Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-723/2023 12.04.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi ilə. İddaçı İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi və borc pul tələbinə dair mülki işə Masallı rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddaçı İddiaçı ASC məhkəmədə iddia qaldıraraq bank ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, ******* saylı kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməklə Cavabdeh 4889.17 manat əsas borc, 411.53 manat faiz borcu, cəmi 5300.70 manat borc və ödənilmiş 73.41 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, ******* saylı kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 36 ay müddətinə illik 15 faiz dərəcəsi ilə 5000 manat məbləğində kredit verilmişdir. Lakin borclu kredit müqaviləsinin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən yayınmış, nəticədə borclunun banka xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 4889.17 manat əsas borc, 411.53 manat faiz borcu, cəmi 5300.70 manat məbləğində kredit borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh banka olan borcunu ödəmədiyindən məhkəməyə iddia ərizəsi ilə müraciət edilmişdir. İddiaçı ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq gəlməmiş, lakin iddiaçı təşkilatın nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək mülki işə iddiaçının iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni nəzərə alıb, işə iddiaçı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəblərini bildirməmişdir. Odur ki, məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən Cavabdehnın iştirakı olmadan baxılmasını mümkün hesab edir. Həmin maddəyə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazimi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: xx.xx.2022-ci il tarixli, ******* saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdehna 36 ay müddətinə illik 15 faiz dərəcəsi olmaqla 5000 manat məbləğində kredit verilmişdir. Maliyyə arayışından görünür ki, Cavabdehnın adına İddiaçı ASC-nə 24 may 2025-ci il tarixədək 4889.17 manat əsas borc, 411.53 manat faiz borcu, cəmi 5300.70 manat borc hesablanmışdır. Pretenziyanın surətindən görünür ki, borcun ödənilməsi barədə İddiaçı ASC tərəfindən Cavabdeh bildiriş göndərilmiş, borc ödənilmədiyi halda məhkəməyə müraciət ediləcəyi barədə məlumat verilmişdir. Qəbzdən görünür ki, İddiaçı ASC məhkəmədə iddia qaldırılması üçün ümumlikdə 73.41manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi əsaslıdır. İşin faktiki hallarına əsasən tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, ******* saylı kredit müqaviləsi əsasında cavabdehə 36 ay müddətinə, illik 15 faiz dərəcəsi ilə 5000 manat məbləğində kredit vəsaitinin verilməsi, eləcə də borclu Cavabdeh öhdəliyini layiqincə yerinə yetirilməyərək 24 may 2025-ci il tarixədək banka 4889.17 manat əsas borc, 411.53 manat faiz borcu, cəmi 5300.70 manat məbləğində kredit borcunun yaranması iş materiallarında olan mötəbər və təkzibolunmaz sübutlatla təsdiq olunur. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə çəkişmə prinsipinə riayət edərək təqdim olunmuş ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Cavabdeh məkəmə iclasına gəlməmiş, məhkəmə qətnaməni Azərbaycan Respublikası MPM-in 185.5.-ci maddəsinə əsasən çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətlədirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 447.1.-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə qeyd olunan maddi hüquq normalarını hazırkı məhkəmə mübahisəsinin hüquqi əsası olaraq tətbiq etməklə qeyd edir ki, cavabdeh kredit müqaviləsi üzrə borcun ödənilməsi müddəti başa çatdıqdan və öhdəliyin yaranmasından sonra ona edilən xəbərdarlıqlara baxmayaraq müqavilə öhdəliklərini layiqincə yerinə yetirməmiş, müqavilə öhdəliklərinin şərtlətini pozmuşdur. Ona görə də borclu olduğu məbləğ geri qaytarılmalıdır. Məhkəmə iddia tələbinə vaxtından əvvəl xitam verilməsi tələbinə münasibətdə qeyd edir ki, borc müqaviləsi iki tərəfli müqavilədir. Borclu müqavilə öhdəliklərini layiqincə yerinə yetirməmiş, əsas və faiz borc qismən icra edilmişdir. Belə olan halda iddiaçının kreditor olaraq öhdəliyin qalan hissəsinin icrasına marağı itmiş və müqavilə öhdəliyinin davam etməsindən imtina etməsində haqlı hesab olunmalıdır. Ona görə də müqavilə öhdəliklərinə vaxtından əvvəl xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 215.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, ******* saylı kredit müqaviləsi üzrə öhdəliklərə vaxtından əvvəl xitam verilsin. Cavabdeh 4889.17 manat əsas borc, 411.53 manat faiz borcu, cəmi 5300.70 manat kredit borcu və dövlət rüsumuna ödənilmiş 73.41 manat pul tutularaq İddiaçı ASC-nin hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №e-2(050)-723/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-723/2023
12.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver