Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № e-2(050)-934/2023 23.02.2023 MASALLI RAYON MƏHKƏMƏSİ X1, İddiaçı cavabdeh X3 qarşı “alimentin məbləğinin həcminin artırılması” tələbinə dair iddia ərizəsinin mümkünlüyünü yoxlayaraq, müəyyən etdim: İddiaçı cavabdeh X3 qarşı “alimentin məbləğinin həcminin artırılması” tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. İddia ərizəsinə əlavə olunmuş sənədlərdən məlum olur ki, mübahisə ailə münasibətlərindən irəli gəlir və mübahisənin məhkəmədən kənar həlli üçün İddiaçı mediasiya prosesində iştirakını təsdiq edən sənəd təqdim edilməmişdir. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.6.-cı maddəsinin tələbinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Həmin Məcəllənin 152.1.6-1.-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göründüyü kimi, İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl, mediasiya prosesində iştirak etməlidir. Mediyasiya sessiaysında mübahisə məhkəmədən kənar öz həllini tapmadığı halda, bunu təsdiq edən sənəd əlavə olunmaqla, tərəflərdən biri iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə izah edir ki, ilkin mediasiya sessiyasını tərəflərin qarşılıqlı razılaşdırdığı mediator və ya mediator təşkilatı aparır. Tərəfin mediasiya prosesinin tətbiqi barədə təklifi digər tərəfə təqdim edildikdən sonra 10 iş günü ərzində qəbul edilmədikdə və ya tərəflər mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlmədikdə, ilkin mediasiya sessiyası tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı, həmin şəhər və ya rayonda mediasiya təşkilatı həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatı tərəfindən aparılır. Bu halda tərəflər mediator barədə razılığa gəlmədikdə, mediatoru mediasiya təşkilatı təyin edir. Məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı mövcud olmadıqda və ya həmin mediasiya təşkilatında işə baxılması mümkün olmadıqda, tərəflərdən hər hansı birinin müraciəti əsasında Mediasiya Şurası ilkin mediasiya sessiyasının aparılması üçün mediator müəyyən edə bilər. Yuxarıdakılara əsasən və MPM-in 152, 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdeh X3 qarşı “alimentin məbləğinin həcminin artırılması” tələbinə dair iddia ərizəsi və əlavə olunmuş sənədlər geri qaytarılsın. Şikayət qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Masallı rayon məhkəməsinə verilə bilər. Hakim: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №e-2(050)-934/2023
Masallı Rayon Məhkəməsi Qərardad — İş №e-2(050)-934/2023
23.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver