Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-91/2024 25.06.2024 MASALLI RAYON MƏHKƏMƏSİ X2 Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçı L.p.o İddiaçı ASC-nin L.Ə.S.F-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı L.p.o İddiaçı ASC-nin L.Ə.S.F Cavabdeh qarşı «kredit borcunun qaytarılması» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı L.p.o İddiaçı ASC-nin L.Ə.S.F Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cəmi 171.615.02 manat, bundan 171.448.35 manat əsas və kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 166,67 manat və iş üzrə ödənilmiş 462 manat dövlət rüsumunun Cavabdeh tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllədə 1-ci yaşayış binanın A blokunda 5-ci mərtəbəsində yerləşən 9 saylı mənzilə yönəlməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin yaşayış sahəsinin boşaldılaraq alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsasladırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2008-ci il tarixli 061 saylı kredit müqaviləsinə əsasən cavabdehə 180 ay müddətinə illik 15 faiz dərəcəsi ilə 172.500 (bir yüz yetmiş iki min beş yüz) manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış 146/R saylı müqavilə əsasında Cavabdeh sərəncamında olan Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllədə 1-ci yaşayış binanın A blokunda 5-ci mərtəbəsində yerləşən 9 saylı mənzil ipotekaya qoyulmuşdur. Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllədə 1-ci yaşayış binanın A blokunda 5-ci mərtəbəsində yerləşən 9 saylı mənzilin ipotekaya qoyulması barədə Bank ilə Cavabdeh arasında xx.xx.2008-ci il tarixli 061/1 saylı ipoteka müqaviləsi bağlanmışdır. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə müraciət olunmasına, habelə **********088 saylı xx.xx.2023cü il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh xx.xx.2023-cü il tarixə cəmi borcu 171.615.02 manat, bundan 171.448.35 manat əsas və kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 166.67 manat faiz borcu təşkil edir. İddiaçı L.p.o İddiaçı ASC-nin L.Ə.S.F-nin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia tələbinin məzmununa uyğun izahat verərək bildirdi ki, bankla cavabdeh arasında ipoteka müqaviləsi bağlanmış olsa da qeyd edilən ipoteka müqaviləsi üzrə mənzilin çıxarışı olmadığı və ipoteka müqaviləsi notarial qaydada təsdiq edilməmişdir. 11 avqust 2008-ci il tarixli, 061/1 saylı İpoteka müqaviləsi bank və cavabdeh tərəfindən imzalanıb, ancaq bina rəsmi istismara qəbul edilmədiyi üçün mənzilə dair çıxarış verilməmişdir və bu səbəbdən İpoteka müqaviləsi notarial qaydada rəsmiləşdirilməmişdir. Odur ki, iş üzrə qanuna uyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarından görünür ki, iddiaçı L.p.o İddiaçı ASC-nin L.Ə.S.F ilə Cavabdeh arasında bağlanmış xx.xx.2008-ci il tarixli 061 saylı kredit müqaviləsinə əsasən borcalana 180 ay müddətinə illik 15 faiz dərəcəsi ilə 172500 (bir yüz yetmiş iki min beş yüz) manat kredit verilmiş, borcalan isə verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə faizləri ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2008-ci il tarixli 061 saylı kredit müqaviləsi üzrə Cavabdeh banka olan borcu xx.xx.2023-cü il tarixə 171448.35 manat əsas və kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 166.67 manat faiz borcu olmaqla, cəmi 171615.02 manat təşkil edir. İş materiallarından görünür ki, xx.xx.2008-ci il tarixli 061 saylı kredit müqaviləsi üzrə Cavabdeh öhdəliklərin lazımınca icrasını təmin etmək məqsədilə cavabdeh-ipoteka qoyan Cavabdeh iddiaçı ilə bağladığı xx.xx.2008-ci il tarixli 061/1 saylı ipoteka müqaviləsinə əsasən Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllədə 1-ci yaşayış binanın A blokunda 5-ci mərtəbəsində yerləşən 9 saylı mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka predmentinin qiyməti qarşılıqlı razılıq əsasında 172500 (bir yüz yetmiş iki min beş yüz) manat məbləğində qiymətləndirilmişdir. İşdən görünür ki, ipoteka predmeti olan Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllədə 1-ci yaşayış binanın A blokunda 5-ci mərtəbəsində yerləşən 9 saylı mənzilə dair Çıxarış iş materillarına əlavə edilməmiş və məhkəmə araşdırmaları zamanı təqdim edilməmişdir. Həmçinin iş materiallarından görünür ki, xx.xx.2008-ci il tarixli 061 saylı kredit müqaviləsi üzrə Cavabdeh öhdəliklərin lazımınca icrasını təmin etmək məqsədilə cavabdeh-ipoteka qoyan Cavabdeh iddiaçı ilə bağladığı xx.xx.2008-ci il tarixli 061/1 saylı ipoteka müqaviləsi notarial qaydada təsdiq edilməmişdir. İş materillarında olan İddiaçı ASC-nin L.Ə.S.F nümayəndəsi Nümayəndə1 tərəfindən göndərilmiş məktubun məzmunundan görünür ki, e-2(050)91/2024 saylı mülki iş üzrə 11 avqust 2008-ci il tarixli, 061/1 saylı İpoteka müqaviləsinin qeydiyyata alınıb-alınmaması barədə xx.xx.2024-cü il tarixli məktuba cavab olaraq bildirilmişdir ki, 11 avqust 2008-ci il tarixli, 061/1 saylı İpoteka müqaviləsi bank və cavabdeh tərəfindən imzalanıb, ancaq bina rəsmi istismara qəbul edilmədiyi üçün mənzilə dair çıxarış verilməmişdir və bu səbəbdən İpoteka müqaviləsi notarial qaydada rəsmiləşdirilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 aprel 2024-cü il tarixli, 9/616 saylı ekspert rəyindən görünür ki, L.p.o İddiaçı ASC-nin L.Ə.S.F ilə Cavabdeh arasında xx.xx.2008-ci il tarixli 061 saylı kredit müqaviləsinin şərtlərinə müvafiq olaraq Cavabdeh xx.xx.2023-cü il tarixə (sualda göstərilən tarixə) L.p.o İddiaçı ASC-nin L.Ə.S.F-yə olan əsas borcu 172150.03 manat məbləğində müəyyən edilmişdir. İddia tələbində isə cəmi 171.615.02 manat, bundan 171.448.35 manat əsas borcun və kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 166,67 manat pulun Cavabdeh iddiaçının xeyrinə tutulması xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.7-ci maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 41.1-ci maddəsinə əsasən ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda satıla bilər. Həmin Qanunun 47.4-cü maddəsinə əsasən həmin Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndircinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, 59.3.1- yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı L.p.o İddiaçı ASC-nin L.Ə.S.F ilə Cavabdeh arasında bağlanmış xx.xx.2008-ci il tarixli 061 saylı kredit müqaviləsindən irəli gələn 171448.35 manat əsas və kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 166.67 manat faiz borcu olmaqla, cəmi 171615.02 manat borc və iddianın qaldırılması üçün ödənilmiş 462 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. İş materilları, iddiaçı L.p.o İddiaçı ASC-nin L.Ə.S.F-nin nümayəndəsi Nümayəndə2 izahatı ilə müəyyən edilmişdir ki, bankla Cavabdeh arasında ipoteka müqaviləsi bağlanmışdır, 11 avqust 2008-ci il tarixli, 061/1 saylı İpoteka müqaviləsi bank və cavabdeh tərəfindən imzalanmış, ancaq bina rəsmi istismara qəbul edilmədiyi üçün mənzilə dair çıxarış verilməmişdir və bu səbəbdən İpoteka müqaviləsi notarial qaydada rəsmiləşdirilməmişdir. Ona görə də, iddia tələbi tutmanın ipoteka ilə yüklü edilmiş, Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllədə 1-ci yaşayış binanın A blokunda 5-ci mərtəbəsində yerləşən 9 saylı mənzilə yönəlməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin yaşayış sahəsinin boşaldılaraq alıcıya təhvil verilməsi hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən dövlət rüsumu məhkəmə xərclərinə aid edilmişdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən isə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 200 manat məbləğində müəyyən edilir. Odur ki, məhkəmə həmin məbləğin Cavabdeh X1 (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT - CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE ********************) xeyrinə tutulmasını qanuni hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 171.448.35 manat əsas və kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 166.67 manat faiz borcu olmaqla, cəmi 171.615.02 manat və iddianın qaldırılması üçün ödənilmiş 462 manat dövlət rüsumu tutularaq L.p.o İddiaçı ASC-nin L.Ə.S.F-nin xeyrinə ödənilsin. Cavabdeh iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri qismində 200 manat alınaraq X1 (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT-CTREAZ22) xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №e-2(050)-91/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-91/2024
25.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver