Məhkəmə qərarları › İş №e-2(051)-1040/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №e-2(051)-1040/2023

31.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № e-2(051)-1040/2023 31.05.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Cavabdeh: Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “borc pul” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı kiçik iddia qaldıraraq, cavabdehdən iddiaçının 1483.82 AZN əsas, 3.78 AZN faiz, 0 AZN cərimə, 0 AZN komisyon haqqı, cəmi 1487.60 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 35.28 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin qızı X1 məhkəməyə cavabdehin ölüm haqqında şəhadətnaməsini təqdim etmiş və məhkəməyə ərizə təqdim etmişdir ki, "xxxx" ASC anası Cavabdeh qarşı pul tələbi ilə məhkəməyə müraciət etmişdir. Anası Cavabdeh xx.xx.2021-ci ildə vəfat etmişdir. Anasının adına heç bir vərəsəlik açılmamışdır. Odur ki, məhkəmədən ərizəsində göstərdiyi halların nəzərə alınmasını xahiş etmişdir. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş və məhkəmə cavabdehə prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Cavabdeh qızı məhkəməyə ərizə ilə müraciət edərək anasının xx.xx.2021-ci il tarixdə vəfat etməsini bildirmiş və anası, iş üzrə Cavabdeh ölməsi barədə ölüm haqqında Şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətini məhkəməyə təqdim etmişdir. Məhkəmə iş maeriallarını nəzərədən keçirib hesab edir ki, ölmüş şəxsə qarşı məhkəmədə iddia qaldırılması qanunvericilikdə nəzərdə tutulmadığından, işin məhkəmədə baxılmalı olmaması əsası ilə mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Cavabdeh ölməsi barədə ölüm haqqında Şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən də görünür ki, cavabdeh xx.xx.2021-ci il tarixdə Mingəçevir şəhərində ölmüşdür. Cavabdehin öldüyü vaxtdan iki ilə yaxın bir müddət keçməsinə baxmayaraq, onun adına hər hansı vərəsəlik işi açılmamış, elektron notariat informasiya sistemində də cavabdehin adına vərəsəlik işinin açılmasına dair heç bir məlumat aşkar edilməmişdir. İddiaçı tərəfindən də cavabdehin adına vərəsəlik işinin açılması, onun vərəsələrinin müəyyən edilməsi onun miras əmlakı barəsində, habelə miras əmlakın vərəsələr tərəfindən qəbul edilməsi kimi hallara dair heç bir sübut məhkəməyə təqdim edilməmişdir. İş materiallarından da görünür ki, hazırkı iş üzrə cavabdeh xx.xx.2021-ci il tarixində öldüyü halda, İddiaçı "xxxx" ASC 27 mart 2023-cü il tarixdə, yəni cavabdehin ölümündən 1 il 3 ay keçəndən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin mövqeyinə görə hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən mülkiprosessual hüquq qabiliyyətinə və mülkiprosessual fəaliyyət qabiliyyətinə malikdir və öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək hüququna malikdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 48-ci maddəsinə əsasən Hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir. Azərbaycan Respublikası MPM-nin 49.1-ci maddəsinə əsasən Öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülkiprosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. İş materiallarından görünür ki, iddia ölmüş şəxsə qarşı qaldırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 25.2-ci maddəsinə görə fiziki şəxsin hüquq qabiliyyəti onun ölümü ilə xətm edilir. Belə olan halda isə ölmüş şəxsin Mülki Prosessual Məcəllənin 48-ci və 49-cu maddələrində təsbit olunmuş mülki prosessual hüquq qabiliyyəti və mülki prosessual fəaliyyət qabiliyyəti mövcud deyildir. Ona görə də, məhkəmə hesab edir ki, ölmüş şəxsə qarşı iddia irəli sürülməsi, eyni zamanda məhkəmə tərəfindən həmin şəxsin tərəf kimi qəbul edilməsi prosessual baxımdan qeyri-mümkündür. Bundan əlavə, Mülki Prosessual Məcəllənin 58.1-ci maddəsinin tələblərinə görə mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Qeyd olunan maddədən də görünür ki, yalnız mülki iş üzrə tərəf sıradan çıxdıqda prosessual hüquq varisliyinə yol verilir. Hazırkı işdə cavabdeh kimi göstərilmiş şəxs isə tərəf kimi qəbul edilə bilməz. Çünki cavabdeh kimi göstərilmiş şəxs iddia ərizəsi verilməmişdən əvvəl öldüyünə görə işdə tərəf statusunu əldə etməmişdir. Həmçinin cavabdeh kimi göstərilmiş şəxsin iddia verilməsindən xeyli əvvəl ölməsinin iddiaçıya məlum olması da işin mübahisəsiz halı kimi müəyyən edilir. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddələrinə görə iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.3-cü maddəsində isə təsbit olunmuşdur ki, işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Məhkəmə iddiaçıya izah etməlidir ki, o, həmin şəxsdən miras qalmış əmlakı qəbul edən vərəsəni və ya vərəsələri müəyyən etməklə, hazırkı iddianı həmin şəxsə və ya şəxslərə qarşı irəli sürə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261.0.1, 263-264-cü maddələrini rəhbər tutub, məhkəmə Qərara aldı: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “borc pul” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya müvafiq tələbi cavabdehin prosessual hüquqi varisinə qarşı yönəltməklə iddia verə biləcəyi izah edilsin. Qərardaddan 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar