Məhkəmə qərarları › İş №e-2(050)-608/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-608/2023

05.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-608/2023 05.05.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi, Cavabddehlər Cavabdeh1, Cavabdeh3 iştirakları ilə. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı kredit borcu tələbinə dair mülki işə Masallı rayon məhkəməsinin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh3 28198,87 manat əsas, 4213,02 manat faiz və 265,20 manat cərimə, cəmi 32677,09 manat borc və 185 manat ödənilmiş dövlət rüsumu tələb etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh3 ilə İddiaçı ASC arasında bağlanmış 22 fevral 2022-ci il tarixli Nağd pul lahiyəsi müqaviləsinə əsasən bank borcluya 36 ay müddətinə, illik 24 faiz olmaqla 30000 manat kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ASC üzərinə götürdüyü öhdəliyi tam icra etsə də, Cavabdeh3 müqavilələrin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini mütəmadi olaraq gecikdirmiş, bank tərəfindən ona dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, banka olduğu borcu qaytarmamış, Cavabdeh3 öz öhdəliyini icra etməməsi nəticəsində İddiaçı ASC-yə 28198,87 manat əsas, 4213,02 manat faiz və 265,20 manat cərimə, cəmi 32677,09 manat borcu yaranmışdır. Bundan başqa Cavabdeh1 Muhacir oğlu zamin kimi, Cavabdeh3 ilə birgə məsuliyyət daşıyır. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, elektron qaydada ərizə yazaraq, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh3 ilə məhkəmə iclasında iddianı etiraf edərək ərizə təqdim etmiş, borcunu hissə-hissə ödəyəcəyini, zamin Cavabdeh2 Mirzəğa qızının vəfat etməsini bildirmişdir. Cavabdeh və zamin Cavabdeh1 oğlu ilə məhkəmə iclasında iddianı etiraf edərək ərizə təqdim etmiş, borcunu hissə-hissə ödəyəcəyini, zamin Cavabdeh2 Mirzəğa qızının vəfat etməsini bildirmişdir. Məhkəmə iş materiallarında olan aşağıda göstərilən sübutları tədqiq etmişdir: Cavabdeh3 arasında kredit müqaviləsi bağlanmış, kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh3 bank tərəfindən 30000 manat pul ayrılmış, həmin müqavilənin şərtlərinə görə Cavabdeh3 36 ay ərzində illik 24% ödəmək şərti ilə kreditin əsas məbləğini və ona hesablanmış faizləri qrafik üzrə ödəməyi öhdəsinə götürmüşdür. Kassa məxaric orderinin surətindən görünür ki, İddiaçı ASC Cavabdeh3 30000 manat məbləğində pul vermişdir. Ödəniş qəbzindən görünür ki, İddiaçı ASC məhkəmədə iddia qaldırılması üçün 265,20 manat dövlət rüsumu ödəmişdir. Borcun ödənilməsi barədə xəbərdarlığın surətindən görünür ki, İddiaçı ASC Cavabdeh3 banka olan kredit borcunu vaxtında qaytarmadığı halda məhkəməyə müraciət ediləcəyini, yaranmış borcun və ona hesablanmış faiz və cərimələrin ödəməsi barədə məlumat verilmişdir. Maliyyə arayışından görünür ki, Cavabdeh3 adına "xxxx" ASC-yə 23 yanvar 2022-ci il tarixə 28198,87 manat əsas, 4213,02 manat faiz və 265,20 manat cərimə, cəmi 32677,09 manat borc hesablanmışdır. Masallı rayon məhkəməsinin 05 may 2023-cü il tarixli, 2(050)-608 nömrəli qərardadı ilə cavabdeh olan zamin Cavabdeh2 vəfat etdiyi və prosessual hüquqi varisliyə yol verilmədiyi üçün, ona münasibətdə iddiaya hissəvi xitam verilmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi əsaslıdır. İşin hallarına əsasən Cavabdeh3 ilə İddiaçı ASC arasında bağlanmış 22 fevral 2022ci il tarixli Nağd pul lahiyəsi müqaviləsinə əsasən bank borcluya 36 ay müddətinə, illik 24 faiz olmaqla 30000 manat kredit verilməsi, Cavabdeh3 müqavilələrin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini mütəmadi olaraq gecikdirməsi və öz öhdəliyini icra etməməsi nəticəsində İddiaçı ASC-yə 28198,87 manat əsas, 4213,02 manat faiz və 265,20 manat cərimə, cəmi 32677,09 manat borcunun yaranması iş materiallarında olan mötəbər və təkzibolunmaz sübutlarla müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 465.1.-ci maddəsinə görə əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 472.1.-472.3.-cü maddələrinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər üzrə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Göstərilən maddi hüquq normalarını məhkəmə iddianın qanuni əsası kimi tətbiq edərək qeyd edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış, Cavabdeh3 üçün müqavilə əsasında borclu kimi mülki hüquq və vəzifələr yaranmışdır. O, kredit müqaviləsi üzrə ona edilən xəbərdarlıqlara baxmayaraq müqavilə öhdəliklərini layiqincə yerinə yetirməmiş, bunun da nəticəsində borc yaranmışdır. Ona görə də iddia tələbi əsaslıdır. Həmçinin zamin Cavabdeh1 onunlıa birlikdə birgə məsuliyyət daşıyır. Məhkəmə öhdəliyin bitmə tarixinə ödənilməli olan əsas borcun məbləğini müzakirə edərək qeyd edir ki, 23 yanvar 2022-ci il tarixə 28198,87 manat əsas, 4213,02 manat faiz və 265,20 manat cərimə, cəmi 32677,09 manat borc təşkil etidiyindən, həmin məbləğ hissəsində iddiaçı tələbində haqlıdır. Ona görə də həmin məbləğdə borc cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla və sənədlərlə əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 28198,87 manat əsas, 4213,02 manat faiz və 265,20 manat cərimə, cəmi 32677,09 manat və 189 manat ödənilmiş dövlət rüsumu müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar