Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-996/2024 25.04.2024 MASALLI RAYON MƏHKƏMƏSİ X2 Ağabala oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı Bank "xxxx" (Azərbaycan) ASC-nin (bundan sonra-iddiaçı) Cavabdeh (bundan sonra-cavabdeh) qarşı pul tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bank "xxxx" (Azərbaycan) ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Bank "xxxx" (Azərbaycan) ASC ilə Cavabdeh arasında bağlanmış 09 iyun 2023-cü il tarixli, 344923-CNS-45854 saylı krediti müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə banka borclu olduğu 5227.01 manat məbləğində əsas borc, 57 manat məbləğində faiz borcu, 17.1 manat məbləğində cərimə borcu olmaqla, ümumlikdə 5301.11 manat pul məbləğinin və məhkəməyə müqaciət etmək üçün ödənilmiş 73.01 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı Bank "xxxx" (Azərbaycan) ASC-yə ödəsilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Bank "xxxx" (Azərbaycan) ASC ilə Cavabdeh arasında bağlanmış 09 iyun 2023-cü il tarixli 344923-CNS-45854 saylı “kredit borcunun restrukturizasiyası”na dair müqaviləyə əsasən Cavabdeh xx.xx.2022-ci il tarixli 344923-CNS-34802 saylı kredit müqaviləsi üzrə Banka xx.xx.2023-cü il tarixə mövcud olan borcu kapitallaşdırılmış və o, 5227.01 manat məbləğində borcu illik 03 faiz hesablanması şərti ilə 59 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Lakin borclu öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımı qaydada yerinə yetirməmişdir. Bu barədə cavabdeh dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, öhdəliklərinin icra edilməsindən yayınmaqdadır. İddiaçı Bank "xxxx" (Azərbaycan) ASC-nin nümayəndəsi Nümayəndə “Elektron məhkəmə” informasiya sisteminə ərizə ilə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddələrinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Bank "xxxx" (Azərbaycan) ASC ilə Cavabdeh arasında bağlanmış 09 iyun 2023-cü il tarixli 344923-CNS-45854 saylı “kredit borcunun restrukturizasiyası”na dair müqaviləyə əsasən Cavabdeh illik 03 faiz hesablanması şərti ilə 59 ay müddətində 5227.01 manat məbləğində kredit müəyyən edilmişdir. Borcalan müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada krediti qaytarmağı, habelə faizləri ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Bank "xxxx" (Azərbaycan) ASC tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Bank "xxxx" (Azərbaycan) ASC ilə Cavabdeh arasında bağlanmış 09 iyun 2023-cü il tarixli 344923-CNS-45854 saylı “kredit borcunun restrukturizasiyası”na dair müqavilə üzrə cavabdehin xx.xx.2024-cü il tarixə Banka 5227.01 manat məbləğində əsas borc, 57 manat məbləğində faiz borcu, 17.1 manat məbləğində cərimə borcu olmaqla, ümumlikdə 5301.11 manat məbləğində borcu vardır. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini nəzərə alıb, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. Mülki Məcəlləyə müvafiq olaraq borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Eyni Məcəllənin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və bu səbəbdən iddia təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin olunsun. Cavabdeh 5227.01 manat məbləğində əsas borc, 57 manat məbləğində faiz borcu, 17.1 manat məbləğində cərimə borcu olmaqla, ümumlikdə 5301.11 manat pul məbləği və məhkəməyə müqaciət etmək üçün ödənilmiş 73.01 manat dövlət rüsumu tutularaq iddiaçı Bank "xxxx" (Azərbaycan) ASC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №e-2(050)-996/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-996/2024
25.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver