Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-840/2024 14.03.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 05 may 2010-cu il təvəllüdlü X9 və 01 oktyabr 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin artırılaraq hər ay hər uşağa görə 300 manat məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Dövlətоv Ələddin Əliyоldаş оğlu ilə аilə həyаtı qurаrаq оnun vаlidеynlərinə məхsus Mаsаllı rаyоnu, Həsənli kəndində yеrləşən еvə gəlin köçmüşdür. Nikаhlarını isə 06 fеvrаl 2010-cu il tаriхdə Mаsаllı rаyоn İHB-nın Həsənli kənd ərаzi nümаyəndəliyində rəsmi qеyd еtdirmişlər. Birgə yаşаdıqları dövrdə 05 mаy 2010-cu il təvəllüdlü Dövlətli Cəmаlə Ələddin qızı və 01 оktyаbr 2011-ci il təvəllüdlü Dövlətli Əliyоldаş Ələddin оğlu adlı uşaqları doğulmuşdur. Аilə qurduqdаn bir müddət sоnrа Ələddin Dövlətоv əsаssız оlаrаq onu mütəmаdi döymüş, söymüş, hədəlmişdir. Lаkin аilənin dаğılmаmаsı üçün bunlаrа dözməli оlmuşdur. Sоnuncu dəfə Ələddin Dövlətоv 29 iyun 2019-cu il tаriхdə onu vurаrаq хəsаrətləndirmiş, bunа görə оnun bаrəsində cinаyət işi bаşlаnmış və bаrəsində hökm çıхmışdır. Həmin vахtdаn dа cаvаbdеhdən аyrı yаşаyır. Mаsаllı Rаyоn Məhkəməsinin 07 yаnvаr 2020-ci il tаriхli, 2(050)-129/2020 sаylı qətnаməsi ilə iddiа tələbi qismən təmin еdilmiş, Dövlətоv Ələddin Əliyоldаş оğlu ilə аrаlarında 06 fеvrаl 2010-cu il tаriхdə Mаsаllı rаyоn Həsənli ərаzi nümаyəndəliyində 02 nömrə ilə qеydə аlınmış nikаhın pоzulmаsı, 05 mаy 2010-cu il təvəllüdlü Dövlətli Cəmаlə Ələddin qızının yаnındа sахlаnılmаsı, Dövlətоv Ələddin Əliyоldаş оğlundаn 05 mаy 2010-cu il təvəllüdlü Dövlətli Cəmаlə Ələddin qızının yеtkinlik yаşınа çаtаnаdək sахlаnılmаsı üçün hər аy 125 mаnаt sаbit pul məbləğində аlimеnt onbun хеyrimə tutulmаsı, аlimеntin tutulmаsının 02 sеntyаbr 2019-cu il tаriхdən hеsаblаnmаsı qət еdilmişdir. Mаsаllı Rаyоn Məhkəməsinin 21 mаy 2020-ci il tаriхli, 2(050)-1144/2020 sаylı qətnаməsi ilə iddiа tələbi qismən təmin еdilmiş, 01 оktyаbr 2011-ci il təvəllüdlü Dövlətli Əliyоldаş Ələddin оğlunun yаnındа sахlаnılmаsı, Dövlətоv Ələddin Əliyоldаş оğlundаn 01 оktyаbr 2011-ci il təvəllüdlü Dövlətli Əliyоldаş Ələddin оğlunun yеtkinlik yаşınа çаtаnаdək sахlаnılmаsı üçün hər аy 125 mаnаt sаbit pul məbləğində аlimеnt onun хеyrinə tutulmаsı qət еdilmişdir. Lаkin аlimеntin məbləği hаzırdа uşаqlаrın sахlаnılmаsı üçün yеtərli dеyildir. Cаvаbdеh fərdi işlərlə məşğul оlmаsınа bахmаyаrаq, onlara lаzımi köməklik еtmir. Bеlə vəziyyətdə əvvəlki məhkəmə qətnаmələri ilə təyin еdilmiş аlimеntin miqdаrı uşаqlаrın nоrmаl yаşаyışını təmin еtmək üçün yеtərli dеyildir. Tələbin hüquqi əsası kimi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1, 78.2, 112.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyun 2016-cı il tarixli Qərarının 2-ci bəndinə və “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanuna istinad edilmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, müəllimə işləməklə 1023.88 manat əmək haqqı alır, kartına köçən pul isə 810-811 manatdır. Uşaqları ilə birlikdə qardaşının evində 100 manata kirayədə qalırlar. Uşaqlar əlavə hazırlığa və rəqs dərslərinə gedirlər. Özü ankoloji xəstədir. Aldığı maaşın çoxunu dərmanlara verir. Cavabdeh işləyir, yaxşı qazanc əldə edir. Alimenti bilərəkdən qərəzli şəkildə vaxtında ödəmir. Cavbdehin 5000-6000 manat aliment borcu var. Sonda İddiaçı iddianın təmin edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi məhkəmə iclasında bildirdi ki, cavabdeh Bakı şəhərində qeyri-leqal şəkildə balıq ticarəti ilə məşğul olur. Bir neçə avtomobilə və Bakı şəhərində mənzilə sahibdir. Lakin həmin əmlakları qardaşlarının adına rəsmiləşdirmişdir. Sonda Nümayəndə iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən məhkəmə bildirişinin cavabdehə çatdırılması üçün onun məlum olan axırıncı yaşayış yeri üzrə müvafiq yerli icra hakimiyyəti orqanına da göndərmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçını və nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Doğum haqqında arayışlardan görünür ki, 05 may 2010-cu il təvəllüdlü X9 və 01 oktyabr 2011-ci il təvəllüdlü X1 anası X7, atası Cavabdehdur. Nikahın pozulması haqqında arayışdan görünür ki, Cavabdeh ilə X2 nikahlarının pozulması 10 mart 2020-ci il tarixdə 78 nömrəli qeydlə qeydiyyata alınmışdır. Nikah pozulduqdan sonra qadına “Nuriyeva” soyadı verilmişdir. Masallı Rayon Məhkəməsinin 07 yanvar 2020-ci il tarixli, 2(050)-129/2020 saylı qətnaməsindən görünür ki, X7 ilə Cavabdeh arasında olan nikah qeydi pozulmuş, 05 may 2010-cu il təvəllüdlü X9 anasının yanında saxlanılmış, 02 sentyabr 2019-cu il tarixdən başlayaraq Cavabdeh 05 may 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 125 manat sabit pul məbləğində alimentin tutularaq X4 verilməsi qət edilmişdir. Masallı Rayon Məhkəməsinin 21 may 2020-ci il tarixli, 2(050)-1144/2020 saylı qətnaməsindən görünür ki, 01 oktyabr 2011-ci il təvəllüdlü X5 anasının yanında saxlanılmış, 17 mart 2020-ci il tarixdən başlayaraq Cavabdeh 01 oktyabr 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 125 manat sabit pul məbləğində alimentin tutularaq X4 verilməsi qət edilmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan görünür ki, Nuriyeva X8-Astara Regional Təhsil İdarəsində “müəllim, ümumi təhsil məktəbi” vəzifəsində işləyir və əmək haqqısı 1023.88 manatdır. “AZEMİS” Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh Masallı Rayon İcra Hakimiyyəti başçısının Masallı şəhər üzrə nümayəndəliyində “birdəfəlik fəhlə” vəzifəsində işləyir və əmək haqqısı 374.0 manatdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, və yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutmaq mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uygun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 101.2-ci maddəsinə əsasən məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələblərinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam şəraitdə böyütməli, ümumtəhsil və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Məhkəmə yeni aliment miqdarını müəyyən edərkən, tərəflərin ailə və maddi vəziyyətini, uşaqların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını, Masallı Rayon Məhkəməsinin 07 yanvar 2020-ci il tarixli, 2(050)-129/2020 saylı qətnaməsinin qəbulundan 4 ildən artıq bir müddətin keçməsini, Masallı Rayon Məhkəməsinin 21 may 2020-ci il tarixli, 2(050)-1144/2020 saylı qətnaməsinin qəbulundan isə 4 ilə yaxın bir müddətin keçməsini və bu müddət ərzində uşaqların böyüdükcə artan tələbatlarını, dünyada baş verən hadisələrlə bağlı ölkədə də baş vermiş müəyyən qiymət artımını, diqqətəlayiq digər halları, eləcə də uşaqların cavabdehlə yanaşı iddiaçıdan da maddi təminat almaq hüququnun olmasını, yaşayış minimumu ilə müəyyən edilmiş məbləğin Azərbaycan Respublikasında bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin bu həddə müəyyən edilməsi anlamına gəlməməsini nəzərə alaraq ödənilməli olan alimentin miqdarının bir uşaq üçün 170 manat sabit pul məbləğində müəyyən olunmasını uşaqların hüquq və mənafelərinə uyğun hesab edir. Məhkəmə araşdırması zamanı cavabdehin həmin məbləğdə aliment ödənilməsini istisna edən hər hansı bir hal (işləməsinə maneə olacaq xəstəliyi, yaşının kifayət qədər çox olması və sair hallar) müəyyən edilməmişdir. Cavabdeh üçün ən əsası övladlarının mənafeyi ön planda olsun. Məhkəmə qeyd edir ki, iddiaçı yetkinlik yaşına çatmayan uşaqlarının saxlanılması üçün hər ay sabit pul məbləği ilə bir uşağa görə 300 manat manat aliment tutulub ona verilməsini xahiş etsədə, cavabdehin tələb edilən məbləğə mütənasib qazanc əldə etməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 mart 2016-cı il tarixli, 8 saylı Qərarının 8-ci maddəsinin 14-cü bəndində göstərilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır. Hazırkı iş üzrə isə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tutulur. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddia qismən təmin olunan zaman artırılmış alimentin məbləğinin tutulmasına hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 və 9.1.2-ci maddələrinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. MPM-in 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Masallı Rayon Məhkəməsinin 07 yanvar 2020-ci il tarixli, 2(050)-129/2020 saylı və Masallı Rayon Məhkəməsinin 21 may 2020-ci il tarixli, 2(050)-1144/2020 saylı qətnamələri ilə 05 may 2010-cu il təvəllüdlü X9 və 01 oktyabr 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay bir uşağa görə 170 (bir yüz yetmiş) manat olmaqla iki uşaq üçün 340 (üç yüz qırx) manat sabit pul məbləğində müəyyən edilsin və həmin məbləğ Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq tutulub İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. 30.8 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №e-2(050)-840/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-840/2024
14.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver