Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-619/2023 07.03.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 19 aprel 2021-ci il tarixli, GTKR3586131A299 saylı kredit müqaviləsinə əsasən 4395,67 manat əsas, 851,49 manat faiz, cəmi 5247,16 manat məbləğində borcun; 19 aprel 2021-ci il tarixli, BBLK3586135A299 saylı kredit kartına dair müqaviləyə əsasən 1074,24 manat əsas, 272,28 manat faiz, cəmi 1346,52 manat borcun və ödənilmiş 85,94 manat dövlət rüsumunun tutulması barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış GTKR3586131A299 saylı kredit müqaviləsinə əsasən ona kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış BBLK3586135A299 saylı kredit kartına dair müqaviləyə əsasən ona kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış kredit müqaviləsi, kredit borcuna dair maliyyə arayışı, kassa məxaric qəbzi və balansdankənar məxaric orderidir. Nəticədə cavabdehin xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə GTKR3586131A299 saylı kredit müqaviləsinə əsasən 4395,67 manat əsas, 851,49 manat faiz, cəmi 5247,16 manat borcu; BBLK3586135A299 saylı kredit kartına dair müqaviləyə əsasən 1074,24 manat əsas, 272,28 manat faiz, cəmi 1346,52 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma), borcun qaytarılması təmin edilməmişdir. İddiaçının nümayəndəsi ərizə il məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddianı qəbul edərək, göstərdi ki, götürdüyü kreditə görə İddiaçı ASC-yə borcu var. Borcun vaxtlı-vaxtında ödənilməməsinə səbəb maddi imkanının olmaması olmuşdur. Sonda Cavabdeh göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, cavabdehin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə sübuta yetirmişdir. İş materiallarında olan: xx.xx.2021-ci il tarixli, GTKR3586131A299 saylı kredit müqaviləsidən görünür ki, İddiaçı ASC Cavabdeh illik 27 % dərəcəsi ilə 35 ay müddətinə 6200 manat məbləğində kredit verməyi, cavabdeh isə müqavilə üzrə müəyyən edilmiş müddətdə kredit ödənişlərini (əsas və faizi ilə birlikdə) ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2021-ci il tarixli, BBLK3586135A299 saylı hesab, kart, kredit üzrə müqavilədən görünür ki, İddiaçı ASC Cavabdeh illik 25 faiz dərəcəsi ilə xx.xx.2024-cü il tarixədək 1250 manat məbləğində kredit xətti açmağı, cavabdeh isə müqavilə üzrə müəyyən edilmiş müddətdə kredit ödənişlərini (əsas və faizi ilə birlikdə) ödəməyi öhdəsinə götürmüşdür. 26 yanvar 2023-cü il tarixli, 15/360 saylı maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixə GTKR3586131A299 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 4395,67 manat əsas, 851,49 manat faiz, cəmi 5247,16 manat; BBLK3586135A299 saylı kredit kartına dair müqaviləyə əsasən 1074,24 manat əsas, 272,28 manat faiz, cəmi 1346,52 manat borcu var. Göründüyü kimi cavabdeh kredit müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməyərək, nəticədə İddiaçı ASC-yə ödənilməli olan əsas borcu və borca görə hesablanmış faizləri ödəməmişdir. Halbuki, xx.xx.2021-ci il tarixli, GTKR3586131A299 saylı və xx.xx.2021-ci il tarixli, BBLK3586135A299 saylı müqavilələrə əsasən Cavabdeh ona ayrılmış krediti və həmin məbləğə hesablanmış faiz ödənişlərini vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı ASC-dən aldığı kredit üzrə əsas borcu və müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin, buna baxmayaraq, o, müqavilələr üzrə öhdəliklərini tam icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini lazımı qaydada yerinə yetirməmişdir. Beləliklə, məhkəmə işin faktiki hallarını qeyd olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, Cavabdeh xx.xx.2021-ci il tarixli, GTKR3586131A299 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC-yə 4395,67 manat əsas, 851,49 manat faiz, cəmi 5247,16 manat; xx.xx.2021-ci il tarixli, BBLK3586135A299 saylı kredit kartına dair müqaviləyə əsasən 1074,24 manat əsas, 272,28 manat faiz, cəmi 1346,52 manat pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətə ödənilməlidir. Həmçinin, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 85,94 manat dövlət rüsumu cavabdehə aid edilməklə iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nın 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli, GTKR3586131A299 saylı kredit müqaviləsinə əsasən 4395,67 manat əsas, 851,49 manat faiz, cəmi 5247,16 manat; xx.xx.2021-ci il tarixli, BBLK3586135A299 saylı kredit kartına dair müqaviləyə əsasən 1074,24 manat əsas, 272,28 manat faiz, cəmi 1346,52 manat və dövlət rüsumu qismində ödənilmiş 85,94 manat pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №e-2(050)-619/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-619/2023
07.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver