Məhkəmə qərarları › İş №e-2(050)-491/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-491/2025

30.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-491/2025 30.01.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyan tələbinə dair mülki işə açıq məhkəmə iclasında video çəkiliş vasitəsi ilə baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona dəymiş ziyana görə 2350 manat, məhkəmədə hüquqlarının müdafiəsi üçün vəkil tutması ilə əlaqədar Lənkəran rayon Vəkil Bürosunun vəkili Nümayəndə ilə aralarında bağlanılmış hüquqi yardımın göstərilməsi haqqında EM-2425VK-9671/2024 nömrəli müqavilə üçün hesaba köçürdüyü 320 manat və 47 manat dövlət rüsumunun onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycanda satışı olmayan Vyetnam istehsalı "Samsung S24 Ultra" markalı mobil telefon almaq üçün "tap.az" saytına daxil olmuş, saytda göstərilən mobil telefon nömrəsi ilə əlaqə saxlamış, özünü Toğrul kimi təqdim edən şəxslə mobil telefonun alqı-satqısı barədə danışmaq üçün xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanında yerləşən "Yusif Mobile" adlı mağazada görüşmüşdür. Həmin ünvanda Toğrula 2500 manat pul vermiş, lakin qarşı tərəf vədinə əməl etməyərək dediyi vaxtda mobil telefonu gətirib ona təhvil verməmişdir. Sözü gedən 2500 pul məbləğindən 150 manatını ona ödəsə də, qalan 2350 manat pulu hələ də qaytarmamışdır. Həmin məbləğin cavabdehə verilməsi ilə bağlı video görüntünü məhkəmə hazırlıq iclası zamanı sübut kimi təqdim ədəcəkdir. xx.xx.2024-cü il tarixdə şikayət ərizəsi ilə Nəsimi RPİ-nin 19cu PŞ-yə müraciət etmiş və təhqiqat bölməsində ərizəsi araşdırılaraq cinayət işinin başlanılmasının rədd edilməsi barədə xx.xx.2024-cü il tarixli qərar qəbul edilmişdir. Araşdırma zamanı həm onun, həm də hazırki iş üzrə cavabdehin izahatları alınmışdır. Cavabdeh izahatında bildirilmişdir ki, 16 ildir ki, mobil telefon və aksessuarlarının alqısısatqısı ilə məşğul olur. Təxminən 6 aydır ki, ünvan 1 ünvanında yerləşən "Yusif Mobile" adlı mağazasını icarə müqaviləsi əsasında işlədir. xx.xx.2024-cü il tarixdə Emil mobil telefon əlaqəsi zamanı Vyetnam istehsalı olan "Samsung 24 Ultra" markalı mobil telefon almaq istədiyini ona bildirdiyini qeyd etmişdir. Həmin gün axşam saatlarında Emilin mağazaya gəldiyini və 2500 manat nağd pul ona verərək sözügedən mobil telefonu sifariş etdiyii etiraf etmişdir. 2350 manat pul bu günə kimi ödənilməmişdir. Məhkəmədə hüquqlarının müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar Lənkəran rayon Vəkil Bürosunun vəkili Nümayəndə lman oğlu ilə aralarında bağlanılmış hüquqi yardımın göstərilməsi haqqında EM-2425VK-9671/2024 nömrəli müqavilə üçün hesaba 320 manat pul köçürmüşdür. İlkin olaraq iddianı Nəsimi rayon Məhkəməsinə göndərsə də, sonradan məlum olmuşdur ki, cavabdehin qeydiyyat ünvanı Masallı rayonu, Ərkivan qəsəbəsidir. İddiaçının nümayəndəsi-vəkili Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq onların iştirakı olmadan məhkəmə baxış iclasını keçirib iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsə də, o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 17 sentyabr 2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, toplanılmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş və maraqlı tərəfə mülki qaydada məhkəmə orqanlarına müraciət etmək hüququ izah olunmuşdur. Məhkəmə iş materiallarını araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Yuxarıda göstərilən qanunvericiliyin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları və sübutları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçı tərəfin üzərinə düşür. Məhz iddiaçı tərəf öz tələbində göstərdiyi kimi cavabdehə Vyetnam istehsalı olan "Samsung 24 Ultra" markalı mobil telefon almaq məqsədi ilə 2500 manat pul verməsini, hal-hazıradək həmin puldan 150 manat qaytararaq 2350 manat borclu qalmasını sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələbini təsdiq edən sübütlar məhkəməyə təqdim edilmişdir. İş materiallarında olan 17 sentyabr 2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, araşdırma zamanı izahatı alınmış Cavabdeh göstərmişdir ki, 16 ildir ki, mobil telefon aksessuarlarının alqı-satqısı ilə məşğul olur. Təxminən 6 aydır ki, ünvan 4 ünvanında yerləşən “Yusif Mobile” adlı mağazanı icarə müqaviləsi əsasında işlədir. xx.xx.2024-cü il tarixdə Emil adlı şəxs onunla mobil telefon əlaqəsi zamanı Vyetnam istehsalı olan "Samsung 24 Ultra" markalı mobil telefon almaq istədiyini ona bildirmiş, həmin gün axşam saatlarında mağazaya gələrək 2500 manat nağd pul verib mobil telefonu sifariş etmişdir. O, Emilə mobil telefonu xx.xx.2024-cü il tarixdə gətirəcəyini bildirmiş, lakin gömrükdə problemlər yarandığı üçün mobil telefon xx.xx.2024cü il tarixdə mağazaya gəlmişdir. Bu barədə Emilə zəng edərək məlumat versə də, Emil ona yeni mobil telefon aldığını bildirmiş və verdiyi 2500 manat pulu qaytarmasını demişdir. Emilə 150 manat pulu ona qaytarmış, pulun qalan hissəsini isə mobil telefon satıldıqdan sonra qaytaracağını bildrmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443-cü maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 567-ci maddəsinə qeyd edilmişdir ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. S.Əliyevanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarına uyğun olaraq «Məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir». “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia təmin edilməklə Cavabdeh vurulmuş ziyana görə 2350 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən dövlət rüsumu məhkəmə xərclərinə aid edilmişdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 47 manat dövlət rüsumu və hüquqi yardıma görə vəkilə ödənilmiş 320 manat məbləğində pul cavabdehə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: İddia təmin edilsin. Cavabdeh vurulmuş ziyana görə 2350 manat, ödənilmiş dövlət rüsumuna görə 47 manat və hüquqi yardıma görə vəkilə ödənilmiş 320 manat, cəmi 2717 (iki min yeddi yüz on yeddi) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar