Məhkəmə qərarları › İş №e-2(051)-1001/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-1001/2023

14.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-1001/2023 14.06.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı: ASC "xxxx" Bankının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı ASC "xxxx" Bankının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «kredit müqaviləsi üzrə borc məbləğinin borc alandan və zamindən tutulması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC "xxxx" Bankının nümayəndəsi iddia ərizəsi ilə Mingəçevir şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.2019-cu il tarixli **********57719 №-li kredit müqaviləsi üzrə cavabadeh Cavabdeh2 iddiaçı ASC "xxxx" Bankı qarşısında 7546,61 (yeddi min beş yüz qırx altı manat, altmış bir qəpik) manat məbləğində vaxtı keçmiş əsas borcu, 18,60 (on səkkiz manat, altmış qəpik) manat məbləğində kreditdən istifadəyə görə illik 1% (bir faiz) dərəcəsi ilə hesablanmış adi faizlər üzrə borc məbləğ, xx.xx.2023-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 0,02 % (sıfır tam yüzdə iki faiz) dərəcəsi ilə hesablanmış 0,20 (iyirmi) qəpik məbləğində penya, cəmi 7565,41 (yeddi min beş yüz altmış beş manat, qırx bir qəpik) manat məbləğində pul vəsaiti və xx.xx.2023-cü il tarixindən başlayaraq iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 1% (bir faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 0,02 % (sıfır tam yüzdə iki faiz) dərəcəsi ilə hesablanan penya birgə qaydada cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulmasını və iddia ərizəsinin verilməsinə görə 96 (doxsan altı) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclər cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçı ASC "xxxx" Bankının nümayəndəsi Nümayəndə məhkəmə iclasızamanı iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, iddiaçı (kreditor) ASC "xxxx" Bankı ilə Cavabdeh2 (borc alan) arasında bağlanmış xx.xx.2014-cü il tarixli **********15914 №-li kredit müqaviləsinə müvafiq olaraq iddiaçı tərəfindən borc alana 48 (qırx səkkiz) ay müddətinə, illik 24% (iyirmi dörd faiz) ödənilməsi şərtilə 6000 (altı min) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə borc alanın lazımi öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ilə digər Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixli **********15914/ZM №-li zaminlik müqaviləsi bağlanmışdır. Daha sonra “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 №-li Fərmanına (bundan sonra “Fərman” adlandırılcaq) və həmin Fərmanın icrasının təmin edilməsiməqsədilə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının 27 mart 2019-cu il tarixli,********** nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”-na (bundan sonra “Qayda” adlandırılcaq) uyğun olaraq Borc alan ilə İddiaçı arasında “xx.xx.2014-cü il tarixli **********15914 №-li Kredit müqaviləsinə əsasən Bank qarşısında mövcud olan vaxtı keçmiş kredit borcunun Fərmana və Qaydaya uyğun restrukturizasiyasına dair” xx.xx.2019-cu il tarixli **********57719 №-li Kredit Müqaviləsi (bundan sonra - «Kredit müqaviləsi» adlandırılacaq) bağlanmışdır. Qeyd edilən Kredit müqaviləsi üzrə İddiaçı və Borc alan sonuncunun Kredit müqaviləsi üzrə Bank qarşısındakı xx.xx.2019-cu il tarixinə mövcud olan faiz borcu və penya Bank tərədindən güzəşt edilərək silinmiş vəKredit müqaviləsinə əsasən İddiaçı tərəfindən Borc alana 60 (altmış) ay müddətinə, kreditdən istifadəyə görə illik 1 % (bir faiz) ödənilməsi şərtilə 8313.44 (səkkiz min üç yüz on üç manat 44 qəpik) manat məbləğində kredit verilmişdir. Həmçinin əlavə etmək istəyirik ki, bu Kredit müqaviləsi çərçivəsində Borc alana faktiki olaraq hər hansı pul vəsaiti verilməmişdir və Kredit müqavilə üzrə ayrılmış kredit bütünlüklə xx.xx.2014-cü il tarixli **********15914 №-li Kredit müqaviləsinə əsasən Borc alanın Bank qarşısında mövcud olan əsas kredit borcunun ödəniməsinə yönəldilmişdir. Kredit müqaviləsi üzrə Borc alanın öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə İddiaçı ilə digər Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli **********57719/ZM №-li Zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Zamin Borc alanın Kredit müqaviləsi üzrə Bank qarşısında öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti daşımaq öhdəliyi götürmüşdür. Kredit müqaviləsinin 2.4-cü bəndinə və onun 1 №-li Əlavəsi olan Annuitet ödəniş cədvəlinə əsasən əsas borc məbləğinin qaytarılmasını üzrə kreditləşmə müddətinin ilk 12 (on iki) ayını əhatə edən güzəşt müddətləri bitdikdən Borc alan Cavabdeh2 növbəti aydan başlayaraq hər ay müəyyənləşdirilmiş məbləğdə müvafiq ödənişlər aparmaqla əsas borc məbləğinin qaytarılmasını və ona hesablanmış faizlərin ödənilməsini öhdəsinə götürmüşdür. Lakin Cavabdeh2 bu öhdəliklərini kobud şəkildə pozmuş və bu günə qədər kredit üzrə əsas borc məbləğinin mühüm hissəsini Banka qaytarmamış və əsas borc məbləğinə hesablanmış faizlərin müəyyən hissəsini ödəməmişdir. Belə ki, xx.xx.2023-cü il tarixinə borc alan Cavabdeh2 Kreditor qarşısında gecikdirilmiş borcu 7565,21 (yeddi min beş yüz altmış beş manat 21 qəpik) manat təşkil edir ki, bunun da 7546,61 (yeddi min beş yüz qırx altı manat 61 qəpik) manatı vaxtı keçmiş əsas borcdan, 18,60 (on səkkiz manat 60 qəpik) manatı isə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləğindən ibarətdir. Bundan əlavə Borc alan kredit üzrə ödənişlərin həyata keçirilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq Banka Kredit müqaviləsinin 5.2-ci bəndinə əsasən ödənilməsi gecikdirilmiş məbləğə illik 0,02% dərəcəsi ilə penya ödəməlidir ki, xx.xx.2023-cü il tarixinə bu məbləğ 0,20 (iyirmi) qəpik təşkil edir. Kredit müqaviləsi üzrəCavabdeh2 tərəfindən üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması ilə əlaqədar olaraq İddiaçının Kredit müqaviləsinin 3.1.2-ci yarımbəndinə əsasən hesablanmış faizlərlə birlikdə əsas borc məbləğinin qaytarılmasını vaxtından əvvəl tələb etmək hüququ yaranmışdır. Beləliklə, Bankın vaxtından əvvəl geri qaytarılmasını tələb etdiyi əsas borcun məbləği7546,61 (yeddi min beş yüz qırx altı manat 61 qəpik) manat, yuxarıda göstərilən adi faizlər üzrə Borc alanın borclarını nəzərə alaraq Bankın xx.xx.2023-cü il tarixinə tələblərinin ümumi məbləği isə 7565,21 (yeddimin beş yüzaltmış beş manat 21 qəpik) manat manat təşkiledir. Kredit müqaviləsi üzrə Cavabdeh2 (Borc alan) tərəfindən üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması ilə əlaqədar olaraq sonuncu ilə, eyni zamanda digər Cavabdeh1 (Zamin) ilə bir neçə dəfə əlaqə saxlanılmasına və onlara borcun ödənilməsinin tələb edilməsinə dair xx.xx.2023-ci il tarixli 002 №-li Xəbərdarlıq məktubunun və xx.xx.2023-cü il tarixli 001 №-li Öhdəliklərin yerinə yetirilməsi haqqında Tələbin göndərilməsinə baxmayaraq, həmin şəxslər tərəfindən borcun ödənilməsi üçün bu günə qədər heç bir əməliaddım atılmamışdır. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış Kredit müqaviləsinin 4.1-ci bəndinə əsasən həmin müqavilə Tərəflərin öz üzərinə götürdükləri öhdəliklərin tam icra edilməsi anına qədər qüvvəsini saxlayır və bu şərt Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsində ifadə olunmuş normaya tam uyğundur. Bu normanın hüquqi mahiyyəti bir daha “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan RespublikasiKonstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında öz təsdiqini tapmışdır. Həmin qərarda Konstitusiya məhkəməsi qeyd edir ki:“Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə “öhdəliklər vicdanla yerinə yetirilməlidir” (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir”. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Konstitusiya məhkəməsinin həmin qərarın nəticə hissəsində ifadə etdiyi hüquqi mövqeyinə görə kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Konstitusiya məhkəməsi yuxarıda qeyd edilmiş əsaslardan çıxış edərək daha sonra həmin qərarda növbəti hüquqimövqeyini ifadə edərək, göstərir ki,“kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər”. Cavabdeh2 ilə yuxarıda qeyd olunmuş Kredit müqaviləsini bağlamaqla İddiaçı kreditdən istifadəyə görə həmin müqavilədə nəzərdə tutulmuş müddətdə və faiz dərəcəsi ilə hesablanan faizlər formasında gəlir əldə etməyi nəzərdə tutmuşdur. Lakin Cavabdeh2 Kredit müqaviləsi üzrə öhdəlikləriniəhəmiyyətli dərəcədə pozması və bunun nəticəsində İddiaçının krediti vaxtından əvvəl tələb etməsi ilə əlaqədar olaraq İddiaçıən azı Borc alan tərəfindən həmin kreditin Banka faktiki qaytarılma tarixənədək olan dövr üçün kreditə hesablanan faizlər formasında gəlir əldə etmək imkanından məhrum olur. Kredit müqaviləsi üzrə kreditin qaytarılma müddətinin (xx.xx.2024- cü il) hələ də bitmədiyini və Konstitusiya məhkəməsinin bu abzasda qeyd olunmuş hüquqi mövqeyini nəzərə alaraq İddiaçı həmin dövr üçün əldə çıxmış faydanın hesablanmasında Kredit müqaviləsində göstərilmiş faiz(1%) dərəcəsiniəldə rəhbər tutmağıəsaslı hesab edir. Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli qərarında ifadə olunmuş (25ci abzas) hüquqi mövqeyinə görə borcun, faizin və maliyyə sanksiyasının tutulmasına dair məhkəmə qərarının çıxarılması kreditorla borclu arasında müqavilə münasibətlərinə xitam verilməsinə səbəb olmur. Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli qərarda gəldiyi nəticəyə görə məhkəmə qətnaməsi qəbul olunmasına qədər əsas borc məbləği ödənilmədikdə, həmin məhkəmə qətnaməsində öhdəliyin tam icra olunması gününədək adi faizlərin və penyanın hesablanmalı olduğunun göstərilməsi hüquqi müəyyənliyin təmin olunmasında xüsusi əhəmiyyətə malikdir. Bundan başqa yuxarıda qeyd etdiyimiz kimi,cavabdeh tərəfindən Kreditora əsas borc məbləğinin qaytarılması üzrə öhdəliyinin icrasının gecikdirilməsinə görə qaytarılması gecikdirilmiş məbləğə gecikdirmənin hər günü üçün Kredit müqaviləsinin 5.2.-ci bəndinə əsasən illik 0,02 % (sıfır tam yüzdə iki faiz) dərəcəsi ilə penya ödənilməlidir. Konstitusiya məhkəməsinin yuxarıda qeyd edilmiş hüquqimövqelərini nəzərə alaraq hesab edirik ki, hazırki iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni xx.xx.2023-cü il tarixdən etibarən İddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 1% (bir faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin, illik 0,02% (sıfır tam yüzdə iki faiz) dərəcəsi ilə hesablanan penyanın birgə qaydada Borc alandan və Zamindən İddiaçının xeyrinə tutulması barədə İddiaçının irəli sürdüyü iddia tələbləriqanuni və əsaslıdır və buna görə də həmin tələblərin təmin olunması barədə məsələ məhkəmə qətnaməsində öz müsbət həllini tapmalıdır. Odur ki, məhkəmədən xx.xx.2019-cu il tarixli **********57719 №-li kredit müqaviləsi üzrə cavabadeh Cavabdeh2 iddiaçı ASC "xxxx" Bankı qarşısında 7546,61 (yeddi min beş yüz qırx altı manat, altmış bir qəpik) manat məbləğində vaxtı keçmiş əsas borcu, 18,60 (on səkkiz manat, altmış qəpik) manat məbləğində kreditdən istifadəyə görə illik 1% (bir faiz) dərəcəsi ilə hesablanmış adi faizlər üzrə borc məbləğ, xx.xx.2023-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 0,02 % (sıfır tam yüzdə iki faiz) dərəcəsi ilə hesablanmış 0,20 (iyirmi) qəpik məbləğində penya, cəmi 7565,41 (yeddi min beş yüz altmış beş manat, qırx bir qəpik) manat məbləğində pul vəsaiti və xx.xx.2023-cü il tarixindən başlayaraq iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 1% (bir faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 0,02 % (sıfır tam yüzdə iki faiz) dərəcəsi ilə hesablanan penya birgə qaydada cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulmasını və iddia ərizəsinin verilməsinə görə 96 (doxsan altı) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclər cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə tutulmasını xahiş edir. Cavabdeh tərəfə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə MPM-in 185-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdeh tərəfin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İddia ərizəsinə əlavə olunmuş sənədlərdən görünür ki, ASC "xxxx" Bankı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli **********57719 №-li kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 60 ay müddətinə, illik 1 faiz dərəcəsi ilə hesablanmaqla, 8313,44 manat məbləğində kredit verilmişdir. Kredit öhdəliyinin icrasının təmin edilməsi məqsədilə Bank ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixli **********15914/ZM №-li zaminlik müqaviləsi bağlamış və müqavilənin şərtlərinə əsasən zamin borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş xx.xx.2019-cu il tarixli **********57719 №-li kredit müqaviləsindən görünür ki, ASC "xxxx" Bankı ilə Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsinin predmetini xx.xx.2014-cü il tarixli **********15914 №-li müqavilənin restrukturizasiyası təşkil edir. Həmin müqaviləyə əsasən borcalan 60 ay müdddətinə 8313,44 manat kreditdən istifadəyə görə illik 1 % ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə öhdəliklərin icrasının təminatı qismində zaminlik müqaviləsi çıxış edir. İşə əlavə olunmuş xx.xx.2019-cu il tarixli **********57719/ZM №-li zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 Borc alanın xx.xx.2019-cu il tarixli **********57719 №-li kredit müqaviləsi üzrə Bank qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsinə görə Borc alanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. İşə əlavə olunmuş Ödəniş cədvəlindən görünür ki, Cavabdeh2 xx.xx.2019-xx.xx.2024cü il tarixləri ərzində aylıq 6.93-176.76 manat ödənişə razı olmuşdur. İşə əlavə olunmuş xx.xx.2023-cü il tarixli Maliyyə arayışından görünür ki, vaxtı keçmiş borc 7546.61 manat, faiz üzrə borc 18.60 manat, cərimə borcu 0.20 manat və cəmi borc 7565.41 manat hesablanmışdır. İşə əlavə olunmuş xəbərdarlığın surətindən görünür ki, Cavabdeh2 kredit üzrə borc məbləğini ən geci 3 iş günü müddətində ödəməsini tələb etmiş, əks təqdirdə bank tərəfindən kredit üzrə vaxtı keçmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün illik 0,02% dərəcəsi ilə penya hesablanıcağı barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri kreditlə bağlı yaranan mülki hüquq münasibətləridir. Məhkəmə işin hallarına qanunvericiliyin kreditə aid müddəalarına, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri kimi tərəflər arasında müqavilənin olması müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi iddia tələbi üzrə cavabdehin hüquq və öhdəliklərinin yaranması üçün Mülki Məcəllənin 14.2.1 və 386.1-ci maddələrində göstərilən hüquqi əsasları təşkil edir. Borc müqaviləsi üzrə hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 742.1-ci maddəsinə görə isə borc alan borcun qaytarılması üçün qoyulmuş müddətdə borcu qaytarmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsində deyilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İddianın zamindən borcun ödənilməsi tələbi də əsaslıdır. Çünki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470-ci maddəsində zaminlik müqaviləsinə verilən tərifə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Yuxarıda göstərilən zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmadığına görə zamin borclu ilə kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 472.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə iş materiallarına ümumilikdə qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbinin xx.xx.2023-cü il tarixindən başlayaraq iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 01 faiz dərəcəsi ilə hesablanan faizlər formasında zərərin (əldən çıxmış faydanın) əvəzi, illik 0.02 faiz dərəcəsi ilə hesablanan cərimə penya birgə qaydada cavabdehlər cavabdehlərdən alınması tələbinə dair hissənin təmin edilməməsi qənaitindədir. Çünki, iddiaçı bu barədə məhkəməyə əsaslı sübut təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmçinin məhkəmə qeyd edr ki, İddiaçının cavabdehə qarşı xx.xx.2023-cü il tarixindən başlayaraq iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 01 faiz dərəcəsi ilə hesablanan faizlər formasında zərərin (əldən çıxmış faydanın) əvəzi, illik 0.02 faiz dərəcəsi ilə hesablanan cərimə tələb etməsi cavabdehlərin maliyyə sanksiyasına məruz qalması deməkdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixl qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki qanunvericiliyin sözügedən müddəası, mahiyyət etibarı ilə, maliyyə sanksiyasını nəzərdə tutmaqla, bankın və ya borclunun mülkiyyətinə müdaxiləni ifadə etdiyi üçün, məsələnin təhlili «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinin nəzərə alınmasını tələb edir. Zvierzinski Polşaya qarşı iş üzrə 19 iyun 2001-ci il tarixli qərarında Avropa Məhkəməsi belə bir hüquqi mövqeyini ifadə etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında «ədalətli tarazlığa» cavab verməlidir. Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 96 manat məbləğdə pul vəsaiti də borclulardan kreditorun xeyrinə tutulmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216- 220, 357 və 480-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin olunsun. Cavabdeh2 və Cavabdeh1 7546,61 (yeddi min beş yüz qırx altı manat, altmış bir qəpik) manat məbləğində vaxtı keçmiş əsas borcu, 18,60 (on səkkiz manat, altmış qəpik) manat məbləğində kreditdən istifadəyə görə illik 1% (bir faiz) dərəcəsi ilə hesablanmış adi faizlər üzrə borc məbləğ, xx.xx.2023-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 0,02 % (sıfır tam yüzdə iki faiz) dərəcəsi ilə hesablanmış 0,20 (iyirmi) qəpik məbləğində penya, cəmi 7565,41 (yeddi min beş yüz altmış beş manat, qırx bir qəpik) manat məbləğində pul vəsaiti tutularaq ASC "xxxx" Bankına verilsin. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 96 (doxsan altı) manat pul Cavabdeh2 və Cavabdeh1 tutulub ASC "xxxx" Bankına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar