Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-1063/2025 10.10.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi, İddiaçı: İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə qiyabi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, iddiasının təmin edilməsi, Cavabdeh ona borclu olduğu 2966 (iki min doqquz yüz altmış altı) manat məbləğində pul vəsaitinin alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsi, dövlət rüsumuna ödənilmiş 50 (əlli) manat məbləğində pul vəsaitinin Cavabdeh tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Mingəçevir şəhər sakini, Cavabdeh 01 mart 2024-cü ildə iddiaçıya məxsus təsərrüfatında işləmək üçün müraciət etdi və əvvəlki iş yerinin sahibinə 2200 (iki min iki yüz) manat borcu olduğunu, həmin borcun onun tərəfindən ödənilməsini xahiş etdi. İddiaçı onun xahişini yerinə yetirərək göstərilən borcu ödədi və onu təsərrüfatına gətirdi. Cavabdeh 2024-cü ilin avqust ayına qədər onun təsərrüfatında işlədi, borcunu ona qaytarmaq əvəzinə borcun üstünə borc gətirərək ümumilikdə mənə 2966 (iki min doqquz yüz altmış altı) manat borcu yarandı. Həmin borcu o, öz xətti ilə yazdığı 05 may 2024-cü il tarixli qəbzlə də təsdiq etdi. Cavabdeh 2024-cü ilin avqust ayında gecə ikən təsərrüfatından qaçıb getmiş, bu günə qədər həmin borcu verməkdən imtina edir. Ona görə də borcunun qaytarılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Beləliklə, Cavabdeh ona borclu olduğu 2966 (iki min doqquz yüz altmış altı) manat məbləğində pul vəsaitinin alınıb mənə verilməsi barədə qətnamə qəbul edilməlidir. Dövlət rüsumuna ödənilmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh alınıb iddiaçıya ödənilməlidir. Odur ki, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, iddia tələbini müdafiə edir və ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Belə ki, təsərrüfatı toxuculuq təsərrüfatıdır, bəzən heyvandarlıqla da məşğul olurlar. Təsərrüfat sahəsi 147 hektardır. Həmin təsərrüfat sahəsi Zərdab rayonunda yerləşir. Təsərrüfatın VÖEN-i var. Lakin cavabdeh işçi olduğundan vergi ödəyicisi deyil. Odur ki, izahatında göstərilən halların nəzərə alınmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan qiyabi qaydada baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəməyə ərizə vermiş, işə cavabdehin iştirakı olmadan baxılmasını xahiş etmiş və cavabdehin iştirakı olmadan işə baxılmasına razı olmuş və məhkəmə Azərbaycan Respublikası MPM-nin 238-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılması barədə qərardad çıxarmışdır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməklə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: İşdə olan Cavabdeh öz xətti ilə yazılmış xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, onun İddiaçı 2966 manat borcu vardır. İşdə olan xx.xx.2025-ci il tarixli, 158 №li 3 saylı MİS tərəfindən verilmiş ərizədən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olmasına baxmayaraq, orada yaşamır. Məhkəmə, işin mahiyyəti üzrə həlli üçün əhəmiyyətli hallar kimi müəyyən etmişdir ki, iddiaçı ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, həmin qəbz cavabdehin öz xətti ilə yazılmış, cavabdehin iddiaçıya 2966 manat borcu vardır. İddiaçı ilə cavabdeh arasında olan razılığa əsasən cavabdeh şifahi müqavilə üzrə öhdəliklərini şəxsən yerinə yetirməli, borcunu ödəməli idi. Lakin cavabdeh həmin vaxtdan 1 il 6 ay vaxt keçməsinə baxmayaraq, müqavilə üzrə, borcunu ödəməmiş, cavabdehin ödənilməmiş 2966 manat borcu vardır. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırkı mübahisə üzrə iddia ərizəsində göstərilən müqavilə öhdəliklərinin cavabdeh tərəfindən yerinə yetirlməməsi və nəticədə 2966 manat borc öhdəliyinin yaranmasının sübutetmə yükü iddiaçının, üzərinə düşür. Ona görə də məhkəmə qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları əsasında əqdlər və müqavilələr haqqında mövcud olan ümumi və xüsusi mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin həmin vaxt qüvvədə olan 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Eləcə də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 406.1–ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 329.2–ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. AR MPM-in 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, iddiaçının təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə işdə olan sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddiaçı ilə cavabdeh arasında olan razılığa əsasən cavabdeh tərəfindən yazılmış qəbz əsasında təsdiq edilmişdir. Həmin qəbz iddiaçının öz xətti ilə yazılmışdır. Bu səbəbdən cavabdeh müqavilə üzrə öhdəliklərini şəxsən yerinə yetirməli idi. Lakin cavabdeh üzərinə düşən öhdəliyi icra etməmiş, bu səbəbdən aralarında narazılıq yaranmış, iddiaçının tələb hüququ yaranmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh öhdəliyə əməl etmədiyinə görə iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iddia tələbində göstərilən ödənilmiş 50 manat dövlət rüsumu da cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Belə ki, MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216– 220, 241, 242, 244 və 253–cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh X1 2966 (iki min doqquz yüz altmış altı) manat pul və ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun əvəzi alınıb İddiaçı verilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Mingəçevir şəhər Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilər. məhkəməsinin hakimi: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №e-2(051)-1063/2025
Mingəçevir Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(051)-1063/2025
10.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver