Məhkəmə qərarları › İş №e-2(051)-1036/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-1036/2024

05.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-1036/2024 05.08.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Cavabdeh: Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" ASC–nin Cavabdeh qarşı ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə Mingəçevir şəhər Məhkəməsinə müraciət edərək, 570 manat sığorta ödənişi məbləğinin və 30 manat dövlət rüsumunun, cəmi 600 manat məbləğində məbləğində pul vəsaitinin cavabdeh tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı şirkət tələbini belə əsaslandırmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “QAZ 24” markalı, ** BE ***dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2020-ci il tarixdə “QAZ 24” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Mingəçevir şəhəri, Təbriz küçəsində yol-nəqliyyat hadisəsi törətmiş və “VAZ 2106” markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 570,00 (beş yüz yetmiş) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Mingəçevir ŞPŞ DYPB-nin qərarında X2 AR İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1 və 332.2-ci maddələri ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri görülməsi qərara alınmışdır. Mingəçevir ŞPŞ DYPB-nin "xxxx" ASC-yə təqdim etdiyi arayışa əsasən Cavabdeh yolnəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Həmçinin qeyd olunan X1 yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt “QAZ 24” markalı, 45 3E 354 dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququnun olmadığı qeyd olunmuşdur. Qeyd olunanlara əsasən, iddiaçı sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi 570,00 (beş yüz yetmiş) manat sığorta ödənişi məbləğini cavabdehdən tələb etmək hüququna malikdir. Bildirir ki, Cəmiyyətləri tərəfindən cavabdeh X2 ünvanına xx.xx.2023-cü il tarixli, AS- 23/484 saylı geriyə tələb (subroqasiya) məktubu göndərilsə də müvafiq sığorta ödənişi məbləği bu günədək Cəmiyyətlərinə ödənilməmişdir. Odur ki, məhkəmədən 570 manat sığorta ödənişi məbləğinin və 30 manat dövlət rüsumunun, cəmi 600 manat məbləğində məbləğində pul vəsaitinin cavabdeh tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, o, iddiaçı tərəfin sığorta ödənişlərini hər zaman vaxtında ödəmişdir. Müqavilənin müddəti isə 1 ildir. Neçə ildir onlara 80 manat 90 manat olmaqla pul ödəyir. O onun sığortasını ödəyir. O nəyə görə pul ödəməlidir? İllərlədir onlara pul ödəyir. O həmin xətanı törətmişdir. Ona görə də sığorta şirkəti həmin pulu ona ödəməlidir. Bəs o nə üçün həmin ödənişləri etmişdir? Yol-nəqliyyat hadisəsi törətmiş və zərər vumuşdur. Zərərin məbləği 350 manat olmuşdur. İddianı qəbul etmir. Onun vurduğu zərər 350 manat olmuşdur. İddia da göstərilən 570 manat çox göstərilib. Düzgün araşdırılmasını və qərar çıxarılmasını xahiş edir. İddiaçı "xxxx" ASC–yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, lakin iddiaçı cəmiyyətin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçı cəmiyyətin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan MN0428409 saylı qərardan görünür ki, Cavabdeh inzibati xətalar məcəlləsinin 327.1, 332.1 və 332.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində inzibati tənbeh tədbiri görülməsi qərara alınmışdır. İşdə olan xx.xx.2020-ci il tarixli sığorta aktından görünür ki, sığortalı Cavabdeh, hadisənin baş vermə yeri Mingəçevir şəhəri, Təbriz küçəsi, hadisənin baş vermə tarixi xx.xx.2020-ci il, zərər dəymiş əmlak VAZ 2106 (27BD034), faydalanan şəxs X4r. Zərər məbləği və sığorta ödənişi 570 manat məbləğində olmuşdur. İşdə olan 26 may 2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, "xxxx" ASC cavabdehlər Cavabdeh borclu olduğu məbləği 10 gün ərzində "xxxx" ASC-nin bank hesabına ödəməsini xahiş etmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edilimişdir ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə "xxxx" ASC tərəfindən «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» növü üzrə sığortalanmış, Cavabdeh tərəfindən etibarnamə ilə idarə etdiyi “QAZ 24” markalı, 45 3E 354 dövlət qeydiyyat nişanlı avtomaşınla xx.xx.2020–ci il tarixdə hərəkətdə olarkən VAZ 2106 markalı 27–BD–034 dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuş, nəticədə sonuncu avtomaşına 570 manat məbləğində maddi zərər dəymişdir. İddiaçı şirkət həmin ziyanı zərərçəkmiş şəxsə ödəmişdir. Məhkəmə hesab edir ki, yol–nəqliyyat hadisəsi zamanı təsvir olunmuş sənədlərə əsasən hesablanmış ziyanın məbləği işin reallıqlarına uyğun gəlir və ona görə də ziyanın məbləği 570 manat qəbul edilməlidir. Azərbaycan Respublikası MM–in 21.1–ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2–ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 1096.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2–ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1108.1–ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Məcəllənin 936.1-ci maddəsinə əsasən Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin məcəllənin 936.2-ci maddəsinə əsasən Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin məcəllənin 936.5-ci maddəsinə əsasən Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Odur ki, məhkəmə hesab edir ki, cavabdehdən subroqasiya qaydasında 570 manat pul və 30 manat dövlət rüsumu alınıb iddiaçı şirkətə verilməlidir. Belə ki, AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM–in 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 570 (beş yüz yetmiş) manat məbləğində pul alınıb iddiaçı "xxxx" ASC–yə verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh 30 (otuz) manat məbləğində pul alınıb iddiaçı "xxxx" ASC–yə verilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar