Məhkəmə qərarları › İş №e-2(050)-76/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-76/2024

11.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-76/2024 11.03.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlu, iddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması tələbinə dair mülki işə, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" KB ASC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək Masallı Rayon Məhkəməsinin e-2(050)-1950/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh2 iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulmalı olan 1217,7 manat əsas, 137,44 manat faiz, 8,34 manat cərimə, cəmi 1363,48 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 34.04 manat məbləğində vəsaitin ödənilməsi barədə çıxarılmış məhkəmə qətnaməsi üzrə zamin Cavabdeh1 ilə müştərək qaydada "xxxx" KB ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, borcalan Cavabdeh2 istehlak məqsədləri üçün 36 ay müddətinə illik 28% ödəmək şərtilə 2000 AZN məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Bundan başqa Cavabdeh1 “Zamin” kimi “Borcalan”ın yuxarıda qeyd olunan kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə, müqavilə üzrə müəyyən edilmiş əsas borc, kreditdən istifadəyə görə faiz borcları, “Borcalan”ın öhdəliklərinin yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində əmələ gələn dəbbə pulu, vurulmuş zərərin əvəzi, borc tutulması üzrə məhkəmə xərcləri və digər xərclərin ödənilməsini öhdəsinə götürmüşdür. Lakin Borcalan və Zamin müqavilə şərtlərini pozaraq dövri оlaraq ödənilməli kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar heç bir fayda verməmişdir və "xxxx" KB ASC Borcalana qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Masallı Rayon Məhkəməsinin e-2(050)-1990/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə bankın iddia tələbi təmin edilərək Cavabdeh2 xx.xx.2021-ci il tarixli 549nkLKN/21 saylı kredit müqaviləsinə əsasən 1217.7 manat əsas, 137.44 manat faiz, 8.34 manat cərimə, cəmi 1363.48 m manat borc və dövlət rüsumu olaraq ödənilmiş 34.04 manat pulun tutularaq "xxxx" KB ASC-yə ödənilməsi qət edilmişdir. Cavabdeh2 və Cavabdeh1 Azərbaycan Respublikası MPM-in 284-5.2-ci maddəsinə əsasən iddiaya qarşı əsaslandırılmış etirazlarını göndərmək barədə məlumat verilməsinə baxmayaraq, iddaya qarşı etirazlarını məhkəməyə göndərməmişlər. Masallı Rayon Məhkəməsinin 2(050)-1990/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh2 iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulmalı olan 1217,7 manat əsas, 137,44 manat faiz, 8,34 manat cərimə, cəmi 1363,48 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 34.04 manat məbləğində vəsait tutulmuşdur. xx.xx.2021-ci il tarixli 549nkLKN/21 saylı kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 ilə iddiaçı "xxxx" ASC arasında bağlanmış kredit müqaviləsinə əsasən, iddiaçı cavabdehə 36 ay müddətinə illik 28% ödəmək şərtilə 2000 AZN kredit vermişdir. Cavabdeh1 “Zamin” kimi “Borcalan”ın yuxarıda qeyd olunan kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə, müqavilə üzrə müəyyən edilmiş əsas borc, kreditdən istifadəyə görə faiz borcları, “Borcalan”ın öhdəliklərinin yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində əmələ gələn dəbbə pulu, vurulmuş zərərin əvəzi, borc tutulması üzrə məhkəmə xərcləri və digər xərclərin ödənilməsini öhdəsinə götürmüşdür. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh2 12 may 2023-cü il tarixinə kimi banka 1217,7 manat əsas borc, 137,44 manat faiz boru, 8,34 manat cərimə borcu, cəmi 1363,48 manat borcu yaranmışdır. İşdə olan bildirişin surətindən görünür ki, "xxxx" KB ASC Cavabdeh2 borcun ödənilmədiyi tədqirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki,"xxxx" KB ASC məhkəmədə iddia qaldırmaq üçün 34,04 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 465.1.-ci maddəsinə görə əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 470.1.,470.2. və 471-ci maddələrinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, habelə kredit müqaviləsinin qanuniliyini yoxlayaraq hesab edir ki, iş üzrə mübahisəli hal yoxdur, tərəflərin izahatlarının alınmasına zərurət yoxdur, ona görə də iddia təmin edilməlidir. İş materillarından göründüyü kimi "xxxx" ASC ilə əsas borclu Cavabdeh2 arasında kredit borcuna görə məhkəmə mübahisəsi olmuş, Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə əsas borclu Cavabdeh2 iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulmalı olan 1217,7 manat əsas, 137,44 manat faiz, 8,34 manat cərimə, cəmi 1363,48 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 34.04 manat məbləğində vəsait tutulması qət edilmişdir. Hazırki iddia üzrə isə məhkəmə qətnaməsi ilə tutulmuş cəmi 1363,48 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 34.04 manat məbləğin əsas borclu ilə yanaşı zamin Cavabdeh1 ilə müştərək qaydada tutulmasıdır. İş materiallarından göründüyü kimi Cavabdeh1 zamin kimi əsas borclu ilə birgə kredit müqavilə üzrə öhdəliklər götürmüşdür. Ona görə də zamin Cavabdeh1 əsas borclu Cavabdeh2 ilə birgə mülki hüquqi məsuliyyət daşıyır. Bu halda məhkəmə hesab edir ki, iddiaçı tələbində haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etrazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclaslında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 284-5.3.-cü maddəsinə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1.-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233, 284.1-285-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Masallı Rayon Məhkəməsinin e-2(050)-1950/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh2 iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulmalı olan 1217,7 manat əsas, 137,44 manat faiz, 8,34 manat cərimə, cəmi 1363,48 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 34.04 manat məbləğində vəsait zamin Cavabdeh1 ilə müştərək qaydada "xxxx" KB ASC-nin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Hakim: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar