Məhkəmə qərarları › İş №e-2(050)-808/2024

Masallı Rayon Məhkəməsi Qərardad — İş №e-2(050)-808/2024

24.01.2024 · Əmr icraatı - Əmlak tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № e-2(050)-808/2024 24.01.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlu, Tələbkar Borclu qarşı əmr icraatı qaydasında daxil olmuş ərizəsinin mümkünlüyünü yoxlayaraq müəyyən etdi: Tələbkar Borclu qarşı əmr icraatı qaydasında məhkəməyə ərizə ilə müraciət etmişlər. Ərizə və əlavə olunmuş sənədlərdən məlum olur ki, tərəflər arasında alient mübahisəsi ilə bağlı mülki iş üzrə 21 dekabr 2022-ci il tarixli, 2(050)-108/202 saylı icra sənədi Masallı rayon icra şöbəsinin icra məmuru Bəhruz İbayevin icraatındadır. Yazılmış ərizə icra məmurunun hərəkətləri ilə bağlı şikayət xarakterlidir. Belə olan halda, hazırkı ərizıyə mülki icraat qaydasında baxılması mümkün deyil. Ona görə də ərizənin icraata qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası MPM-nin 153.2.1.-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası MPM-nin 279.1.-ci maddəsinə əsasən məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından bu Məcəllənin 153-cü maddəsi ilə müəyyən edilmiş əsaslar olduqda imtina edir. Azərbaycan Respublikası MPM-nin 279.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz Yuxarıdakılara əsasən və MPM-in 153, 263-264, 267, 279-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: Tələbkar Borclu qarşı əmr icraatı qaydasında ərizəsinin icraata qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar