Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-1044/2025 08.10.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ X7 Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1, Cavabdeh2 qarşı «borc tələbinin vərəsələrə yönəldilməsinə dair işlər üzrə iddialar» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi iddia ərizəsi ilə Mingəçevir şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh1, Cavabdeh2 (X3 qanun üzrə vərəsələri) xx.xx.2020-ci il tarixli, XDNPU-4054 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 4312,6 AZN, faiz borcuna görə 47,05 AZN və cərimə borcu 6,2 AZN olmaqla, cəmi 4365,85 AZN məbləğində pulun və 64 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 xx.xx.2020-ci il tarixli, XDNPU-4054 saylı kredit müqaviləsi üzrə 4312.6 manat əsas borc, 47,05 manat faiz borcu, 6,2 manat cərimə borcu olmaqla, 4365,85 manat borcu və 64 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı – İddiaçı ASC-nin Qaradağ filialı ilə borclu X4 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, XDNPU-4054 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 18,5 % olmaqla 36 ay müddətinə 9500 manat məbləğində cavabdehə kredit verilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, XDNPU-4054 saylı kreditmüqaviləsinə görə, cavabdeh öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən xx.xx.2020-ci il tarixli, XDNPU-4054 saylı kredit müqaviləsi üzrə borcun məbləği əsas borcuna görə 4312,6 AZN, faiz borcuna görə 47,05 AZN və cərimə borcu 6,2 AZN olmaqla, cəmi 4365,85 AZN təşkil edir. Mingəçevir şəhər Qeydiyyat Şöbəsinin xx.xx.2022-ci il tarixli “Ölüm haqqında şəhadətnamə”sinə əsasən, X4 xx.xx.2022-ci ildə vəfat etmişdir. Halhazırda Bank Azərbaycan Respublikası MM-nin 1306.1. madddəsinə (vərəsələrin kreditorlar qarşısında məsuliyyəti) əsaslanaraq, borclu X3 xx.xx.2022-ci ildə vəfat etdiyini nəzərə alaraq, onun yuxarıda adı çəkilən xx.xx.2020-ci il tarixli, XDNPU-4054 saylı kredit müqaviləsinə görə borcunu onun qanun üzrə 1-ci dərəcəli vərəsələridən tələb edir. Mingəçevir regional "ASAN xidmət" mərkəzində notariat ofisinin sorğumuza verdiyi cavab məktubu ilə26.032024-cü il tarixli 2V-299 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surəti göndərilmişdir. 26.032024-cü il tarixli 2V-299 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən borclunun qanun üzrə vərəsələri - Cavabdeh2dır və Cavabdeh1dur. Bu səbəbdən xx.xx.2020-ci il tarixli, XDNPU-4054 saylı kredit müqaviləsi üzrə qalıq borc tam şəkildə X3 qanun üzrə vərəsələri - Cavabdeh2 və Cavabdeh1 tərəfindən ödənilməlidir. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(051)-1044/2025 saylı qərardadından görünür ki, məhkəmənin təşəbbüsü ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1, Cavabdeh2 qarşı «borc tələbinin vərəsələrə yönəldilməsinə dair işlər üzrə iddialar» tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşmiş icraat qaydasından iddia icraatına keçirilməsi qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Bununla belə, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh2 məhkəməyə teleqram ünvanlayaraq bildirmişdir ki, iddianı qəbul edir. Lakin hal-hazırda işləmir. Himayəsində azyaşlı uşağı var. Borcu ödəməkdən yayınmır. Lakin bu qədər ödənişi həyata keçirmək imkanı yoxdur. Hər ay 50 manat pul məbləğini ödəmək imkanı vardır. Hal-hazırda Bakı şəhərində yaşadığı üçün məhkəmədə iştirak edə bilmir. Məhkəmə işə tərəflərin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İddia ərizəsinə əlavə olunmuş sənədlərdən görünür ki, X4 İddiaçı ASC ilə xx.xx.2020-ci il tarixli, XDNPU-4054 saylı kredit müqaviləsi bağlayaraq, illik 18,5 % dərəcəsi ilə 36 ay müddətinə ödəmək şərtilə 9500 manat məbləğdə kredit götürmüşdür. İşdə olan xx.xx.2025-ci il tarixli, RB02/PK-1242 saylı arayışdan görünür ki, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, 36 ay müddətinə 18,5 % dərəcəsi ilə 9500 manat kredit götürmüş, 4312,6 manat əsas borc, 47,05 manat faiz borc, 6,2 manat cərimə borcu olmaqla, 4365,85 manat borc yaranmışdır. İşdə olan xx.xx.2025-ci il tarixli, RB02/PK-12/8 saylı bildirişdən görünür ki, İddiaçı ASC ilə cavabdeh X4 arasında xx.xx.2020-ci il tarixli, XDNPU-4054 saylı kredit müqaviləsi üzrə 9500 manat məbləğində kredit verilmiş, hazırda qalıq əsas borc 4312,6 manat əsas borc, 47,05 manat faiz borcu, 6,2 cərimə borcu olmaqla, cəmi 4365,85 manat borc məbləği təşkil edir. Həmin borcu X3 vərəslərindən tutulması tələb olunmuşdur. İşdə olan Mingəçevir regional “Asan Xidmət” Mərkəzi Notariat Ofisi tərəfindən verilmiş 04 dekabr 2024-cü il tarixli, 2432№li məktubdan görünür ki, X4 xx.xx.2022-ci il tarixdə vəfat etmiş, Cavabdeh1 və Cavabdeh2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. İşdə olan 26 mart 2024-cü il tarixli, 2V-299 reyestr nömrəli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” dən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X3 vərəsəsi arvadı-Cavabdeh2dır. İşdə olan 26 mart 2024-cü il tarixli, 2V-300 reyestr nömrəli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” dən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X3 vərəsəsi oğlu- Cavabdeh1dur. İşdə olan xx.xx.2022-ci il tarixli “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X4 xx.xx.2022-ci il tarixdə baş beynin diffuz travması səbəbindən vəfat etmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli ödəniş cədvəlindən görünür ki, xx.xx.2020-ci il tarixli, XDNPU-4054 saylı kredit müqaviləsi üzrə 9500 manat məbləğində kredit verilmiş, o isə hər ay 345,85 manat ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan 29 sentyabr 2020-ci il tarixli kassa məxaric orderindən görünür ki, X4 9500 manat pulu İddiaçı ASC-nin Qaradağ filialından şəxsən götürmüşdür. İşdə olan xx.xx.2020-ci il tarixli ərizə-anketdən görünür ki, X4 9500 manat pul məbləğini 18,5% dərəcəsi ilə kredit verilməsini İddiaçı ASC-dən xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib onlara hüquqi qiymət verərək hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri kreditlə bağlı yaranan mülki hüquq münasibətləridir. Məhkəmə işin hallarına qanunvericiliyin kreditə aid müddəalarına, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı bankla X4 arasında xx.xx.2020-ci il tarixli, XDNPU-4054 saylı kredit müqaviləsinə əsasən Borcalana 36 ay müddətinə illik 18,5 % dərəcə hesablanmaqla 9500 manat məbləğində kredit xətti açılmış, X4 isə razılaşdırılmış qrafikə uyğun olaraq həmin kredit məbləğini faizləri ilə birlikdə hər ay hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. X1 xx.xx.2022-ci il tarixdə vəfat etdiyindən öhdəliyi lazımınca yerinə yetirə bilməmişdir. Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2024-cü il tarixli, 2432 №-li məktubuna əsasən məlum olmuşdur ki, Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən X3 miras əmlakına X3 arvadı- Cavabdeh2 və oğlu-Cavabdeh1 xx.xx.2022-ci il tarixdə vəfat etmiş X2 qalmış mirası qəbul etməsinə dair Mingəçevir Asan Xidmət Mərkəzində Notariat Ofisinə xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət etmiş və həmin tarixdə V-123/2024 saylı vərəsəlik işi açılmış, lakin hər hansı bir əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. Bank tərəfindən Borcalanın ölüm günündən sonra hesablanmış faiz borclarının silinməsi nəticəsində maliyyə arayışına əsasən, X3 Kredit müqaviləsi üzrə Banka ödənilməmiş borcu qalmışdır. Cavabdeh - Cavabdeh2 və Cavabdeh1 qalmış mirası qəbul etməsinə baxmayaraq, ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Ona görə də iddiaçı bankın cavabdehə qarşı borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri kimi tərəflər arasında müqavilənin olması müəyyən edilmişdir. Borc müqaviləsi üzrə hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 742.1-ci maddəsinə görə isə borc alan borcun qaytarılması üçün qoyulmuş müddətdə borcu qaytarmalıdır. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları əsasında əqdlər və müqavilələr haqqında mövcud olan ümumi və xüsusi mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir. Mülki Məcəllənin 1306-cı maddəsinə əsasən, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 439.3-cü maddəsinə əsasən qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.7–ci maddəsinə əsasən Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh müqavilə öhdəliyinə əməl etmədiyinə görə iddiaçı bank qarşısında mülki məsuliyyət daşıyır. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, 4312,6 manat əsas borcun, 47,05 manat faiz borcu olmaqla, 6,2 manat cərimə borcu olmaqla, cəmi 4365,85 manat məbləğində borc alınıb iddiaçı banka ödənilməlidir. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olan 64 manat məbləğində pul Cavabdeh2 alınaraq iddiaçı banka verilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh2 4312,6 (dörd min üç yüz on iki manat, altmış qəpik) manat əsas borc, 47,05 (qırx yeddi manat, beş qəpik) manat faiz borcu, 6,2 (altı manat, iyirmi qəpik) manat dəbbə borcu olmaqla, cəmi 4365,85 (dörd min üç yüz altmış beş manat, səksən beş qəpik) manat məbləğdə borc tutularaq İddiaçı ASC-yə verilsin. İddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 64 (altmış dörd) manat pul Cavabdeh2 tutulub İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəməsinin hakimi: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №e-2(051)-1044/2025
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-1044/2025
08.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver