Məhkəmə qərarları › İş №e-2(050)-823/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-823/2025

06.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-823/2025 06.05.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Kərimli Famil Ələskər oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması nəticəsində hesablanmış 4204.80 manat dəymiş ziyanın, ödənilmiş 62.04 manat dövlət rüsumunun, cəmi 4266.84 manat məbləğində pul vəsaitinin tutularaq Lənkəran RQİİ-nin Kapital Bank ASC Lənkəran filialı Kod:200383 VÖEN **********, MH AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN:AZ90AİİB******************** saylı hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının dəlilləri: İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı Lənkəran X5 İdarəsinin Masallı rayonu üzrə Xidmət Sahəsində abonent kodu **********01960 olmaqla fasiləsiz təbii qazdan istifadə etmişdir. Cavabdeh İddiaçı İB tərəfindən tərib edilmiş xx.xx.2023-cü il tarixli ******* saylı aktın etibarsız hesab edilməsi və həmin akta görə yazılmış 4204.80 manat məbləğin silinməsi ilə bağlı Masallı rayon Məhkəməsində iddia qaldırmış, iddia Masallı Rayon Məhkəməsinin 2(050)-1085/2023 saylı qətnaməsi ilə rədd edilmişdir. Qətnamədən R.X3 Məhkəməsinə apellyasiya şikayəti vermiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(106)-413/2024 saylı qətnaməsi ilə şikayəti təmin edilməmişdir. Qeyd edilən qətnamələrin çıxarılmasına səbəb Lənkəran RQİİ-nin mütəxəssisləri tərəfindən Lənkəran RQİİ-nin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən Cavabdeh tərəfindən qaz sayğacına qanunsuz qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki, qeyriqanuni şəkildə təbii qazı talaması faktının aşkar edilməsi olmuşdur. Həmin akt qanuni formada tərtib edildiyindən həmin akt əsasında hesablanmış 4204,80 manat borc məhkəmə tərəfindən əsaslı hesab edilmiş, nəticədə cavabdeh tərəfindən İddiaçı İB-yə qeyd edilən məbləğdə maddi zərər vurulmuşdur. Sonradan cavabdeh həmin borcun azaldılması ilə bağlı məhkəməyə müraciət etmiş, Masallı Rayon Məhkəməsinin onun iddiası qismən təmin edilsə də, Şirvan Apellyasiya Məhkəməsinin qərardadı ilə işin icraatına xitam verilmişdir. İddiaçı İB-nə məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq, nümayəndəsi Nümayəndə məhkəmə iclasına gəlmmiş, ərizə ilə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, onun heç bir təqsiri olmamışdır. Onun barəsində çıxarılan qətnamələr düzgün deyildir. Hesablanmış borcun azaldılması ilə bağlı Masallı Rayon Məhkəməsinə müraciət etmiş, iddiası təmin edildə də, Şirvan Apellyasiya Məhkəməsinin qərardadı ilə artıq həmin işə məhkəmə qaydasında əvvəl baxılaraq qiymət verildiyindən işin icraatına xitam verilmişdir. O hazırda həmin qərardaddan Ali məhkəməyə şikayət vermiş, hazırda yekun qərar qəbul etməmişdir. O, heç vaxt qeyri-qanuni təbii qazdan istifadə etməmişdir. Odur ki, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: Belə ki, iş materiallarında olan: 30 oktyabr 2018-ci il tarixli, 26678 saylı müqavilənin surətindən görünür ki, İddiaçı Lənkəran X4 İdarəsi ilə Cavabdeh arasında bağlanmış “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı” barədə müqaviləyə əsasən “Paylayıcı” “İstehlakçı”nı təbii qazla təmin etməyi, “İstehlakçı” isə istifadə etdiyi təbii qazın dəyərini ödəmək barədə öhdəlik götürmüşdür. 30 yanvar 2023-cü il tarixli qərarın surətindən görünür ki, 30 yanvar 2023-cü il tarixli, ******* saylı akt əsasən 35040 kub metr itirilmiş qazın bərpasına görə 4204.80 manat dəymiş ziyan məbləği müəyyən edilmiş, Cavabdeh tərəfindən ödənilməsi tələb olunmuşdur. İşdə olan 16 iyul 2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, İddiaçı İB məhkəmədə iddia qaldırmaq üçün 62.04 manat dövlət rüsumu ödəmişdir. Masallı Rayon Məhkəmənin 2(050)-1085/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, Cavabdeh İddiaçı Lənkəran X4 İdarəsi tərəfindən adına tərtib olunmuş 30 yanvar 2023-cü il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi və həmin akt əsasında 35040 kub metr itirilmiş qazın bərpasına görə hesablanmış borcun silinməsi barədə iddia tələbi təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-413/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Masallı Rayon Məhkəməsinin 2(050)1085/2023 saylı, 07 iyul 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Masallı Rayon Məhkəmənin 2(050)-1885/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçınə qarşı hesablanmış ziyanın azaldılması tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh İddiaçı tərəfindən Cavabdeh barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında hesablanmış 4200 (dörd min iki yüz) manat sərfiyyat məbləği azaldılaraq 525 (beş yüz iyirmi beş) manat miqdarında müəyyən edilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-287/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Masallı Rayon Məhkəməsinin 20 sentyabr 2024-cü il tarixli, 2(050)-1885/2024 saylı qətnaməsi ləğv edilmiş, iddiaçı Cavabdeh İddiaçınə qarşı “Azəriqaz İB”-nin Lənkəran X4 İdarəsinin Masallı XS tərəfindən tərtib edilmiş xx.xx.2023cü il tarixli ******* saylı akt üzrə xx.xx.2023-cü il tarixli tələbnamə əsasında hesablanmış 35.040 kub metr dəymiş ziyana görə hesablanmış borcun azaldılması tələbi üzrə mülki işin icraatına xitam verilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-287/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(106)- 287/2025 saylı qərardadından kassasiya şikayəti vermək üçün prosessual müddətin bərpa edilməsinə dair iddiaçı Cavabdeh tərəfindən verilmiş ərizə təmin edilməmiş, Kassasiya şikayəti geri qaytarılmışdır. Azərbaycan respublikası Ali Məhkəməsinin 2(102)-1220/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, iddiaçı Cavabdeh tərəfindən qərarddadan verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)- 287/2025 nömrəli iş üzrə 20 fevral 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Əsaslandırıcı hissə: Məhkəmədə işin faktiki halları öyrənilərkən müəyyən edilmişdir ki, cavabdeh təbii qazdan istifadə qaydasını pozduğuna görə Azəriqaz İB-nin əməkdaşları akt tərtib edərək itirilmiş təbii qazın dəyəri kimi ona cərimə borcu hesablamışlar. Həmin aktın mövcud real vəziyyəti əks etdirməsi məhkəmə qətnamələri ilə də bir daha təsdiqini tapmışdır. Cavabdeh həmin aktın qanunsuz olduğunu mübahisələndirsə də, onun etirazının əsasları məhkəmə tərəfindən qəbul edilmədiyindən aktın əsasında hesablanmış borcun silinməsi tələbi ilə bağlı iddiaları təmin edilməmişdir. Belə olan halda iddaçı İddiaçı İB tərəfindən Cavabdeh itirilmiş qazın dəyərini, yəni 4204.80 manat maddi zərərin ödənilməsini tələb etmək hüququ yaranmışdır. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-ci maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qeyd edilən normanın tələbindən göründüyü kimi hazırda iddiaçının irəli sürdüyü tələb üzrə sübut etmək etmək vəzifəsi qalmamışdır. Çünki hazırki iddia tələbinin əsasını təşkil edən hallar əvvəllər cavabdehin iddiaçı qismində iştirak etdiyi məhkəmə prosesləri zamanı araşdırılaraq qiymət verilmişdir. Məhkəmə hazırki iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (MM 21.2) Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Qanunun mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları”nın 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 6.6-cı bəndinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında bağlanmış qazın alqısatqısı barədə müqaviləsinə əsasən Cavabdeh aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 2.1.12-ci bəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddiaçı dəymiş zərərin əvəzi kimi hesablanmış 4204.80 manatın ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclaslında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1.-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla və sənədlərlə əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh təbii qazdan istifadə qaydalarının pozulması nəticəsində hesablanmış 4204.80 manat dəymiş ziyan, ödənilmiş 62.04 manat dövlət rüsumu, cəmi 4266.84 manat məbləğində pul vəsaitinin tutularaq Lənkəran RQİİ-nin Kapital Bank ASC Lənkəran filialı Kod:200383 VÖEN **********, MH AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN:AZ90AİİB******************** saylı hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar