəti müəyyən edilməklə 5 (beş) il müddətinə vaxtı küçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə asasən borclunun bir il güzəşt müddətində har ay 7,68 AZN, dörd il müddətində isə hər ay 189,79 AZN olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin, kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********2131-904663 saylı zaminlik müqaviləsi ilə Cavabdeh2 zamin qismində sozü gedən kredit müqavilələrinin tərəfi olmuşdur. İddiaçı "xxxx" MM QBKT-nin nümayəndəsi Nümayəndə məhkəməyə teleqram ünvanlayaraq işə onların iştirakı olmadan baxıb qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsələr də, onlar məhkəməyə gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci madəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Məhkəmə araşdırması zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə sübuta yetirmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2019-cu it tarixli, **********2131 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" MM QBKT Cavabdeh1 Azərbaycan Respublikasi Prezidenti canab İlham Əliyevin 28 fevral 2019-cu it tarixli "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanın 6-cı maddəsində uyğun olaraq GÜZƏŞTLİ Kredit (Restrukturizasiya) Müqaviləsinin 1.1-ci bəndinə əsasən, Kredit alanin vaxti keçmiş əsas kredit borcunun bu Müqavilə imzalanan tarixə 8923,88 AZN (səkkiz min doqquz yüz iyirmi üç manat səksən səkkiz qəpik) AZN qalıq məbləği illik 1% faiz dərəcəsi olmaqla və 1 (bir) il güzəşt müddəti müəyyən edilməklə 5 (beş) il müddətinə vaxtı küçmiş kredit borcunun məbləğində kredit verməyi, kredit alan isə krediti və faizləri banka ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli **********2131-904663 saylı zaminlik müqaviləsindən görünür ki, iddiaçı ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmış və zamin borc verənin qarşısında borc alanın öz öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh1 iddiaçı "xxxx" MM QBKT-yə **********2131 saylı, 20 dekabr 2022-ci il tarixli nağd pul krediti müqaviləsi üzrə 9104.54 manat əsas borcu vardır. Göründüyü kimi Cavabdeh1 kredit müqaviləsinə əsasən öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməyərək, nəticədə "xxxx" MM QBKT-yə ödənilməli olan əsas borcu ödəməmişdir. Halbuki, 08 oktyabr 2019-cü il tarixli, **********2131 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 ona ayrılmış krediti və həmin məbləğə hesablanmış faiz ödənişlərini vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 iddiaçı "xxxx" MM QBKT-dən aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin, buna baxmayaraq o, müqavilə üzrə öhdəliklərini tam icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini lazımı qaydada yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 470.1-ci maddəsinin tələbinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə zaminlik müqaviləsini də nəzərdən keçirib hesab edir ki, Cavabdeh2 əsas borclu Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Bank qarşısında cavabdehliyi öz üzərinə götürdüyündən, iddiaçının tələb etdiyi kredit borcu cavabdehlərdən eyni həcmdə tutularaq iddiaçının xeyrinə verilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 111 (bir yüz on bir) manat 05 qəpik dövlət rüsumu cavabdehlərə aid edilməklə iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia təmin edilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əsas borca görə 8923,88 manat, faiz borcuna görə 180,66 manat və ödənilmiş dövlət rüsumuna görə 111,05 manat, cəmi 9215 (doqquz min iki yüz on beş) manat 59 qəpik tutularaq "xxxx" Qeyri-Bank Kredit Təşkilatı X1 xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nın 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 əsas borca görə 8923,88 manat, faiz borca görə 180,66 manat və ödənilmiş dövlət rüsumuna görə 111,05 manat, cəmi 9215 (doqquz min iki yüz on beş) manat 59 qəpik tutularaq "xxxx" Qeyri-Bank Kredit Təşkilatı X1 xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar