Məhkəmə qərarları › İş №e-2(050)-535/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-535/2024

29.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-535/2024 29.01.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlu, iddiaçı «İcbari Sığorta Bürosu» X4 Cavabdeh qarşı subroqasiya qaydasında zərərin ödənilməsi tələbinə dair mülki işə, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı «İcbari Sığorta Bürosu» HŞİ kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək Cavabdeh 1400 manat və ödənilmiş dövlət rüsumuna görə 34 manat, ümumilikdə 1434 manat pulun iddiaçı “İcbari Sığorta Bürosu” HŞİ-nin xeyrinə tutularaq hesabına ödənilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, LPO ASC "xxxx" Sığorta Şirkəti tərəfindən PST********** nömrəli sığorta şəhadətnaməsi əsasında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə X1 sığortalanmış VAZ 21074 markalı, 99MB327 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi 23 iyul 2020-ci il tarixində Masallı rayonu T.Alverdi yolunda Cavabdeh tərəfindən idarə olunarkən baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxs X3 əmlakına maddi itki ilə nəticələnən zərər dəymişdir. Yuxarıda göstərilən hadisə ilə əlaqədar “İcbari Sığorta Bürosu” HŞİ tərəfindən zərərçəkənə dəymiş zərərə görə 5152/20 saylı sığorta aktı üzrə aşağıdakı cədvəldə qeyd olunan məbləğdə kompensasiya (sığorta) ödənişi həyata keçirilmişdir. Belə ki, sözügedən yol nəqliyyat hadisəsi ilə əlaqədar 24 iyul 2020-ci il tarixli 3(050)-518/2020 iş nömrəli Masallı rayon məhkəməsinin inzibati xəta haqqında iş üzrəQərarından (əlavə olunur) məlum olur ki, yol nəqliyyat hadisəsi baş verərkən Cavabdeh tərəfindən VAZ 21074 markalı, 99MB327 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi idarə etmə və ya digər qaydada istismar etməyə hüququ olmadan (sürücülük vəsiqəsi olmadan) istismar edilmişdir. Bu səbəbə görə cavabdeh şəxs xx.xx.2001-ci il təvəllüdlü Cavabdeh barəsində AR İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulan qaydada «400» (dörd yüz manat) məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Cavabdeh Azərbaycan Respublikası MPM-in 284-5.2.-ci maddəsinə əsasən iddiaya qarşı əsaslandırılmış etirazlarını göndərmək barədə məlumat verilməsinə baxmayaraq, iddaya qarşı etirazlarını məhkəməyə göndərməmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 30568/2020 saylı yol-nəqliyyat hadisəsinə dair ərizədən görünür ki, VAZ21074 markalı, ** MB *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixə kimi sığortalamışdır. xx.xx.2020ci il tarixdə saat 19:30 radələrində Masallı Rayonu Təzə Alvadı yolunda sığorta hadisəsi baş vermişdir. Bu zaman Mersedes Benz190 markalı, ** RB *** dövlət qeydiyyat nişanlı avtomobil sığortalı avtomobillə toqquşmuşdur. Zərərlə bağlı maddi ziyanın ümumi məbləği 1400 manatdır. X2 1400 manat sığorta ödənişi verilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli PST********** nömrəli icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, VAZ21074 markalı, ** MB *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixə kimi sığortalanmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Paşa Bank ASC-nin qəbzindən görünür ki, «İcbari Sığorta Bürosu» X6 tərəfindən X2 1400 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(113)-1575/2020 saylı qətnamədən görünür ki, ASC "xxxx" Sığorta Şirkəti müflis elan edilmişdir. Masallı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3-(050)-518/2020 saylı qərarından görünür ki, Cavabdeh Siyavuş oğlu Azərbaycan Respublikası İXM-nin 332.4cü maddəsi ilə təqsirli bilinərək 400 manat cərimə edilməsi qərara alınmışdır. Ödəniş qəbzindən görünür ki, «İcbari Sığorta Bürosu» X6 məhkəmədə iddia qaldırılması üçün 34 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1. və 936.2.-ci maddələrinə müvafiq olaraq “Subroqasiya hüququ” həmin Məcəllənin 936.6-cı maddəsini nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1096.2-ci maddəsinin tələblərinə görə, delikt (mülki hüquq pozuntusu) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə delikt nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzini zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən istifadə edilməsi) nəticəsində mülki hüquq pozuntusu (delikt) törətmiş şəxsin vurduğu zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanunu əsaslarla (nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 23.1.6.-cı maddəsinə əsasən sığortaçının sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ vardır. Göstərilən maddi hüquq normalarına əsasən məhkəmə qeyd edir ki, baş vermiş sığorta hadisəsi ilə Cavabdeh təqsirli hərəkətləri arasında səbəbli əlaqə vardır. Odur ki, ödənilmiş sığorta məbləği subroqasiya qaydasında ondan tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etrazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə ( hakim) öz qətnaməsini yalnız məhkəmə iclaslında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçının tələbi təmin olunduğuna görə onun tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq, bankın hesabına ödənilməlidir. Həmin Məcəllənin 284-5.3.-cü maddəsinə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233, 284.1-285-6-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. Cavabdeh 1400 manat sığorta ödənişi və 34 manat ödənilmiş dövlət rüsumu, cəmi 1434 manat pul tutularaq «İcbari Sığorta Bürosu» HŞİ-nin hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Hakim: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar