Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-3809/2023 29.11.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlu, İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı ASC-nin Cavabdeh xx.xx.2023-cü il tarixli MSLMB-06552 saylı kredit müqaviləsi üzrə kredit borcuna görə 1634,98 manat, faiz borcuna görə 192 manat, cərimə borcuna görə 360 manat olmaqla, borcun cəmi məbləği 2186,98 manat məbləğində pulun və 41,87 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması, tələblərin xx.xx.2023-cü il tarixli MSLMB-06552 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə İddiaçı ASC-nir «Masallı» filialı ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli MSLM B-06552 saylı saxlanc girov müqaviləsi bağlanaraq girov qoyulmuş 1 ədəd, çəkisi 12,8 qr, əyarı-750 olan Komplektə, 1 ədəd, çəkisi 16.1 qr, əyarı 585 olan klonlu sepə, cəmi: 28,9 qr qızıl-zinət əşyasına yönəldilməsi, həmin qızılzinət əşyalarını açıq hərracdan satılaraq əldə edilmiş vəsait hesabına xx.xx.2023-cü il tarixli MSLMB-06552 saylı kredit müqaviləsi üzrə cəmi məbləği 2186,98 manat məbləğində pulun və 41,87 manat məbləğində dövlət rüsumunun ödənilməsinə yetərli olmadığı halda qalan borcun Cavabdeh ümumi qaydada tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin «Masallı» filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli MSLME saylı kredit müqaviləsinə əsasən illik 28% dərəcəsi olmaqla 18 ay müddətinə 1800 (min səkkiz yüz) manat məbləğində cavabdehə kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasını təmin etmək məqsədilə İddiaçı ASC-nin «Masallı» filialı ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli MSLMB-06552 saylı saxlanc girov müqaviləsi bağlanaraq aşağıda adları çəkilən qızı əşyaları girov qoyulmuşdur: Komplekt 1 ədəd, çəkisi 12,8 qr, əyarı-750: Sep klonlu 1 ədəd, çəkisi 16,1 qr, əyan-585; Cəmi: 28,9 qr. xx.xx.2023-cü il tarixli MSLMB-06552 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtınd lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli MSLMB-06552 saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Kreditin ödəniş cədvəli əsasında, hər ayın 09-dan gec olmayaraq ayda 123,61 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında. lazımı qaydada icra etməmişdir. Eyni zamanda həmin kredit müqaviləsinin 5.1. maddəsinə görə, borclu kredit müqaviləsi üzrə öhdəliklərini lazımı qaydada icra etməzsə, kı faizlərini vaxtında ödəməzsə, ödənilməyən kredit üçün əlavə olaraq hər günə 1 % həcmində dəbbə pulu hesablanır. 10 Oktyabr 2023cü il tarixinə olan maliyyə arayışına əsasən Cavabdehnın xx.xx.2023-cü il tarixli MSLMB- 06552 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borca görə 1634,98 manat, faiz borcuna görə 192 manat, cərimə borcuna görə 360 manat olmaqla, cəmi borc məbləği 2186,98 manat təşkil edir. Cavabdeh Azərbaycan Respublikası MPM-in 284-5.2.-ci maddəsinə əsasən iddiaya qarşı əsaslandırılmış etirazlarını göndərmək barədə məlumat verilməsinə baxmayaraq, iddaya qarşı etirazlarını məhkəməyə göndərməmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli MSLME saylı kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC Cavabdeh 18 ay müddətinə illik 28 faiz ödəmək şərti ilə 1800 manat kredit vermişdir. İşdə olan xx.xx.2023-cü il tarixli MSLMB-06552 nömrəli saxlanc girovu haqqında muqavilənin surətindən görünür ki, Cavabdeh İddiaçı ASC arasında “Saxlanc girovu haqqında müqavilə” bağlanılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli MSLMB-06552 saylı “Saxlanc girovunun qiymətləndirilməsinə və kassaya təhvil verilməsinə dair” aktdan görünür ki, Cavabdeh məxsus ümumilikdə 28,9 qram qızıl-zinət əşyaları olan dəyəri 1901,85 manat bazar dəyəri isə 2817,89 manat, 1 ədəd, çəkisi 12,8 qr, əyarı-750 olan Komplekt, 1 ədəd, çəkisi 16.1 qr, əyarı -585 olan klonlu sep İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Masallı filialına saxlanca verilmişdir. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdehnın xx.xx.2023-cü il tarixinə kimi banka 1634,98 manat əsas borc, 192 manat faiz borcu, 360 manat cərimə borcu, cəmi 2186,98 manat borcu yaranmışdır. İşdə olan bildirişin surətindən görünür ki, İddiaçı ASC Cavabdeh borcun ödənilmədiyi tədqirdə qanunamüvafiq tədbirlər görülməsi barədə xəbərdarlıq etmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, İddiaçı ASC məhkəmədə iddia qaldırmaq üçün 41,87 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.5-ci maddəsinə əsasən, girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 272-ci maddəsinə əsasən, girov saxlayan (ipoteka saxlayan) borclunun onun qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üçün girov qoyanın əşyası barəsində müqavilədə göstərilmiş əsaslar üzrə girov və ya ipoteka hüququ olan şəxsdir. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 296-cı maddəsinə əsasən, girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 465.1.-ci maddəsinə görə əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, habelə kredit müqaviləsinin qanuniliyini yoxlayaraq hesab edir ki, iş üzrə mübahisəli hal yoxdur, tərəflərin izahatlarının alınmasına zərurət yoxdur, ona görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materillarında olan və tədqiq edilmiş mötəbər, təkzibolunmaz sübutlarla təsdiq olunur ki, İddiaçı ASC-nin «Masallı» filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli MSLME saylı kredit müqaviləsinə əsasən illik 28% dərəcəsi olmaqla 18 ay müddətinə 1800 (min səkkiz yüz) manat məbləğində cavabdehə kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasını təmin etmək məqsədilə İddiaçı ASC-nin «Masallı» filialı ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli MSLMB-06552 saylı saxlanc girov müqaviləsi bağlanaraq aşağıda adları çəkilən qızı əşyaları girov qoyulmuşdur: Komplekt 1 ədəd, çəkisi 12,8 qr, əyarı-750: Sep klonlu 1 ədəd, çəkisi 16,1 qr, əyan-585; Cəmi: 28,9 qr. xx.xx.2023-cü il tarixli MSLMB-06552 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtınd lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli MSLMB-06552 saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Kreditin ödəniş cədvəli əsasında, hər ayın 09dan gec olmayaraq ayda 123,61 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtıvaxtında. lazımı qaydada icra etməmişdir. Nəticədə cavabdehin İddiaçı ASC-yə kredit müqaviləsi üzrə əsas borca görə 1634,98 manat, faiz borcuna görə 192 manat, cərimə borcuna görə 360 manat olmaqla, cəmi 2186,98 manat borcu yaranmışdır. Məhkəmə işin hallarını nəzərə alaraq, mülki məhkəmə icraatı qaydasında müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı dəbbə pulunu Mülki Məcəllənin 467-ci maddəsinə əsasən azalda bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 iyul 2014-cü il tarixli qərarında qeyd olunur ki, Mülki Məcəllənin 467-ci maddəsində mülki hüquq subyektlərinin iradə azadlığı prinsipinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu (peniya) ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılmasının mümkün olduğu müəyyən edilmişdir. Məhkəmə istinad olunanlara əsasən hesab edir ki, işin hallarına görə cavabdehin əmlak vəziyyətləri nəzərə alınmalı və cərimə pulu azadılmalıdır. Odur ki, məhkəmə kredit müqavilə üzrə cərimə pulunun 60 manat həddində tutulmasını daha ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etrazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclaslında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçının tələbi təmin olunduğuna görə onun tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq, İddiaçı ASC-nin hesabına ödənilməlidir. Həmin Məcəllənin 284-5.3.-cü maddəsinə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1.-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233, 284.1-285-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsi üzrə 1634,98 manat əsas, 192 manat faiz, 60 manat cərimə, cəmi 1886,98 manat borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ASC-nin hesabına ödənilsin. Tələb Cavabdeh məxsus 1 ədəd, çəkisi 12,8 qr, əyarı-750 olan Komplektə, 1 ədəd, çəkisi 16.1 qr, əyarı 585 olan klonlu sepə, cəmi: 28,9 qr qızıl-zinət əşyasına yönəldilsin və qızıl-zinət əşyaları açıq hərracda satılsın. Həmin qızıl-zinət əşyalarının açıq hərracdan satılmasından əldə edilən vəsait kredit borcuna yönəldilsin. Girov predmetinin satışından əldə edilən vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc Cavabdeh tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Hakim: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №e-2(050)-3809/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-3809/2023
29.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver