Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-658/2025 26.02.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ziyan tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində ona məxsus olan “Mersedes Benz E-220” markalı **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin 685 (altı yüz səksən beş) manatın, dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat məbləğin Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə saat 12 radələrində özünə məxsus olan və idarə etdiyi “Mersedes Benz E220” markalı **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobillə öz işlərinin dalınca gedəkən Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsindən keçən zaman sola dönmək üçün işıqları yandırmış və həmin işıqla təxminən 50 metr irəli gedib dayanmış və sola dönmək istəyərkən avtomobilin sol arxa qapısına və qabaq sol qapısına moped dəyərək aşmışdır. Sonradan ona məlum olmuşdur ki, mopedi idarə edən şəxs vətəndaş Cavabdehdur. Hadisə ilə bağlı məhkəməyol-nəqliyyat hadisələri üzrə ekspertiza təyin edilmiş və ekspertizanın 8/1869 nömrəli xx.xx.2023-cü il tarixli rəyi ilə müəyyən edilmişdir ki, “Mersedes Benz” markalı **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü İddiaçı hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərin tədqiqi xüsusi texniki bilik tələb etmir. Mooh markalı mopedin sürücüsü Cavabdeh hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Bakı şəhəri Nizami rayon X2 Şöbəsinin xx.xx.2023-cü il tarixli İnzibati Tənbeh vermə haqqında TP ******* nömrəli qərarı ilə Cavabdeh tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.4.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmiş və barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Ona məxsus avtomobilə dəymiş zərərin müəyyən edilməsi üçün Avtomobilin qüsur aktı tərtib edilmişdir. “Mersedes Benz E-220” markalı **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər “MY AUTO SERVİS” tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş Avtomobilin qüsur Aktı ilə 685 (altı yüz səksən beş) manat müəyyən edilmişdir. Yol-nəqliyyat hadisəsi Cavabdeh təqsirli hərəkəti üzündən baş vermişdir. Cavabdeh törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində onun avtomobilinə vurduğu zərərlə bağlı Cavabdeh 16 dekabr 2024-cü il tarixdə poçt vasitəsilə Pretenziya (xəbərdarlıq) göndərmiş və dəymiş zərəri 5 gün ərzində ödəməsini təklif etmişdir. Uzun müddət keçməsinə baxmayaraq, Cavabdeh tərəfindən vurduğu zərərin ödənilməsi üçün bu günə qədər hər hansı bir hərəkət edilməmişdir. Cavabdeh tərəfindən mülki hüquq pozuntusu (delikt) törədilmişdir. Məhkəmə Cavabdeh törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində ona məxsus olan “Mersedes Benz E-220” markalı **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin 685 (altı yüz səksən beş) manatın, dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat məbləğin Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul etməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçını dinələyərək, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AC№671936 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, Mersedes Benz E-220 CDİ Minik” markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi İddiaçıdur. “My avto servis”in arayışdan görünür ki, “Mersedes Benz E-220” markalı **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş zərərin ümumi məbləği 685 manat müəyyən edilmişdir. Nizami RPİ-nin TŞ-nin 31 iyul 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, “Mooh” markalı mopedin sürücüsü Cavabdeh əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, “Mooh” markalı mopedin sürücüsü Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.4-cü maddəsinin tərkibi olduğundan inzibati qaydada tədbir görülməsi üçün qərarın sürəti Nizami RPİ-nin DYPŞ-nə göndərilmişdir. Nizami Rayon DYPŞ-nin 11 avqust 2023-cü il tarixli, TP5909953 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh 09 iyun 2023-cü il tarixdə, saat 12:00-da Nəsimi küçəsi ərazisində velosipedçilər və moped idarə edən şəxlər tərəfindən yol nişanlarının və ya yolun hərəkət hissəsinin nişanlanması tələblərini pozmuşdur. Cavabdeh Azərbaycan Respublikasının İnzibati xətalar Məcəlləsinin 338.4.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür 1096-cı maddəsinə görə isə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Yuxarıda göstərilən maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Yuxarıda göstərilən maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdehin təqsirindən 09 iyun 2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının mülkiyyətində olan “Mersedes Benz E220” markalı **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobilə 685 manat məbləğində zərər dəymiş, dəymiş zərər iddiaçıya ödənilməmiş, iddiaçı məcbur olub hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 685 manat ziyan və 30 manat ödənilmiş dövlət rüsumu məbləğində pul vəsaiti alınaraq İddiaçı verilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 685 manat məbləğində ziyan pulu və 30 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. X1
Məhkəmə qərarları › İş №e-2(050)-658/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-658/2025
26.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver