Məhkəmə qərarları › İş №e-2(050)-965/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-965/2023

05.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-965/2023 05.04.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı rayon məhkəməsinin hakimi Bəhmənov Habil Xanoğlan oğlu, İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı ASC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək Cavabdeh 14 may 2021-ci il tarixli, 322401-CNS-22192 saylı kredit müqaviləsi üzrə 15 dekabr 2022-ci il tarixinə olan 824.84 manat əsas borc, 98.57 manat faiz borcu, 262.55 manat cərimə borcu olmaqla cəmi 1185.96 manat borcun və 31.86 manat ödənilmiş dövlət rüsumunun, 0.40 manat xidmət haqqının alınaraq İddiaçı ASC-nin hesabına ödənilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 14 may 2021-ci il tarixli, 322401-CNS-22192 saylı kredit müqaviləsinə əsasən, iddiaçı cavabdehə illik 20 faiz olmaqla 24 ay müddətinə 1500 manat məbləğində kredit vermişdir. Lakin borclu üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, nəticədə banka 14 may 2021-ci il tarixli, 322401-CNS-22192 saylı kredit müqaviləsi üzrə 824.84 manat əsas borc, 98.57 manat faiz borcu, 262.55 manat cərimə borcu olmaqla cəmi 1185.96 manat borcu yaranmışdır. Odur ki, həmin məbləğin cavabdehdən tutulmasını tələb edir. Cavabdeh Azərbaycan Respublikası MPM-in 284-5.2.-ci maddəsinə əsasən iddiaya qarşı əsaslandırılmış etirazlarını göndərmək barədə məlumat verilməsinə baxmayaraq, iddaya qarşı etirazlarını məhkəməyə göndərməmişdir. İşdə olan 14 may 2021-ci il tarixli, 322401-CNS-22192 saylı kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış kredit müqaviləsinə əsasən, iddiaçı cavabdehə illik 20 faiz olmaqla 24 ay müddətinə 1500 manat məbləğində kredit vermişdir. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh 15 dekabr 2022-ci il tarixinə kimi 14 may 2021-ci il tarixli, 322401-CNS-22192 saylı kredit müqaviləsi üzrə banka 824.84 manat əsas borc, 98.57 manat faiz borcu, 262.55 manat cərimə borcu olmaqla cəmi 1185.96 manat borcu qalmışdır. İşdə olan pretenziyanın surətindən görünür ki, İddiaçı ASC Cavabdeh borcun ödənilmədiyi tədqirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, İddiaçı ASC məhkəmədə iddia qaldırmaq üçün və 31.86 manat dövlət rüsumu, 0.40 manat xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər boclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materillarında olan və tədqiq edilmiş mötəbər, təkzibolunmaz sübutlarla təsdiq olunur ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 14 may 2021-ci il tarixli, 322401- CNS-22192 saylı kredit müqaviləsinə əsasən, iddiaçı cavabdehə illik 20 faiz olmaqla 24 ay müddətinə 1500 manat məbləğində kredit vermişdir. Lakin borclu üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, nəticədə banka 14 may 2021-ci il tarixli, 322401-CNS- 22192 saylı kredit müqaviləsi üzrə 824.84 manat əsas borc, 98.57 manat faiz borcu, 262.55 manat cərimə borcu olmaqla cəmi 1185.96 manat borcu yaranmışdır. Lakin məhkəmə Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən tələb olunan cərimə məbləğinin azaldılaraq, 50 manat həddində tutulmasını məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etrazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə ( hakim) öz qətnaməsini yalnız məhkəmə iclaslında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçının tələbi təmin olunduğuna görə onun tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehlərdən tutularaq, bankın hesabına ödənilməlidir. Həmin Məcəllənin 284-5.3.-cü maddəsinə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1.-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraata dair işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233, 284.1-285-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 824.84 manat əsas borc, 98.57 manat faiz borcu, 50 manat cərimə borcu olmaqla cəmi 973.41 manat borc və 31.86 manat ödənilmiş dövlət rüsumu, 0.40 manat xidmət haqqı tutularaq İddiaçı ASC-nin hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Hakim:Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar