Məhkəmə qərarları › İş №e-2(050)-443/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-443/2023

07.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-443/2023 07.03.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, İddiaçı QSC BOKT-nin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı QSC BOKT-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə «borc» tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC BOKT Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 23 sentyabr 2013-cü il tarixli 224 saylı kredit müqaviləsi üzrə 5026.41 manat əsas, 2666.44 manat faiz borcu olmaqla, cəmi 7692.84 manat borcun və ödənilmiş 96.92 manat dövlət rüsumunun İddiaçı QSC BOKT-in xeyrinə tutulması, borc tələbinin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi ipoteka qoyulmuş Cavabdeh mülkiyyətində olan “VAZ 21154 minik” markalı ** BR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəltməklə həmin nəqliyyat vasitəsini açıq hərraca çıxarılaraq satılması hesabına borcun və dövlət rüsumunun tutularaq İddiaçı QSC BOKT-ya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 nömrəli Fərmanının və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli 101s saylı Sərəncamının icrası ilə əlaqədar olaraq, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin problemli aktivləri (borcları) üzrə tələb hüququ 11 avqust 2015-ci il və 21 aprel 2017-ci il tarixli müqavilələr əsasında İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına keçmişdir. Həmin Fərmanın və Sərəncamın icrası ilə bağlı Cavabdeh "xxxx" ASC-yə olan və müqavilə öhdəliklərindən irəli gələn problemli borcu üzrə tələb hüququ da 31 avqust 2017-ci il tarixli, S-AVK-LEN-29 saylı təhvil-təslim aktı əsasında İddiaçı QSC-yə təhvil verilmişdir. Akta əsasən cavabdehin təhvil-təslim olunan tarixə "xxxx" ASC-yə cəmi 7877.85 manat (əsas borc 5211.41 manat, faiz borcu 2666.44 manat) məbləğində borcu olmuşdur. Belə ki,"xxxx" ASC-nin Lənkəran filialı ilə Cavabdeh arasında bağlanmış 23 sentyabr 2013-cü il tarixli 224 saylı kredit müqaviləsinə əsasən Cavabdeh avtomobil alınması məqsədilə 36 ay müddətinə illik 19 %-lə 6000 (altı min) manat məbləğində kredit verilmişdir. Həmin kreditin təminatı kimi "xxxx" ASC-in Lənkəran filialı ilə ipoteka qoyan Cavabdeh arasında bağlanmış 23 sentyabr 2013-cü il tarixli 224 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh mülkiyyətində olan “VAZ 21154 minik” markalı ** BR *** dövlət qeydiyat nişanlı avtomobili banka ipotekaya qoyulmuşdur. DYP tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli AA seriyalı 098299 nömrəli Çıxarışa əsasən həmin avtomobil "xxxx" ASC-in Lənkəran filialının xeyrinə yüklü edilmişdir. Kredit müqaviləsinin 10.1-ci bəndinə əsasən, Borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanmış faizləri ödəməlidir. Kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlinə görə cavabdeh qrafikə uyğun olaraq əsas borcu və ona hesablanmış faiz borcunu ödəməli olduğu halda o, müqavilənin şərtlərinə əməl etməmişdir. Cavabdeh ona verilmiş krediti vaxtında qaytarmamaqla kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş və iddiaçını ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Cavabdeh İddiaçı QSC-yə olan borcundan 185 manat ödəniş edilmişdir. Hazırda onun əsas borcu 5026.41 manat, faiz borcu 2666.44 manat olmaqla, cəmi borcu 7692.84 manat təşkil edir. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, tərəfindən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazimi nəticə əldə olunmamışdır. Borcalana göndərilmiş bildiriş və xəbərdarlıq məktubları nəticəsiz qalmışdır. İddiaçı QSC BOKT-in nümayəndəsi Nümayəndə3 məhkəmə iclasında verdiyi izahatında iddia tələbini məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarından görünür ki, "xxxx" ASC-nin Lənkəran filialı ilə Cavabdeh arasında 23 sentyabr 2013-cü il tarixli 224 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən borcalana illik 19% olmaqla 36 ay müddətinə 6000 manat kredit verilmiş, borcalan isə verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə faizləri ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan iddiaçı "xxxx" ASC-in Lənkəran filialı ilə Cavabdeh arasında bağlanmış 23 sentyabr 2013-cü il tarixli 224 saylı ipoteka müqaviləsindən görünür ki, “VAZ 21154 minik” markalı ** BR *** dövlət qeydiyat nişanlı avtomobili bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İpoteka predmeti tərəflərin qarşılıqlı razılığı ilə 8600 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarından görünür ki, "xxxx" ASC-in Lənkəran filialı ilə Cavabdeh arasında qeyd edilən “VAZ 21154 minik” markalı avtomaşına (qeydiyyat nömrəsi: ** BR ***, tip: Sedan, buraxılış ili 2012, rəngi: Ağ) dair xx.xx.2017-ci il tarixli ipoteka müqaviləsi əsasında xx.xx.2013-cü il tarixdə Azərbaycan Respublikası DİN BDYPİ QİŞ-də qeydə alınmış, ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən AA seriyalı 098299 nömrəli çıxarış verilmişdir. İş materiallarında olan ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınmasına dair ərizədən görünür ki, həmin ərizə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası DİN BDYPİ-nin Lənkəran RQİ və TBŞ-də qeydə alınmışdır. İşin materiallarında olan AC N 112866 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, buraxılış ili 2012-ci il olan, “VAZ 21154 minik” markalı, ** BR *** dövlət qeydiyyat nişanlı avtomaşının sahibi Cavabdehdur. İşin materiallarından görünür ki, iddiaçı təşkilat tərəfindən cavabdehə borcu ödəməsinə dair xəbərdarlıq məktubları, həmçinin ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişlər göndərmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh 23 sentyabr 2013-cü il tarixli 224 nömrəli kredit müqaviləsi əsasında "xxxx" ASC-dən kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini "xxxx" ASC-yə qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında İddiaçı QSC BOKT-dən kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit müqaviləsindən irəli gələn borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun qaytarılmasını tələb etməkdə haqlıdır. Buna görə də iddianın 23 sentyabr 2013-cü il tarixli 224 nömrəli kredit müqaviləsi üzrə 5026.41 manat əsas, 2666.44 manat faiz borcu olmaqla, cəmi 7692.84 manat məbləğində borcun ödənilməsi hissəsi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin tələbin ipoteka predmetlərinə yönəldilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; bu Qanunda nəzərdə tutulmuş digər hallarda. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş göstərilən avtomobilə yönəldilməsini məhkəmə qaydasında tətbiq etməkdə haqlıdır. Odur ki, iddianın həmin hissəsi də təmin edilərək, borc tələbi kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş göstərilən nəqliyyat vasitəsinə yönəldilməlidir. Məhkəmə eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş göstərilən avtomobilə yönəldilməsi ipoteka ilə yüklü edilmiş göstərilən avtomobilin açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İddianın “VAZ 21154 minik” markalı avtomaşına (qeydiyyat nömrəsi: ** BR ***, tip: Sedan, buraxılış ili 2012, rəngi: Ağ) ilkin satış qiymətinin müəyyən edilməsinə dair hissəsini araşdıraraq məhkəmə hesab edir ki, məhkəmənin qətnaməsi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilərək, ipoteka predmeti hərracda satılarkən, əmlakın qiymətləndirilməsinə zərurət olduqda, hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti, icra məmurunun sifarişi əsasında dəvət olunmuş müstəqil qiymətləndirici tərəfindən müəyyən edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 51.1-ci maddəsinə əsasən, borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, məhkəmə hökmünün və ya qərarının təmin edilməsi məqsədi ilə əmlakın qiymətləndirilməsinə zərurət olduqda əmlakın məcburi qaydada qiymətləndirilməsi aparılır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 41.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Həmin Qanunun 41.3-cü maddəsinə əsasən, hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Göründüyü kimi, məhkəmə qərarının təmin edilməsi məqsədi ilə əmlakın qiymətləndirilməsinə zərurət olduqda əmlakın qiymətləndirici tərəfindən məcburi qaydada qiymətləndirilməsi aparılır və qiymətləndirici icra məmurunun sifarişi əsasında dəvət olunur. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 53.2-ci maddəsinə əsasən, Borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. Göstərilən Qanunun 61.2-ci maddəsinə əsasən, ixtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. Qeyd edilən Qanunun 62.1-ci maddəsinə əsasən, icra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir. Qeyd edilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə ipoetka predmeti olan əşyanın ilkin satış qiyməti məhkəmə qətnaməsi ilə deyil, məhkəmənin qətnaməsi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilərkən, hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətinin, icra məmurunun sifarişi əsasında dəvət olunmuş müstəqil qiymətləndirici tərəfindən müəyyən edilməlidir. Cavabdeh 23 sentyabr 2013-cü il tarixli 224 saylı kredit müqaviləsi üzrə 5026.41 manat əsas, 2666.44 manat faiz borcu olmaqla, cəmi 7692.84 manat borcun və ödənilmiş 96.92 manat dövlət rüsumunun İddiaçı QSC BOKT-nin xeyrinə tutulması, borc tələbinin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi ipoteka qoyulmuş Cavabdeh mülkiyyətində olan “VAZ 21154 minik” markalı ** BR *** dövlət qeydiyat nişanlı nəqliyyat vasitəsinə yönəltməklə həmin nəqliyat vasitəsini açıq hərraca çıxarılaraq satılması hesabına borcun və dövlət rüsumunun tutularaq İddiaçı QSC BOKT-ya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 23 sentyabr 2013-cü il tarixli 224 saylı kredit müqaviləsi üzrə 5026.41 manat əsas, 2666.44 manat faiz borcu olmaqla, cəmi 7692.84 manat borcun və ödənilmiş 96.92 manat dövlət rüsumunun İddiaçı QSC BOKT-in xeyrinə ödənilməsi, ödəmənin ipoteka ilə yüklü edilmiş, Cavabdeh mülkiyyətində olan “VAZ 21154 minik” markalı avtomaşına (qeydiyyat nömrəsi: ** BR ***, tip: Sedan, buraxılış ili 2012, rəngi: Ağ) yönəldilərək avtomaşının açıq hərracda satılmalı və həmin avtomaşının satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələnlərinin təmin edilməsi üçün İddiaçı QSC BOKT-yə ödənilməsi, əmlakın satışından əldə edilən vəsait yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün kifayət etmədikdə qalıq borc ümumi qaydada Cavabdeh tutularaq İddiaçı QSC BOKT-in xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən dövlət rüsumu məhkəmə xərclərinə aid edilmişdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iş üzrə ödənilmiş 96.92 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 23 sentyabr 2013-cü il tarixli 224 saylı kredit müqaviləsi üzrə 5026.41 manat əsas borcu, 2666.44 manat faiz borcu olmaqla, cəmi 7692.84 manat borcu və ödənilmiş 96.92 manat dövlət rüsumu tutularaq İddiaçı QSC BOKT-nin hesabına ödənilsin. Tələb Cavabdeh mülkiyyətində olan “VAZ 21154 minik” markalı avtomaşına (qeydiyyat nömrəsi: ** BR ***, tip: Sedan, buraxılış ili 2012, rəngi: Ağ) yönəldilsin və avtomaşın açıq hərracdan satılsın. “VAZ 21154 minik” markalı avtomaşının (qeydiyyat nömrəsi: ** BR ***, tip: Sedan, buraxılış ili 2012, rəngi: Ağ) satışından əldə edilən vəsait qeyd edilən pul tələbinin ödənilməsi üçün İddiaçı QSC BOKT-yə ödənilsin. Avtomaşının satışından əldə edilən vəsait qeyd edilən pul tələbinin təmin edilməsi üçün kifayət etmədikdə qalıq borc Cavabdeh ümumi qaydada tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar