Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-632/2023 07.07.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi ilə. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi barədə mülki işə, Masallı rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cəmi 9674,97 manat borc olmaqla – bundan 6651,96 manat əsas, 2833,49 manat faiz və AR MM-nin 445.7- ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 189,52 manat faiz borcu, iş üzrə ödənilmiş 117 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 54 manat rüsumun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutulması; Tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan Masallı şəhəri, Dadva yaşayış massivində 0.04 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 256,8 kv.m olan fərdi yaşayış evinə yönəlməsi; Əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması; Satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutulması; İpoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan 1 ay sonra boşaldılması tələbinə dair barədə məhkəmədə iddia qaldırmışdır. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Lənkəran filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 08/0493/KBK saylı Kredit müqaviləsinə əsasən borcalana 36 ay müddətinə illik 23 faiz dərəcəsi ilə 10000 manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2016-cı il tarixli RX seriyalı ******* nömrəli çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus Masallı şəhəri, Dadva yaşayış massivində 0.04 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 256,8 kv.m olan fərdi yaşayış evi ipotekaya qoyulmuş və bu barədə bank ilə ipoteka qoyan arasında 29 yanvar 2019-cu il tarixli 08/0493/KBK saylı İpoteka müqaviləsi bağlanmışdır. Borcalan Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə Bank arasında 29 yanvar 2019-cu il tarixli üç tərəfli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 3.1.5-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə **********136 saylı xx.xx.2021-ci il tarixli bildirişin göndərilməsinə baxmayaraq, cavabdehlər banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdirlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2022-ci il tarixinə Cavabdeh2 kredit üzrə cəmi borcu 9674,97 manat təşkil edir. Bundan 6651,96 manat əsas, 2833,49 manat faiz və və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün faiz məbləği 189,52 manat borcu təşkil edir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1.3-cü maddəsinə və tərəflər arasında bağlanılmış İpoteka müqaviləsinin 8.1-ci bəndinə əsasən Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Qeyd edilən hüquq normalarının tələblərinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi tədbiri kimi Bank tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2-ci maddəsinn tələblərinə uyğun olaraq ipoteka qoyanlara bildiriş göndərilmiş və həmin bildirişlərin müvafiq qaydada Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində qeydiyyatdan keçirilməsi təmin edilmişdir. Odur ki, məhkəməyə müraciət olunaraq kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunur. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəməyə gəlməmiş, lakin nümayəndəsi Nümayəndə ərizə ilə müraciət edərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəblərini bildirməmişdir. Odur ki, məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Həmin maddəyə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazimi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: 29 yanvar 2019-cu il tarixli, 08/0493/KBK saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC X2 36 ay müddətinə illik 23 faiz dərəcəsi ilə 10000 manat məbləğində kredit verilmişdir. 29 yanvar 2019-cu il tarixli 08/0493/KBK saylı ipoteka müqaviləsindən görünür ki, kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 ilə 29 yanvar 2019-cu il tarixdə ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqavilə əsasında Masallı rayonu, Dadva yaşayış massivində Masallı şəhəri, Dadva yaşayış massivində 0.04 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 256,8 kv.m olan fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. 29 yanvar 2019-cu il tarixli 08/0493/KBK saylı zaminlik müqaviləsindən görünür ki, kredit müqaviləsi üzrə əsas borclunun öhdəliklərinin icrasını təmin еtmək məqsədilə zamin Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanmışdır. 29 yanvar 2019-cu il tarixli X1 notariat ofisinə verdiyi ərizəsindən görünür ki, əri Cavabdeh2 məxsus (qeydiyyat **********), RX №0890387 reyestrinə əsasən Masallı şəhəri, Dadva yaşayış massivi ünvanında yerləşən 0.04 ha torpaq sahəsinin və onun üzərində yerləşən ümumi sahəsi 256.8 KV.M olan fərdi yaşayış evinin "xxxx" ASC-nin Lənkəran filialından götürülən kreditin (qarantiyanın) təminatı kimi həmin banka ipotekaya qoyulmasına etiraz etmir. İpoteka müqaviləsinin şərtləri ilə tanışdır və banka olan əsas, faiz və digər borcları ödənilmədiyi təqdirdə tutmanın həmin əmlaka yönəldilməsinə razıdır və bu halda bankın tələbinə əsasən əmlakı könüllü boşaltmağı öhdəsinə götürmüşdür. Kredit borcunun ödənilməsinə və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydiyyata alınması barədə ərizədən görünür ki, ipoteka saxlayan LPO İddiaçı ASC tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.3-cü maddəsinin tələblərinə uyğun olaraq xx.xx.2022-ci il tarixdə kredit borcunun ödənilməsinə və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydiyyata alınması barədə ərizə göndərilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsi tərəfindən Seriya RX ******* saylı çıxarışından görünür ki, Masallı şəhəri, Dadva yaşayış massivində 0.04 ha xüsusi mülkiyyətli torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi Cavabdeh2 kredit öhdəliyinin icrasını təmin etmək üçün İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. Kredit borcunun ödənilməsinə dair və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdən görünür ki, "xxxx" ASC tərəfindən cavabdeh - ipoteka qoyan Cavabdeh2 kredit müqaviləsi üzrə banka olan borc tələb olunmuş, əks təqdirdə kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə məlumat verilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizədən görünür ki, Elektron Xidmətlər Portalı vasitəsi ilə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşmmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsinə təqdim olunmuşdur və həmin idarədə qeydiyyata alınmışdır. Elektron qəbzlərdən görünür ki, Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 15 manat dövlət rüsumu və 39 manat xidmət haqqı ödəmişdir. Əsas borclu Cavabdeh2 və zamin Cavabdeh1 ünvanlanmış məktubdan görünür ki, borcun ödənilməsi barədə onlara bildiriş göndərilmiş, əks halda məhkəməyə müraciət ediləcəyi barədə məlumat verilmişdir. Maliyyə arayışından görünür ki, Cavabdeh2 adına 25 avqust 2022-ci il tarixinə 6651.96 manat əsas, 2833.49 manat faiz, 189.52 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği olmagla, cəmi 9674.97 manat borc hesablanmışdır. Bank qəbzindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəmədə iddia qaldırılması üçün 117 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin 14 may 2020-ci il tarixli 2- 3 (103)-131/2020 saylı qərarının surətindən görünür ki, Mərkəzi Bankın xx.xx.2020-ci il tarixli qərarı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə bank fəaliyyətlərinin həayata keçirilməsi üçün verilmiş lisenziya ləğv edilmiş, Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin 14 may 2020-ci il tarixli 2-3(103)-131/2020 saylı qərarına əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyəti müflis elan edilmiş, Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondu ləğvedici təyin edilmişdir. "xxxx" MMC-nin 26 aprel 2023-cü il tarixli qiymətləndirmə barədə mütəxəssis rəyindən görünür ki, ipoteka predmeti olan evin bazar qiyməti 48000 manat, likvid qiyməti 38400 manat təşkil edir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia əsaslıdır. Azərbaycan Respubikası Mülki Məcəllənin 317.1. 317.2.-ci maddələrinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Azərbaycan Respubikası Mülki Məcəllənin 319.1. və 319.4.-cü maddələrinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 445.2. maddəsinə əsasən aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: -öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; -icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Həmin Məcəllənin 445.7.-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.1.-ci maddəsinə əsasən ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 34.1.-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: - 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; -34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; -34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. Həmin Qanunun 41.1-41.2-ci maddələrinə görə ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Göstərilən maddi hüquq normalarını məhkəmə iddianın qanuni əsası kimi tətbiq edərək qeyd edir ki, tərəflər arasında etibarlı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə əsas borclu Cavabdeh2 və borc məbləğinin təminatçısı kimi cavabdeh olan zamin Cavabdeh1 üçün həmin müqavilələr əsasında birgə borclu kimi mülki hüquq və vəzifələr yaranmışdır. Kredit müqavilələri üzrə ödəniş müddəti ötməsinə baxmayaraq, onlar öhdəliklərini layiqincə icra etməmişlər. Belə olan halda iddiaçı tərəfin borc məbləğlərini tələb etməklə, tələbin ipoteka ilə yüklü olunmuş əmlaka yönəldilməsini və hərracda satılmasını tələb etmək hüququ yaranmışdır. Məhkəmə ödənilməli olan borc məbləğlərini müzakirə edərək qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən 6651.96 manat əsas, 2833,49 manat faiz, gecikdirilmiş vaxt üçün illik 5 faiz hesablanmaqla 117 manat borc yaranmışdır. Bundan başqa tələb tutma ipoteka ilə yüklü edilmiş Masallı rayonu, Dadva yaşayış massivində 0,04 ha xüsusi mülkiyyətli torpaq sahəsində yerləşən ümumi sahəsi 256,80 kv.m olan fərdi yaşayış evinə yönəldilməli, həmin torpaq sahəsi və ev hərracdan satılmalı və hərracda ilkin satış (likvid) qiyməti 38400 manat müəyyən olunmalıdır. Bundan əlavə məhkəmə evə tutma yönəldildikdən və satıldıqdan sonra Cavabdeh2 həmin fərdi yaşayış evinin bоşaldılması tələbinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikasının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3.-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: -59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya -59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Göründüyü kimi, Qanuna əsasən tələb evə yönəldikdən və satıldıqdan sonra, ev boşaldılmalıdır. Məhkəmə hərracdan əldə olunmuş vəsatin borcun ödənilməsinə kifayət etmədiyi halda, qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulması tələbinə münasibətdə qeyd edir ki, həmin hissədə iddia əsaslı hesab olunmalıdır. Belə ki, borc məbləğinin tam ödənilməsi üçün, hərracdan əldə olunmuş vəsait kifayət etmədikdə, icra tədbirləri davam etdirilməlidir. Bundan başqa məhkəmə xərcləri ilə bağlı ödənilmiş ipoteka bildirşinin qeydə alınmasına görə 15 manat rüsum və xidmət haqqı 39 manat, habelə 117 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla, tərəflərin verdiyi izahatlarla əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 6651.96 manat əsas borc, 2833.49 manat faiz borcu və gecikdirilmiş vaxt üçün illik 5 faiz hesablanan 189.52 manat faiz borcu, cəmi 9674,97 manat borc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 117 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 54 manat dövlət rüsumu alınaraq iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Tələb Cavabdeh2 mülkiyyətində olan Masallı şəhəri, Dadva yaşayış massivində 0.04 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 256.8 kv.m olan fərdi yaşayış evinə yönəldilsin, həmin torpaq sahəsi və ev hərracda satılsın və borc ipoteka predmetinin hərracdan satışdan əldə olunan vəsait hesabına Ləğv prosesində olan "xxxx" ASC-yə ödənilsin. Hərracda əmlakın ilkin satış qiyməti 38400 manat müəyyən edilsin. Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutulsun. Cavabdeh2 mülkiyyətində olan Masallı şəhəri, Dadva yaşayış massivində 0.04 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 256.8 kv.m olan fərdi yaşayış evinə tutma yönəldildikdən və satıldıqdan sonra ev boşaldılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №e-2(050)-632/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-632/2023
07.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver