Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-852/2025 13.03.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Hakimin köməkçisi Musayeva Zəhraxanım Şahin qızının katibliyi, Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia ərizəsində qeyd edilən işin halları: İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əsasən cavabdeh satıcı-kassir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2021ci il tarixində “Administrator” vəzifəsinə keçirilmiş və tərəflər arasında “X1” haqqında müqavilə imzalanmışdır. xx.xx.2024-cü il tarixli 29-X saylı əmrlə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 “a” (tərəflərdən birinin təşəbbüsü ilə) maddəsinə əsasən işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, İddiaçı MMC-nin – OBA Masallı 18 mağazasında çalışdığı zaman, xx.xx.2023-cü il tarixində aparılmış İnventarizasiya (mağaza sayımı) nəticəsində cavabdehin Cəmiyyətə müvafiq olaraq 2608 manat 81 qəpik zərər vurması müəyyən edilmiş, həmin tarixli “İnventarizasiya Nəticələrinə” dair Aktda da yekun ziyan məbləği öz əksini tapmışdır. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə olan ziyandan müvafiq hissəsi şirkət tərəfindən güzəşt edilmişdir. Beləliklə, Cavabdeh hal-hazırda İddiaçı MMC-yə ümumilikdə 1030 manat 96 qəpik borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. İddiaçının tələbi: İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 1030 manat 96 qəpik pulun və mediasiya xərci üçün ödənilmiş 60 manat məbləğin Cavabdeh tutularaq, Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin mövqeyi: İddiaçı MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndə gəlməmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək bildirmişdir ki, 2019-2023cü illərdə İddiaçı MMC-də işləmişdir. Ümumilikdə 2608 manat zərər müəyyən edilib. Borcdan ödənişlər etmişdir. Hazırda 1030,96 manat borcu qalmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “X2” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinin surətindən və “X2” MMC-nin xx.xx.2019-cu il tarixli, 131-K saylı əmrindən çıxarışdan görünür ki, Cavabdeh Cəmiyyətin Satış Departamentinin Satış Şöbəsinə xx.xx.2019-cu il tarixdən Satıcı-kassir vəzifəsinə işə qəbul edilməsi və əmək haqqının ştat cədvəlinə əsasən 195 manat olmaqla ödənilməsi əmr edilmişdir; xx.xx.2021-ci il tarixli, 7 saylı əmrindən çıxarışdan görünür ki, Cavabdeh Cəmiyyətin Satış Departamentinin Satış Şöbəsində xx.xx.2021-ci il tarixdən administrator vəzifəsinə işə qəbul edilməsi və əmək haqqının ştat cədvəlinə əsasən 345 manat olmaqla ödənilməsi əmr edilmişdir; “X2” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli X1 haqqında müqavilənin surətindən görünür ki, həmin müqavilənin 1.1-ci bəndinə əsasən Cavabdeh həmin müqavilə üzrə ona etibar edilmiş əmlakın maddi sərvətlərin və görüləcək işlərin tam qayğısına qalmağı, eyni zamanda müəssisəyə heç bir səbəb üzündən ziyan vurmamağı və ziyankarlıqla mübarizə aparmağı, bununla bağlı X1 daşıdığını öhdəsinə götürmüşdür; xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, həmin tarixdə Cavabdeh ərizə ilə İddiaçı MMC-yə ərizə ilə müraciət edərək, xx.xx.2024-cü il tarixdən onun əmək müqaviləsinə öz xahişi ilə xitam verilməsini xahiş etmişdir; İddiaçı MMC-nin xx.xx.2024-cü il tarixli, 29-X saylı əmrindən çıxarışdan və 22 noyabr 2019-cu il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cəmiyyətin Satış Departamentinin Satış Şöbəsinin baş administratorunun (Cavabdeh) əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) xitam verilməsi, son haqq-hesaba olaraq istifadə edilməmiş əmək məzuniyyətinə görə pulun əvəzinin ödənilməsi əmr edilmişdir (Əsas: Cavabdeh ərizəsi); İddiaçı MMC-nin xx.xx.2023-cü il tarixli, 217 saylı əmrindən görünür ki İddiaçı MMCnin mağazalarında keçirilən inventarizasiya yoxlamalarının sonunda aşkarlanan yekun nəticələrin "Təbii itki normaları" çıxıldıqdan sonra yerdə qalan kənarlaşma hissəsi maddi məsul şəxs administrator Cavabdeh Rauf oğlundan tələb olunması, "Təbii itki norması" satış dövriyyəsinin 0.47 % faizi müəyyən edilməsi göstərilmişdir. İddiaçı MMC-nin sabiq administratoru, Cavabdeh maddi məsuliyyətinə verilən maddi sərvətlər üzrə aparılmış və yekunlaşmış təftiş yoxlaması barədə arayışından görünür ki, xx.xx.2023-cü il tarixində Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında 2608,81 (iki min altı yüz səkkiz manat 81 qəpik) manat çatışmazlıq müəyyən olmuşdur. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə satış dövriyyəsini qarşıladığı üçün müvafiq güzəştlər tətbiq edildikdə qalıq kənarlaşma məbləği əskikgəlmələrə görə ümumi olaraq 1030.96 (bir min otuz manat, 96 qəpik) manat borcu qalmışdır. Beləliklə Cavabdeh Rauf oğlunun 03 İyul 2024-cü il tarixinə "xxxx" MMC-ə olan ümumi borcu 1030.96 (bir min otuz manat, 96 qəpik) manat təşkil edir. Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, İddiaçı MMC-də işlədiyi dövrdə fəaliyyətinin yoxlanılması və 1030,96 manat əskikgəlmənin aşkar edilməsi bildirilmişdir. Vəzifə təlimatına, eləcə də, "xxxx" MMC ilə bağlamış olduğu maddi məsuliyyət müqaviləsinə əsasən işçi ona etibar edilmiş əmlakın, maddi sərvətlərin və görüləcək işlərin tam qayğısına qalmalı, eyni zamanda müəssisəyə heç bir səbəb üzündən ziyan vurmamalı və ziyankarlığa qarşı mübarizə aparmalı, ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və görüləcək işlərin dəqiq hesabatını aparmalıdır. Qeyd olunanları nəzərə alaraq, hazırda faktiki qalıq borcun 3 gün müddətində qeyd olunan borcun ödənilməsini təmin etməsi ondan xahiş edilmiş, əks təqdirdə barəsində müvafiq hüquqi tədbirlər həyata keçiriləcəyinə dair sonuncuya xəbərdarlıq edilmişdir; xx.xx.2024-cü il tarixli, MŞB/20/2024-00453 saylı ilkin mediasiya sessiyasında iştirak edilməmə barədə arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. 60 manat mediasiya xərci İddiaçı MMC tərəfindən ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 199-cu maddəsinin “a” bəndində əsasən saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X1 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda işçi qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. 200-cü maddənin 1 və 2-ci hissələrinə əssən istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların X1 daşıması barədə yazılı müqavilə bağlaya bilər. İşlərin yerinə yetirilməsinin, xidmətlərin göstərilməsinin xarakterindən asılı olaraq işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması zamanı müəyyən kollektiv üzvlərinin hər birinin maddi məsuliyyəti dərəcəsini müəyyən etmək, habelə onlarla X1 barədə yazılı müqavilə bağlamaq mümkün olmadığı hallarda kollektiv (briqada) məsuliyyət haqqında müqavilə bağlanıla bilər. 205-ci maddənin 2-ci hissəsinə əsasən əgər ziyan işçi tərəfindən X1 daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. 294-cü maddənin 1-ci hissəsinə görə bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.2 -ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə göstərilən maddi hüquq normalarını hazırkı hüquq münasibətinə tətbiq edərək qeyd edir ki, tərəflər arasında fərdi əmək mübahisəsi vardır. Cavabdeh və iddiaçı hüquqi şəxs arasında bağlanmış X1 haqqında müqavilənin mahiyyətinə görə əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlərlə bağlı çatışmazlıqlara görə Cavabdehlik daşımışdır. Onunla bağlanmış X1 haqqında müqavilənin şərtlərinə görə, ona etibar edilmiş əmlakın , maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə üzərinə götürür, müəssisəyə ziyan vurmamalı, ziyankarlığa qarşı mübarizə aparmalı, hesabatlar aparmalı, yaranmış təhlükələr barədə işəgötürənə məlumat verməli, ziyan vurma hallarına yol verməməlidir. Tərtib olunmuş İnvertarizasiya aktlarına əsasən yoxlama zamanı Cavabdeh “Oba- Masallı 18” mağazasında tam maddi məsul şəxs kimi işlədiyi müddətdə 2608 manat maddi ziyan müəyyən edilmişdir. Ziyan məbləğindən cavabdeh tərəfindən ödənişlər edilmiş, hazırda 1030,96 manat məbləğində borc qalmışdır. Cavabdeh qalıq borc məbləğini etiraf etməsi məhkəmə iclasında vermiş olduğu izahatla da müəyyən olunur. Odur ki, həmin məbləğ ondan tutulmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1030,96 manat məbləğində əsas borc tutularaq, İddiaçı MMC-yə ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş 60 manat mediasiya xərci Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1030,96 manat məbləğində əsas borc və 60 manat mediasiya xərcinin əvəzi tutularaq, İddiaçı MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirməklə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Ellara Abbasova
Məhkəmə qərarları › İş №e-2(050)-852/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-852/2025
13.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver