Məhkəmə qərarları › İş №e-2(050)-920/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-920/2025

04.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-920/2025 04.09.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Kərimli Famil Ələskər oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra ASC) Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı "xxxx" ASC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək Atasığorta” ASC tərəfindən ödənilmiş sığorta ödənişinin əvəzi olaraq 1192 manat zərər məbləğinin, ödənilmiş 31.92 manat dövlət rüsumunun, cəmi 1223.92 manat pulun Cavabdeh tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh etiraz ərizəsinə əsasən məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə məhkəmə araşdırması tələb olunduğu üçün iş üzrə iddia icraatına keçirilmişdir. İddiaçının dəlilləri: İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixində PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “Mercedes Benz 190” markalı, **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2021-ci il tarixdə “Mercedes Benz 190” markalı, **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Binəqədi rayonu ərazisində yolnəqliyyat hadisəsi törətmiş, “Baic M60” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 1192 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Abşeron Rayon Məhkəməsinin qərarı ilə Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt “Mercedes Benz 190” markalı, **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olmadan idarə etdiyindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri görülmüşdür. Cəmiyyət tərəfindən Cavabdeh ünvanına xx.xx.2023-cü il tarixli, AS-23/1428 saylı geriyə tələb (subroqasiya) məktubu göndərilsə də, müvafiq sığorta ödənişi məbləği bu günədək Cəmiyyətiə ödənilməmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin mövqeyi: Məhkəmə iclasında cavabdeh iddianı qismən qəbul edərək bildirmişdir ki, yolnəqliyyat hadisəsi zamanı “Baic M60” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər həddən artıq çox hesablanmışdır. Hesab edir ki, avtomobilə 1192 manat zərər dəyməsi mümkün deyil. Sığorta işçisi və qiymətləndirmə aparmış şəxslər dəymiş ziyan məbləğini şişirtmişlər. İş üzrə keçirilmiş qiymətləndirmə ekspertizanın rəyində də ehtiyyat hissələrinin qiyməti tələb olunan məbləğlə təxminən eyni göstərmişdir. Həmçinin, qəza zamanı qaimədə göstərilən ehtiyat hissələrinin bəziləri zədələnmiş, lakin bəzi detallar yanlış olaraq qaimədə qeyd edilmişdir. İdarə etdiyi avtomobilin ön hissəsi qarşı tərəfin avtomobilinin sol ön tərəfinə dəymiş, lakin arxa yan tərəfdə olan detalların zədələndiyi qənaətinə gəlinərək əsassız qiymətləndirmə aparılmışdır. Odur ki, göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İş üzrə cəlb edilmiş üçüncü şəxs A-Qroup Sığorta şirkəti ASC-nin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına olan: PAA********** nömrəli sığorta müqaviləsindən görünür ki, “Mercedes Benz 190” markalı, **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixindən xx.xx.2021i il tarixədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. 21-07082/12/AA-6061/21 nömrəli sığorta aktından görünür ki, xx.xx.2021-ci il tarixdə Cavabdeh idarə etdiyi “Mercedes Benz 190” markalı, **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobil, “Baic M60” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, nəticədə “Baic M60” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1192 manat məbləğlərində maddi ziyan dəymişdir. Abşeron Rayon Məhkəməsinin 3(012)-937/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 400 manat məbləğində inzibati cərimə edilmişdir. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, zərərin məbləği olaraq "xxxx"xxxx"xxxx" ASC-nin hesabına ödənilmişdir. AS-H 046/21 nömrəli sığorta şəhadətnaməsindən görünür ki, “Baic M60” markalı, **- PJ-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixindən xx.xx.2024-cü il tarixədək "xxxx" ASC-də nəqliyyat vasitələrinin könüllü sığortası növündə sığortalanmışdır. "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə barədə servis kartı və sənədlərdən görünür ki, hadisə nəticəsində “Baic M60” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1192 manat məbləğində dəymiş zərər müəyyən olunmuşdur. Həmin məbləğin 532 manatı göstərilmiş xidmətlər, 660 manatı isə ehtiyyat hissələrinin qiymətləri təşkil etmişdir. xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, zərərin məbləği olaraq "xxxx"xxxx"xxxx" MMC-nin hesabına ödənilmişdir. İş üzrə məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə qiymətləndirmənin aparılması üçün qiymətləndirici təyin edilmişdir. Qiymətləndirmə "xxxx" MMC-yə həvalə edilmişdir. "xxxx" MMC-nin PQ-A-05/2025 saylı, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, “Baic M60” markalı avtomobilin ehtiyat hissələrinin xx.xx.2021-ci il tarixinə bazar qiymətinin dəyərini qaimədə göstərilən qiymətlərə uyğun hesab etmək olar. Həmin detallar üzrə hansı işlər görüləcəyi məlum olmadığı üçün işçilik xərclərini müəyyən etmək mümkün olmamışdır. Həmçinin əlavə olaraq ehtiyyat hissələrinin cədvəlində Sol ayaq altı spoyler 110 manat, ön sol qanadın spoyleri 80 manat, arxa sol qanadın spoyleri 150 manat, arxa sol qapının spoyleri 115 manat, knopka (düymə) 12 manat, cəmi 467 manat qiymətləndirilmişdir. Əsaslandırıcı hissə: Mülki işin məhkəmə baxışı zamanı müəyyən edildi ki, Cavabdeh idarə etdiyi “Mercedes Benz 190” markalı, **-UR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixdə sürücülük hüququ olmadan idarə edərkən “Baic M60” markalı, **- PJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə avtomobilə dəymiş ziyana görə "xxxx" ASC tərəfindən “Baic M60” markalı, **-PJ- *** dövlət qeydiyyat nişanlı avtomobilə 1192 manat sığorta ödənişi edilmişdir. Cavabdehin yol nəqliyyat hadisəsini törətməkdə təqsirli olması Abşeron Rayon Məhkəməsinin 3(012)- 937/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə təsdiqini tapmışdır. Həmin qərarla o, İXMnin 327.1 və 332.4-cü maddələri ilə təqsirli bilənərək, yol verdiyi inzibati xətanın ən ağırına görə, yəni İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilmişdir. Cavabdeh qəza zamanı “Baic M60” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan vurduğunu təsdiq etsə də, qiymətləndirmə aparılarkən detalların qiymətinin bazar qiymətindən artıq yazıldığını, bəzi detallar isə avtoqəza zamanı yararsız hala düşməsə də, qaimədə göstərilərək qiymətləndirildiyindən iddia tələbini mübahisələndirmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarını qeyd etməyi zəruri hesab edir: “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Həmin Qanunun 23.1.6.-cı maddəsinə əsasən sığortaçının sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ vardır. Qeyd edilən qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936.1. və 936.2.-ci maddələrinə müvafiq olaraq “Subroqasiya hüququ” həmin Məcəllənin 936.6-cı maddəsini nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Məhkəmə tələb edilən borc məbləğinə münasibətdə bildirir ki, iddia tələbində 1192 manat ziyan məbləği qeyd edilsə də, "xxxx" MMC-nin PQ-A-05/2025 saylı, xx.xx.2025-ci il tarixli rəyinə əsasən ehtiyyat hissələrinin qiyməti 467 manat müəyyən edilmişdir. Məhkəmə hazırki məhkəmə araşdırması zamanı qiymətləndiricinin rəyini daha mötəbər hesab edir, ona görə ki, iş materiallarına əlavə edilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi ilə müəyyən edilmişdir ki, qəza zamanı zədələnmiş “Baic M60” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət olmuş, avtomobili isə X1 etibarnamə əsasında idarə etmişdir. Qeyd edilən avtomobilin qiymətləndirilməsi də məhz "xxxx" MMC tərəfindən aparılmışdır. Belə olan halda, "xxxx" MMC-nin mülkiyyətində olan avtomobilin zədələnmiş ehtiyat hissələrinin dəyərini qaimədə yüksək qiymətləndirməsinə dair əsaslı şübhələr yaradır və yaxud bunu istisna etmir. Avtomobilin qiymətləndirilməsi prosesində qəzanı törətmiş şəxs Cavabdeh da iştirak etməməsi də məhkəmənin bu cür qənaətə gəlməsinə imkan verir. Ona görə də qaimədə zədələnmiş ehtiyat hissələrinin qiyməti ilə bağlı "xxxx" MMCnin rəyini əsas sübut kimi qəbul edir. "xxxx" MMC məhkəməyə təqdim etdiyi rəydə avtomobilin təmiri ilə əlaqədar xərclərin dəyərini müəyyən edə bilmədiyindən işçilik xidmətləri ilə bağlı (zəhmət haqqı) "xxxx" MMC-nin qaimədə göstərdiyi qiymətlərə uyğun olması kimi qəbul edilməlidir. Həmçinin, məhkəmə cavabdehin hadisə zamanı qaimədə göstərilmiş bəzi detalların yararsız hala düşmədiyi, əsassız olaraq qaimədə göstərilməsi ilə bağlı etirazına münasibət bildirərək göstərir ki, sorğu əsasında ziyan dəymiş avtomobilin fotoşəkilləri tələb edilərək götürülmüş və məhkəmə iclasında cavabdehin iştirakı ilə avtomobilin zədələnmiş hissələrinə baxış keçirilmiş, cavabdeh bundan sonra detalların zədəli halda olduğunu gördüyünü, lakin bəzi detalların qəza ilə əlaqədar yaranmadığını bildirsə də, avtoqəza nəticəsində zədələnməməsi ilə bağlı sübutları da məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda cavabdeh qiymətləndirmədə iştirak etməli olduğu halda, bu hüququndan istifadə edərək iştirak etməmişdir. Bu səbəbdən də məhkəmə cavabdehin qeyd edilən etirazını əsaslı hesab etmir. Belə olan halda, iddia qismən təmin edilməli, avtomobilin ehtiyat hissələrinin dəyəri olan 467 manat və detalların təmiri ilə bağlı göstərilmiş xidmətlərə görə hesablanmış 532 manat, ümumilikdə 999 (467+532=999) manat Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 31.92 manat ödənilmiş dövlət rüsumunun 31.27 manatı cavabdehə, 0.65 manatı isə iddiaçının özünə aid edilməlidir Məhkəmə "xxxx" MMC-nin qiymətləndirmənin aparılması ilə əlaqədar müəyyən etdiyi 500 manat xərc ilə bağlı qeyd edir ki, ekspertizanın aparılması xərcləri həddindən artıq yüksək göstərilmişdir. Cavabdeh maddi ziyan kimi müəyyən edilmiş 1192 manatla razılaşmadığından qiymətləndirmə keçirilmiş, qiymətləndirmə zamanı verilmiş suallardan birinə cavab verilmiş, digər suallara isə cavab verilməmişdir. Həmin rəylə tələb edilən məbləğ 193 manat azaldılaraq cavabdehin xeyrinə rəy verilmişdir. Göründüyü kimi, qiymətləndirmənin rəyinin verilməsi ilə bağlı 500 manatın cavabdehdən tutulması onun əmlak vəziyyətinə ciddi şəkildə ziyan vura bilər. Bu həm də aparılmış tədqiqatın dəyəri kimi reallığı əks etdirmir. Buna görə də, qiymətləndirmənin xərci kimi 50 manat (Hesab nömrəsi: AZ85ACAB********************, müxbir hesab: AZ10NABZ**********000005644, Bankın kodu-505000) cavabdehdən tutularaq "xxxx" MMC-nin hesabına köçürülməlidir. Nəticə: Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh subroqasiya qaydasında 999 manat pul vəsaiti və ödənilmiş 31.92 manat dövlət rüsumunun 31.27 manat hissəsi iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qiymətləndirmə xərci kimi 50 manat (Hesab nömrəsi: AZ85ACAB********************, müxbir hesab: AZ10NABZ**********000005644, Bankın kodu-505000) Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar