Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-607/2023 14.03.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakları ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit borcun qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Kreditlərin idarə edilməsi departamentinin məhkəmələrlə iş şöbəsinin müdiri Nümayəndə1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 1130,58 ABŞ dolları-bundan 378,17 ABŞ dolları əsas, 83,23 ABŞ dolları faiz, 619,03 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 50,15 ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 39,22 AZN dövlət rüsumunun Cavabdeh tutularaq ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Masallı filialı ilə Cavabdeh arasında ********* nömrəli, 14 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən cavabdehə şəxsi istehlak məqsədi ilə 24 ay müddətinə illik 24% faiz dərəcəsi ilə 2400 ABŞ dolları məbləğində kredit açılmışdır. Kredit müqaviləsinə 26 may 2015-ci il tarixli əlavə sazişə borcalanın kreditor qarşındakı kredit öhdəliyinin qalığı 1960,13 ABŞ dolları hesablanmışdır. Kreditin müddəti 20 sentyabr 2017-ci il tarixinədək uzadılmışdır. Kredit müqaviləsinə 16 avqust 2017-ci il tarixli əlavə sazişə əsasən borcalanın kreditor qarşındakı kredit öhdəliyinin qalığı 1488,88 ABŞ dolları hesablanmışdır. Kreditin müddəti 16 fevral 2020-ci il tarixinədək uzadılmışdır Kredit müqaviləsinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. 15 noyabr 2022-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 1130,58 ABŞ dolları təşkil edir. Bundan 378,17 ABŞ dolları əsas, 83,23 ABŞ dolları faiz, 619,03 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenumqərarına əsasən hesablanmış 50,15 ABŞ dolları faiz borcu təşkil edir. Müqavilənin müvafiq bəndlərinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********200 saylı 26 oktyabr 2022-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halkbuki, cavabdehlər ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Məhkəmə iclası zamanı iddiaçının nümayəndəsi Nümayəndə2 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclası zamanı iddianı qismən qəbul edərək izahatında göstərdi ki, o, İddiaçı ASC-dən 14 oktyabr 2014-cü il tarixdə kredit götürmüşdür. Krediti ödəyə bilmədiyi üçün banka müraciət etmiş və yenidən onunla bank arasında əlavə saziş bağlanmışdır. Onun maddi imkanı olmadığı üçün kerditi vaxtında ödəyə bilməmişdir. Hazırda o, yalnız əsas məbləği ödəmək iqtidarındadır. Maddi imkanın olmadığını nəzərə alaraq məhkəmədən faiz və cərimə borcunun silinməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci madəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Məhkəmə araşdırması zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə qismən sübuta yetirmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş: 14 oktyabr 2014-cü il tarixli, ********* saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC Cavabdeh 24 ay müddətinə, illik 48 faiz dərəcəsi ilə 2400 ABŞ dolları məbləğində kredit verməyi, cavabdeh isə krediti və həmin kreditə görə hesablanmış faizləri banka qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 26 may 2015-ci il tarixli, R-555 nömrəli əlavə sazişdən görünür ki, 14 oktyabr 2014-cü il tarixli, ********* kredit müqaviləsinə dəyişikliklər edilmiş, müqaviləyə əsasən kreditorun borcalana (birgə borcalana) verdiyi kreditin qalıq məbləği 1960,13 ABŞ dolları təşkil etmiş və müqavilənin müddəti xx.xx.2017-ci il tarixədək təyin olunmuşdur. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 16 avqust 2017-cı il tarixli, 02 nömrəli əlavə sazişdən görünür ki, 14 oktyabr 2014-cü il tarixli, ********* kredit müqaviləsinə dəyişiklik olmuş və kreditin qalıq məbləği konvertasiya edildikdən sonra 1488,88 ABŞ dolları müəyyən edilərək müqavilənin müddəti xx.xx.2020-ci il tarixədək təyin olunmuşdur. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilən xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh müqavilə müddətində, yəni xx.xx.2014-cü il-xx.xx.2020ci illər üzrə banka olan borcu 387,17 ABŞ dolları əsas, 83,23 ABŞ dolları faiz, 619,03 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 50,15 ABŞ dolları faiz borcu olmaqla, cəmi 1130,58 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 739-cu maddəsinin tələbinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 427.3 maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Beləliklə işdə olan sübutlarla Cavabdeh "xxxx" ASC ilə bağladığı 14 oktyabr 2014cü il tarixli, ********* saylı müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə həmin kredit müqaviləsinin şərtlərinə uyğun olaraq iddiaçıya müqavilə müddətinin sonuna əsas borc qismində 378,17 ABŞ dolları əsas, 83,23 ABŞ dolları faiz, 619,03 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 50,15 ABŞ dolları faiz borcu olmaqla, cəmi 1130,58 ABŞ dolları məbləğində borcunun yaranması təsdiq olunur. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, kredit müqaviləsindən irəli gələn dəbbə pulu tələbi tənasübsüz surətdə yüksək olduğundan azaldılaraq 50 ABŞ dolları məbləğində saxlanılmalıdır. Beləliklə, məhkəmə mülki işin yuxarıda sadalanan hallarını nəzərə alaraq, hesab edir ki, Cavabdeh 14 oktyabr 2014-cü il tarixli, ********* saylı müqavilə üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə həmin müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 378,17 ABŞ dolları əsas, 83,23 ABŞ dolları faiz, 50 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 50,15 ABŞ dolları faiz borcu borcu olmaqla, cəmi 561.55 ABŞ dolları məbləğində pul vəsaitini iddiaçı təşkilatın xeyrinə ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 39 (otuz doqquz) manat 22 qəpik dövlət rüsumu Cavabdeh aid edilməklə iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 14 oktyabr 2014-cü il tarixli, ********* saylı kredit müqaviləsi üzrə 378,17 ABŞ dolları əsas, 83,23 ABŞ dolları faiz, 50 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 50,15 ABŞ dolları faiz borcu olmaqla, cəmi 561 (beş yüz altımış bir) ABŞ dolları 55 sent borc (ödəniş günü Azərbaycan Respublikasının manatına məzənnəsi ilə) və dövlət rüsumuna görə 39,22 manat məbləğində pul tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Firdovsi Əliyev
Məhkəmə qərarları › İş №e-2(050)-607/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-607/2023
14.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver