Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-624/2024 05.03.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh2 iştirakları ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Əmanətlərin Sığortalanması Fondunun hüquq departamentinin direktoru Azər Əmirov iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 9162,15 manat, bundan 4043,39 manat əsas, 3047,38 manat faiz, 1495,14 manat cərimə, kredit müqaviləsi bitəndən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 576,24 manat faiz borcu və ödənilmiş 111,63 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq ləğv prosesində olan “DəmirBank“ ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Masallı filialı ilə Cavabdeh2 arasında bağlanmış 3198 nömrəli kredit kartın verilməsi və istifadəsi üzrə müqaviləyə əsasən cavabdeh üçün xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixinədək 5000 (beş min) manat məbləğində kredit xətti açılmışdır. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə bank arasında ZM-3198 nömrəli xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Daha sonra bankla tərəflər arasında 01 nömrəli xx.xx.2017-ci il tarixli əlavə saziş bağlanmışdır. Əlavə sazişə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin cəmi qalığı 6134.44 manat təşkil etmişdir. Kreditin müddəti bu əlavə saziş imzalandığı tarixdən xx.xx.2021-ci il tarixədək uzadılmışdır. Kredit üzrə borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 17 % ödənilməli idi. Müqaviləyə əsasən müştəri kredit xətti üzrə ödənişləri gecikdirdikdə, o cümlədən hesablanmış faizləri, cəriməni və ya komissiya haqlarını vaxtında ödəmədikdə bank yaranan borc məbləğini bu müqavilənin 3.7-ci maddəsində göstərilən digər təminat hesabına banka qaytarılmasını təmin etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2023-cü il tarixə Cavabdeh2 kredit üzrə cəmi borcu 9162,15 manat təşkil edir. Bundan 4043,39 manat əsas, 3047,38 manat faiz, 1495,14 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenumqərarına əsasən hesablanmış 576.24 manat faiz borcu təşkil edir. Məhkəmə iclası zamanı iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclası zamanı iddianı qismən qəbul edərək izahatında göstərdi ki, İddiaçı ASC-dən 19 dekabr 2014-cü il tarixdə 5000 manat kredit götürmüş və 27 yanvar 2017ci il tarixə kreditin qalıq məbləği 6134.44 manat təşkil etmişdir. xx.xx.2017-ci il tarixli əlavə sazişə əsasən kreditin müddəti xx.xx.2021-ci il tarixədək uzadılmışdır. Sonradan ona məxsus avtotəmir sexi içərisində olan müxtəlif şəxslərə məxsus avtomobillərlə birlikdə yanmış və ona küllü miqdarda zərər dəymişdir. Bu səbəbdən də hazırda maddi vəziyyəti çox ağırdır. Eyni zamanda ondan tələb olunan cərimə də həddən artıq çoxdur. Göstərilənləri nəzərə alaraq məhkəmədən ədalətli qətnamə qəbul edilməsini xahiş etdi. Digər Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh M.Qurbanovun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını hər tərəfli araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci madəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Məhkəmə araşdırması zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə qismən sübuta yetirmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş: 19 dekabr 2014-cü il tarixli, 3198 saylı kredit kartını verilməsi və istifadəsi üzrə müqaviləsindən görünür ki, İddiaçı ASC Cavabdeh2 12 ay müddətinə, illik 27 faiz dərəcəsi ilə, 5000 manat məbləğində kredit xətti açır və həmin məbləğ kredit xəttinin limiti kimi müəyyən edilir. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 19 dekabr 2014-cü il tarixli, ZM-3198 saylı zaminlik müqaviləsindən görünür ki, zamin 19 dekabr 2014-cü il tarixli, 3198 nömrəli kredit müqaviləsi üzrə borclu Cavabdeh2 bank qarşısında olan öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 27 yanvar 2017-ci il tarixli, 01 nömrəli əlavə sazişdən görünür ki, 19 dekabr 2014-cü il tarixli, 3198 kredit müqaviləsinə dəyişiklik olmuş və kreditin qalıq məbləği 6134,44 manat müəyyən edilərək illik 17 faiz dərəcəsi ilə müqavilənin müddəti xx.xx.2021-ci il tarixədək uzadılmışdır. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 27 yanvar 2017-ci il tarixli, 01 nömrəli əlavə sazişdən görünür ki, zamin Cavabdeh1 kredit müqaviləsinin müddətinin uzadılmasına dair şərtləri qəbul etmişdir. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 27 yanvar 2017-ci il tarixli KM033T01170058S01 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə 4043,39 manat əsas, 3047,38 manat faiz, 1495,14 manat cərimə, kredit müqaviləsi bitəndən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 576,24 manat faiz borcu olmaqla, cəmi borcu 9162,15 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 739-cu maddəsinin tələbinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 427.3 maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Beləliklə işdə olan sübutlarla Cavabdeh2 "xxxx" ASC ilə bağladığı 19 dekabr 2014-cü il tarixli, 3198 saylı müqavilə və 27 yanvar 2017-ci il tarixli əlavə sazişlə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə həmin kredit müqaviləsinin şərtlərinə uyğun olaraq iddiaçıya müqavilə müddətinin sonuna əsas borc qismində 4043,39 manat əsas, 3047,38 manat faiz, 1495,14 manat cərimə, kredit müqaviləsi bitəndən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 576,24 manat faiz borcu olmaqla, cəmi 9162,15 manat məbləğində borcunun yaranması təsdiq olunur. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, kredit müqaviləsindən irəli gələn dəbbə pulu tələbi tənasübsüz surətdə yüksək olduğundan azaldılaraq 100 manat məbləğində saxlanılmalıdır. Beləliklə, məhkəmə mülki işin yuxarıda sadalanan hallarını nəzərə alaraq, hesab edir ki, Cavabdeh2 19 dekabr 2014-cü il tarixli, 3198 saylı müqavilə və 27 yanvar 2017-ci il tarixli əlvə saziş üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə həmin müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 4043,39 manat əsas, 3047,38 manat faiz, 100 manat cərimə, kredit müqaviləsi bitəndən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 576,24 manat faiz borcu borcu olmaqla, cəmi 7767.01 manat məbləğində pul vəsaitini iddiaçı təşkilatın xeyrinə ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0 və 477.0.4-cü maddələrinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə zaminlik müqaviləsini də nəzərdən keçirib hesab edir ki, zaminlik müqaviləsinin müddəti qurtardığından, kreditor zaminə qarşı bir il ərzində iddia irəli sürmədiyi üçün və bu səbəbdən də zaminlik müqaviləsinə xitam verildiyindən iddia tələbi Cavabdeh1 qarşı olan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı təşkilat tərəfindən ödənilmiş dövlət rüsumu Cavabdeh2 aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. X1 4043,39 manat əsas, 3047,38 manat faiz, 100 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 576,24 manat faiz borcu və dövlət rüsumuna görə 111,63 manat olmaqla, cəmi 7878 (yeddi min səkkiz yüz yetmiş səkkiz) manat 64 qəpik məbləğində pul tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Firdovsi Əliyev
Məhkəmə qərarları › İş №e-2(050)-624/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-624/2024
05.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver