Məhkəmə qərarları › İş №e-2(050)-3825/2025

Masallı Rayon Məhkəməsi Qərardad — İş №e-2(050)-3825/2025

04.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № e-2(050)-3825/2025 04.12.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Mən, Masallı Rayon Məhkəməsinin hakimi Hüseynov Elşən Təbriz oğlu iddiaçı "X1” ASC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı "X1” ASC kredit borcunun qaytarılması tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1302,90 manat əsas borc, 182,85 manat faiz borcu, 55,31 manat cərimə olmaqla, cəmi 1541,06 manat borc və 35,82 manat dövlət rüsumunun "X1” ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 26 noyabr 2025-ci il tarixdə iddiaçı "X1” ASC “Elektron Məhkəmə” sistemi vasitəsi ilə məhkəməyə ərizə göndərərək iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. İddiaçı tərəfindən verilən ərizəni nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən ərizənin qaytarılması barədə ərizə verildikdə və maraqlı şəxs işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. İş materiallarından görünür ki, "X1” ASC hazırkı iş üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 35,42 manat məbləğində dövlət rüsumu ödəmişdir (“Hökümət ödəniş portalı” sistemi, qəbz nömrəsi **********, Tarix: xx.xx.2025, saat 14:57:49). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da, geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Hesab edirəm ki, iş üzrə iddiaçı "X1” ASC tərəfindən ödənilmiş 35,42 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən qaytarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 263 və 264-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı "X1” ASC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair kiçik iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı "X1” ASC tərəfindən ödənilmiş 35,42 (otuz beş manat qırx iki qəpik) manat məbləğində dövlət rüsumu (“Hökümət ödəniş portalı” sistemi, qəbz nömrəsi **********, Tarix: xx.xx.2025, saat 14:57:49) dövlət büdcəsindən qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar